Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyadakı neft saxlancları yaxın aylarda tam dolacaq

Dünyadakı neft saxlancları eyni vaxtda yanacağa olan tələbatın azalması və bazarda təklifin həddindən artıq olması səbəbindən artıq yaxın aylarda ən yüksək dolma səviyyəsinə çata bilər...

“Report” xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti iri enerji treyderlərinə istinadən yazıb.

Məqalədə qeyd olunub ki, neftə tələbat rekord sürətlə azalmağa başlaya bilər, çünki sənaye cəhətdən inkişaf etmiş bir çox ölkə təcrid olunacaq və böyük şəhərlər koronavirusun yayılmasını yavaşlatmaq üçün qətiyyətli tədbirlər görəcəklər. Ekspertlərin hesablamasına görə, aprel ayında tələbat gündə 5 milyon barel (qlobal tələbatın 5%-i) azal bilər. İqtisadiyyatın yavaşlamağa davam edəcəyi təqdirdə isə tələbin azalması artıq yazda gündəlik 25 milyon barelə çata bilər.

“Digər tərəfdən, neft bazarındakı qiymət müharibəsi yalnız izafi təklifi artıracaq. Belə ki, Səudiyyə Ərəbistanından neft təchizatı 25% artacaq, Rusiya və BƏƏ də bazar payı uğrunda mübarizədə hasilatı artıracaq. Bütün bunlar gündəlik neft artıqlığının 8 milyon barel olmasına gətirib çıxara bilər. Eyni zamanda neft qiymətləri aşağı düşməyə davam edə bilər ki, bu da bəzi istehsalçıları hasilat həcmini azaltmağa və ya yataqları bağlamağa stimullaşdırmalıdır. Beləliklə, dünyanın yerüstü saxlanc gücləri bazarda yaranacaq tələb və təklif arasındakı fərqi tam şəkildə qarşılaya bilməyəcək. Treyderlərin hesablamalarına görə, saxlancların dolma səviyyəsi artıq 61%-dən çoxdur və altı aydan az müddətdə bu həcm tam tükənəcək”, - məqalədə deyilir.

FT yazıb ki, belə vəziyyətdə treyderlər özləri üçün ən bahalı saxlama metoduna – bilavasitə dənizdəki tankerlərə keçməli olacaqlar. Ancaq bunu etmək olduqca çətin olacaq, çünki Səudiyyə Ərəbistanının neft bazarını “su üstündə saxlamaq” istəyi tankerlərin qiymətinin iki dəfədən çox artmasına səbəb olub.

Xatırladaq ki, martın əvvəlində OPEC+ ölkələri neft hasilatını azaltmaq üzrə sazişin uzadılmasına razı olmadılar. OPEC koronavirus səbəbi ilə tələbin azalmasına və neftin qiymətinin aşağı düşməsinə cavab olaraq hasilatı 2020-ci ilin sonuna qədər əlavə olaraq gündəlik 1,5 milyon barel azaltmağı təklif edib, amma Rusiya sazişin yalnız əvvəlki şərtlərlə uzadılmasına razılıq verib.

Bundan sonra Səudiyyə Ərəbistanı hasilatı aprel ayından gündəlik 12,3 milyon barelə qədər artırmağı planlaşdırdığını açıqlayıb. Buna cavab olaraq Rusiya hasilatı gündə 200-300 min barel, gələcəkdə isə 500 min barel artırmaq imkanını açıqlayıb.

Martın 18-də Londonun ICE birjasında sövdələşmələr zamanı “Brent” markalı neftin 2020-ci ilin may ayı fyuçerslərinin qiyməti 1,5% azalaraq bir barel üçün 28,3 ABŞ dollarına qədər azalıb. WTI markalı neftin qiyməti isə 2,7% ucuzlaşıb.

pia.az


Etiket: neft


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar