Bazar ertəsi, 30 Mart 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“Dünyanı iqtisadi geriləmə və işsizlik gözləyir...” – 25 milyon insan işini itirəcək

Ümumdünya Ticarət Təşkilatının (ÜTT) rəhbəri Roberto Azevedo belə bir xəbərdarlıqla çıxış edib ki, “koronavirus pandemiyasının nəticəsi olaraq, dünyanı iqtisadi geriləmə və iş yerlərinin itirilməsi gözləyir”...

Təşkilat rəhbərinin bu fikirlərinin əks olunduğu videomüraciət ÜTT-nin rəsmi internet saytında yayımlanıb.

Azavedo deyib ki, bu pandemiya dünya iqtisadiyyatına, ticarətə və bunun da nəticəsi olaraq, insanların rifah halına mənfi təsir göstərəcək. ÜTT rəhbərinin fikrincə, bu böhran 2008-ci ildə yaşanan böhrandan daha ağır və dərin ola bilər.

Bundan əvvəl “Bloomberg”-in mütəxəssisləri də dünya ölkələrini, xüsusilə də Avropanı dərin iqtisadi böhran gözlədiyini bildirmişdilər. Qeyd olunurdu ki, artıq işgüzar aktivliyin azalması səbəbindən Avropanın PSA (Peugeot, Citroën, Vauxhall və Opel), Fiat Chrysler (Alfa Romeo, Chrysler, Dodge və s.) və Volkswagen kimi avtomobil nəhəngləri fəaliyyətlərini demək olar, tam dayandırıblar.

Həmçinin, iqtisadçıların proqnozlarına görə, Avropa Birliyini yarandığı gündən indiyə qədər görünməmiş səviyyədə Ümumi Daxili Məhsulun (ÜDM) kəskin azalması gözləyir.

Ümumdünya Əmək Təşkilatı isə bu pandemiya nəticəsində dünyada 25 milyon insanın iş yerini itirəcəyini proqnozlaşdırıb.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Koronavirusa görə vətəndaşlara 250 manat yardım olunacaq? — Açıqlama

Bu bölgəmizdə koronavirus yoxdur - Rəsmi açıqlama

“Ölmək istəyirsinizsə, boğazınıza kəndir salın” - Xalq artisti od püskürdü - Foto

Deputat İngiltərədə 3.3 milyon dollarlıq 4 ev aldı

İcra başçısı küçələrə çıxdı təbliğat apardı - Foto

ARB-nin aparıcısında koronavirus aşkarlandı - Hamıdan halallıq istədi

Krediti olanlara 3 ay möhlət verildi - Milli Məclis

Koronavirusun yayılacağını 10 il əvvəl Rokfeller Fondu açıqlayıb

loading...

Ən çox oxunanalar