Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyanın çəkindiyi məkan – “cəhənnəmin dibi”ndəki Pentaqonun sirləri

Tarix boyu yüksək çinli məmurlarla bağlı maraqlı hadisələr çox olub. Amma hər hansı bir məmurun öz iş kabinetini tapmaqda çətinlik çəkməsi yalnız bir dəfə baş verib.

Dünyada tanınmış siyasi və hərbi xadim, Amerika Birləşmiş Ştatlarının 34-cü prezidenti Duayt Eyzenhauer ABŞ ordusunun qərargah rəisi vəzifəsində xidmət edərkən Pentaqondakı iş kabinetini tapmaq üçün əlavə vaxt sərf edib. Bu “problem” Eyzenhauerin yaddaşı ilə əlaqəli olmayıb. Sadəcə, ABŞ Müdafiə Nazirliyinin yerləşdiyi Pentaqon binasının böyüklüyü bəzən yüksək rütbəli Amerika hərbçilərini binanın içərisində azdırıb.

Pentaqonun binası 78 il öncə, 1943-cü ildə istifadəyə verilib. Bina inşa olunanda onun təyinatı ABŞ Müdafiə Nazirliyi üçün nəzərdə tutulmayıb. Həmin ərəfədə prezident Franklin Ruzvelt qərara alıb ki, 17 ayrı binada fəaliyyət göstərən Müdafiə Nazirliyini eyni binada yerləşdirsin və o, Vaşinqton şəhərinin yaxınlığında, Virciniya ştatının ərazisində yerləşən, tikintisinə 1941-ci ildə başlanan sözügedən binanın Müdafiə Nazirliyinin mənzil-qərargahı olmasına qərar verib.

Pentaqon binası dünyanın ən böyük ofis tikililərindən biri sayılır. Bina 491 gün ərzində inşa edilib ki, bu da rekord göstəricilərdən biridir. Tikintiyə general Lesli Qrovus rəhbərlik edib.

Beçbucaqlı formada tikilən Pentaqonda bütün binalar beşmərtəbəlidir, yer altında isə daha iki mərtəbə tikilib. İkinci dünya müharibəsinin getdiyi vaxtda polada qənaət etmək üçün çoxmərtəbəli binaların tikilməsi məqbul sayılmayıb. Yer üstündə olan binaların ümumi hündürlüyü 23 metrdir.

Pentaqonun ümumi sahəsi 620 min kvadrat/metr, ümumi pəncərələrin sayı 7754-dür. Bina beş fasaddan ibarətdir. Birinci fasad ticarət mərkəzinə, ikinci fasad çaya, üçüncü fasad metro stansiyasına, dördüncü fasad maşınların park olunması və helikopter meyadançasına, beşinci fasad tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuş əraziyə açılır.

Bina dövrün tanınmış arxitektoru Corc Berqstrom tərəfindən layihələndirilib.
Pentaqonun bir başından o biri başına getmək üçün əməkdaşlar 7 dəqiqə vaxt sərf edirlər. Binadakı dəhlizlərin ümumi uzunluğu isə 28 kilometrdir.

Pentaqonda 26 min nəfər işləyir. Gün ərzində təxminən 200 min telefon danışığı olur, ümumilikdə 40 min məktub göndərilir və qəbul edilir. Tikili inşa edilərkən 40 min nəfərin işləməsi üçün şərait nəzərdə tutulub.

Soyuq müharibə dövründə Pentaqon SSRİ-nin diqqət mərkəzində dayanıb. Müharibə başlanacağı təqdirdə ilk zərbə üçün hədəf “sıfır nöqtəsi” adlandırılan Pentaqon seçilib.

Pentaqon daha çox kiçik bir şəhərciyi xatırladır. Binanın ərazisində park, restoran, kafe, müxtəlif təyinatlı mağazalar, bank, rabitə, poçt xidmətləri göstərən obyektlər mövcuddur.
78 il ərzində Pentaqonda cəmisi bir dəfə təmir, bərpa, yenidənqurma və təkmilləşdirmə işi aparılıb ki, bu da 17 il çəkib. 1994-cü ildən 2011-ci ilə qədər davam edən işlərə 5 milyard dollara yaxın vəsait sərf olunub.

Pentaqonun heç bir yerində lift yoxdur. Binada lifti özü hərəkət edən pillələr əvəz edir.
Pentaqonla bağlı maraqlı faktlardan biri odur ki, tikilidə olan tualetlərin sayı lazım olduğundan iki dəfə artıqdır. Tikinti gedən zaman “ağ”larla “qara”ları fərqləndirən irqçilik siyasətinə görə “ağ”lar üçün ayrı, “qara”lar üçün isə ayrı tualetlər tikilib.

Pentaqon binasının yerləşdiyi ərazi tikintidən əvvəl “Cəhənnəmin dibi” adlandırılıb. Bu ərazidə əvvəllər keçmiş qullar yaşayıb.

Pentaqon məxfi və strateji obyekt olsa da, binaya ekskursiyalar təşkil olunur. Hər il təxminən 100 min nəfər Pentaqonu ziyarət edir.
Ölkəni müdafiə edən Pentaqon binasını mülki şəxslər mühafizə edirlər. Belə ki, bu missiyanı əməkdaşları yalnız mülki şəxslərdən ibarət olan “PFPA” şirkəti həyata keçirir.

11 sentyabr 2001-ci ildə baş verən terror aktı zamanı “Boeing 757-200” təyyarəsi Pentaqonun sol hissəsinə çırpılaraq ABŞ Hərbi Dəniz Qüvvələrinin fəaliyyət göstərdiyi ofisi dağıdıb, güclü yanğın törədib. Binanın həmin hissəsində təmir getdiyindən ofislərdə əməkdaşlar az olub. Hadisə zamanı 30 nəfər həlak olub. Pentaqon binasında təmir işlərindən sonra terror zamanı həlak olanların xatirəsinə kompleks yaradılıb.

Pentaqon yarandığı gündən dünyanın hərbi və siyasi müstəvisində özünəməxsus yer tutub. Bu binada çıxarılan qərarlar, hazırlanan əməliyyatlar özünü güclü sayan dövlətləri belə narahat edib. Bəli, dünya həmişə Pentaqondan çəkinib.

İlham Cəmiloğlu (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar