Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyanın bir çox yerlərində artıq demokratiya çıxış yolu deyil...

Liberal azadlıqları müdafiə edən hər kəs artıq Asiyadan Afrikaya, ABŞ-dan Avropaya qədər demokratiya modelinin problemli olduğunu başa düşməkdədir...

Borzou Daragahi
“The Independent” qəzeti, 18 dekabr 2019-cu il

Çində kitabxanaçılar Kommunist Partiyasının ənənələrinə uyğun olmayan kitabları yandırıb. Rusiyada Vladimir Putin “Financial Times”a liberalizmin köhnəldiyini deyib. ABŞ-da Donald Tramp müstəqil medianı “xalq düşməni” adlandırıb. Hindistanda şovinist hindu höküməti müsəlmanlara açıq şəkildə ayrı-seçkilik edən bir köçkün qanunu çıxarıb.

Yeri gəlmişkən, Avropada və Qərbdə möhkəmlənmiş iş dünyası və bürokratik elitanın iqtidarını qoruduğu seçkilər keçirilir və bir vaxtlar güclü olan demokratiyalar indi zəiflədilir. Seçkiyə gedən insanlar hər hansı bir partiyaya səs verir və heç bir şey dəyişmir. Buna görə də, küçələrə axışır, bəzən təkərləri yandırır və ya polislə toqquşur. Çünki artıq səslərini çıxara bilmədiklərini hiss edirlər.

Seçkilərdə iştirakın olması da təəccüblü deyil. Bu il Yaponiya, İsveçrə, Latviya, Çili, Polşa, Sloveniya, Lüksemburq, Estoniya, İrlandiya və Slovakiyada keçirilən seçkilərdə seçicilərin 40%-dən çoxu səsverməyə getməyib. Həmçinin, keçən həftə keçirilən İngiltərə seçkilərinə də seçicilərin 1/3-i heç məhəl qoymayıb.

Demokratiya hər yerdə zəifləyir. Sanki, qlobal miqyaslı bir Veymar Respublikasında yaşayırıq.

Mərkəzi Mərakeşdə olan təşkilat Yeni Cənub üçün Siyasət Mərkəzi tərəfindən Mərakeşdə keçirilən Atlantik Dialoqlarının bu ilki müzakirə mövzuları böyüyən demokratiya böhranı, populizmin yüksəlişi və Çili, Honkonq, Bağdad və Beyrut küçələrindəki etirazlar olub.

Davosun təqlidi olan bu cür zirvə görüşlərinin dünyanın böyük problemlərini həll etməsi şübhəli görünür. Lakin ən azından Afrikaya və Latın Amerikasına fokuslanan Atlantik Dialoqları, məsələn, Aspen Təhlükəsizlik Konfransına nəzərən siyasi və mədəni baxımdan bir çox fərqli səsləri bir yerə toplayır.

Tədbir iştirakçıları arasında Nigeriya və Ekvadorun sabiq prezidentləri – Olusequn Obasanyo və Cəmil Mahuad – ilə Ərəb Qrupu və Afrika Birliyi üzvləri də vardı. Nigeriya, İspaniya, Portuqaliya, Seneqal, Fransa, Efiopiya, Malta, Kosta-Rika və El-Salvadordan yüksək səviyyəli nümayəndələr, həmçinin ABŞ, Moritaniya və Seneqaldan olan keçmiş əsgərlər və Portuqaliya, Fransa və Argentinadan olan sabiq diplomatlar çıxış ediblər.

“Moderatorluğunu etdiyim demokratiyanın geriləməsi” mövzulu hissədə Mərakeşin sabiq Xarici İşlər naziri Məhəmməd Benaissa, Çilinin sabiq Qadın İşləri naziri Laura Albornoz, Hindistanda qadın hüquqları üzrə aktivist Trişa Şetti və seneqallı akademik Mişel Ndiaye çıxış etdilər.

Çilinin sabiq prezidenti Mişel Baçelet rəhbərliyində çalışmış Albornoz deyir: “İnsanlar daha yaxşı xərcləmək, daha uyğun həll yolları, şəffaflıq və birbaşa demokratiya istəyir”. O, bunları Çili barədə demiş olsa da, bu sözlər bir çox ölkəyə aid edilə bilər.

Albornoz: “Elita ilə bağlı böyük bir problem var. Bütün hakimiyyət onlardadır. İnsanlar daha qanuni təmsilçilər istəyirlər. İnsanlar demokratiya tələb edirlər, lakin indiyədək sahib olduğumuz formada deyil, yenilik istəyirlər. Sosial-iqtisadi modelimiz hər hansı bir həll yolu təqdim edə bilmir”.

Benaissa siyasi modellərin gözdən keçirilməsini tələb edərək dünyanın bir çox ölkəsinə aid olan liderlik böhranından bəhs edib və qurumlara inamın azaldığını bildirib.

Cinsi zorakılıq əleyhinə “SheSays” adlı sivil cəmiyyət təşkilatının qurucusu Şetti Hindistanda və digər ölkələrdə gündəmdə olan siyasi oyunçuların əvəzinə, “səs bankı” yerinə qoyulan gənclərin problemlərindən danışıb. Şetti: “İqtidarı və xüsusi vəzifələri əldə etməyimiz üçün heç bir şey etməyin, sizin üçün ortaya atılıb səs verməyəcəyik”.

Seçki mexanizmlərində daha demokratik iştiraka mane olan bəzi dəyişikliklər edilməsi barədə müzakirə aparılıb. Forumda iştirak edən avstraliyalı bir hüquqşünas ABŞBritaniya kimi ölkələrin seçki günlərini tətil elan etmək və ya səsverməni həftə sonu keçirmək əvəzinə, iş günlərində keçirməsinə təəccübləndiyini qeyd edib.

Bəlkə də, ən dəstək verən fikirlər gələcəkləri üçün bir model axtaran Afrika ölkələri nümayəndələrindən gəlib. Rus və Çin modellərinin avtoritarlığı ilə bağlı xəbərdarlıqlara fikir verməyən bir çox insan bunların qərbli elitanın inkişaf etməkdə olan qüvvələrindən qorxduğunu bildirib.

Sülh və Təhlükəsizlik İşləri üzrə İnstitutun Afrik Sülh və Təhlükəsizlik Proqramı direktoru Ndiaye Qərbin maarifçilik prinsiplərinin cəmi olan liberalizminə Putinin “köhnəlmiş” deməsi ilə razılaşdığını bildirib.

Ndiaye: “Müxtəlif cəmiyyətlərin reaksiyası böhranın nəylə bağlı olduğundan xəbər verir”.

“İnsanların dəqiq seçimləri modelin doğru olmadığını göstərir. Bizdə azad olmayan bir kapitalizm var və işə yarayır və Afrikadakı bəzi ölkələr də bu modeli izləyir”.

Demokratiyanı və liberal azadlıqları müdafiə edən hər kəs artıq bu modelin problemli olduğunu başa düşməlidir. Gördüyümüz kimi, illərdir demokratiyanın verdiyi narahatlığı görməzdən gəlmək artıq heç bir işə yaramayıb.

Orijinal

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar