Çərşənbə axşamı, 07 Dekabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Dünyanın ən bahalı qidası: Kilosu 11 min dollara satılır - Video 

Dünyanın ən bahalı qidası olan ağ trüf göbələyinin kiloqramı 11 min dollar satılır.

Bu dəbdəbəli məhsul bahalı inqrediyentlərə öyrəşmiş restoranlar üçün də çox baha başa gəlir.

PİA.az teleqraf.com-a istinadən xəbər verir ki, İtaliyadan ağ yerdombalanı tədarük edən "Urbani Truffles USA" adlı şirkətinin direktoru Vittorio Qiordano qiymətin sürətlə artdığını deyib: "Hazırda ağ yerdombalının bir funtunun (təxminən 0,45 kq) qiyməti 4 min 500 dollar civarındadır. 2019-cu ildə 1 funt 1100-1200 dollar arasında idi".

Bu nəhəng qiymət artımının lüks restoranların müştərilərinə də təsir edəcəyi gözlənilir.

Bu növ göbələyin bahalı olmasının səbəbi mövsüm və saxlanma müddətinin qısa olmasıdır. Bəzi yerlərdə bu göbələk itlə axtarılır. Çox məhdud bir ərazidə becərilir. Şəhərləşmə və iqlim dəyişikliyi bu göbələyin istehsalını çətinləşdirib.

İtaliyanın şimalında yazın quraq keçməsi məhsuldarlığı xeyli azaldıb. Bundan əlavə, yerli şərab istehsalının artması səbəbindən üzüm bağları göbələklərin ənənəvi yaşayış yerini qəsb edib.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Gələn il maaş, pensiya və təqaüdlərin nə qədər artacağı məlum olub

Deputat Ülvi Quliyev “SSRİ gözəli” müsabiqəsinə nə qədər pul xərcləyib? - Fotofakt

Elman Rüstəmovun kürəkəni milyonları Avropaya belə daşıyır – Foto

Yeni nazir müavini təyinatından danışdı - Foto

Azərbaycanın ən gözəl qızı və ən yaraşıqlı oğlanı seçildi

Kəmaləddin Heydərov Astara sakinlərinə 18 villa tikir? 

Rusiya 175 minlik qoşunla Ukraynaya hücum etməyə hazırlaşır... - İddia

Azərbaycanda dizelin qiyməti kəskin qalxacağı deyilir... - Hökümət daxili bazarda qiymətləri hansı səviyəyə çatdırmaq istəyir?

Novella Cəfəroğlu: "Gedib deyirik ki, Tofiq Yaqublunu yaxşı edib döyümüsünüz?!"

Rüşvət alan Dövlət Xidmətinin vəzifəli şəxslərinə hökm oxudu

İşsizlərin nəzərinə! - Bu sənədləri təqdim edin və... - Video

İlham Əliyev Quba-Qonaqkənd avtomobil yolunun açılışını edib - Yenilənib

Ən çox oxunanalar