Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyadakı cinayətlərin 1/3-i burada törədilir...

Hər günə 400 cinayət: Latın Amerikasını kriminal bölgə edən 10 səbəb...

“The Independent” qəzeti, Türkiyə, 8 sentyabr 2019-cu il

Müharibə şəraitində olan regionlardan sonra dünyada şiddətin ən çox boy göstərdiyi regionu sayılan Latın Amerikasında niyə qədər çox cinayət törədilir?

Qeyd edək ki, “Reuters”in məlumatına görə Latın Amerikasındakı cinayətkarların əksəriyyəti törətdikləri qətl barədə ifadə belə vermirlər.

Dünya əhalisinin 8%-i Latın Amerikasında yaşasa da, 2016-cı ildə çıxan statistikaya görə, dünyada törədilən cinayətlərin 1/3-i bu bölgədə baş verir. Hesabata görə, gündə 400, ildə də 146 min cinayət hadisəsi törədilir. Hər ölkədə isə müxtəlif cür qanlı hadisələr baş verir.

Əhalisinin sayına görə, regionun ikinci böyük ölkəsi olan Meksikada 2018-ci ildə 33 min 753 cinayət törədilib. 2019-cu ilin yarısına çatdıqda isə qətl sayı 17 min 142-yə çatıb.

İzdihamlı əhalisi olan Braziliyada isə 2017-2018-ci illərdə 51 min 589 cinayət törədildiyi ortaya çıxıb.

Regiondakı cinayət göstəriciləri, hətta əhali artımını belə üstələyərək (1,1%) 3 qatına çıxıb və keçən 10 ildə ümumən 3,7% artım göstərib.

Braziliya “Igarape” Universitetinin Araşdırmalar üzrə direktoru Robert Maqah “Business Insider”a verdiyi açıqlamada deyir: “Buralar heterogen bölgədir. Cinayətlər Çilidən Meksikaya, Venesuelaya və Braziliyaya qədər müxtəliflik göstərir”.

“Cinayətləri təkcə bir faktorla izah etmək olmur”, deyən Maqah bu cür qətl hadisələrini 10 maddədə izah edir:

1. Maddi bərabərsizlik

Maqah düşünür ki, Cini indeksi ilə ölçülən maddi bərabərsizlik və cinayətlər bir-birilə sıx bağlıdır. Cini bərabərsizliyi ilə bağlı statistikaya baxdıqda ortaya çıxan mənzərə odur ki, dünyada ən çox bərabərsizliyə məruz qalan 20 ölkədən 15-i Latın Amerikasında yerləşir. Bölgədəki hökümətlər bu durumu bərpa etmək üçün müəyyən şərtlər daxilində bəzi vətəndaşlarına maddi təminat verib. Neft satışından əldə olunan qazanclar sayəsində bu ölkələrin hökümətləri 2000-ci illərdə bərabərsizliyi xeyli azalda bilib. Lakin bərabərsizlik davam edir və bölgədəki iqtisadi geriləmə əvvəlki qazancları da təhlükəyə salır.

2. İşsizlik

Latın Amerikasında işsizlik nisbəti xeyli yüksəkdir. Bölgə üzrə işsizlik göstəricisi 30%-dir. Digər tərəfdən, normal bir peşəsi olan gənclər də aşağı səviyyəli işlərdə çalışırlar.

Maqah düşünür ki, xüsusilə, gənclər arasındakı işsizlik problemi onları cinayətə yönəldir: “Gənc işçilərlə bağlı bu rəqəmlər işsizliyin onları daha çox cinayətə yönəltdiyini göstərir. Braziliyada işsizlik 2% artan kimi, cinayət nisbəti də 1% artır. Bu iki problem arasında sıx əlaqə var”.

“Reuters” xəbər verir ki, cinayətlərin qarşısının alınması üçün Meksikanın bəzi bölgələrində əli silahlı gənclər küçələrdə keşik çəkirlər.

3. Keyfiyyətsiz təhsil

“Təhsilin səviyyəsi düşdükdə, məktəbə yazılanların və dərslərdə iştirak edənlərin sayı azaldıqda həmin yerdə cinayət göstəriciləri artır”, deyən Maqah əlavə edir ki, bu faktorlar ABŞ daxil olmaqla, bir çox ölkə üçün keçərlidir.

Beynəlxalq Münasibətlər Şurasının Latın Amerikası üzrə Araşdırmalar bölümündən olan Şennon Oneil bildirir ki, məsələ təkcə təhsil xərcləri deyil. Çünki bölgədə təhsilə xərclənən pullar ABŞAvropa Birliyindən də gördüyümüz kimi, ÜDM-nin təxminən 5%-nə bərabərdir. Lakin bu pulun böyük bir qismi orta səviyyəli məktəblərdən çox, universitetlərə ayrılır, dövlət ödənişləri varlıların əlinə keçir və bir qismi də korrupsiya nəticəsində əriyib gedir.

4. Cinayətkarların cəzasız qalması

Latın Amerikasında cinayətkarın törətdiyi qətlə görə ifadə verməməsi tez-tez rast gəlinən bir durumdur. Maqah düşünür ki, bölgədə törədilən cinayətlər müxtəlif cür olsa da, bu cinayətlərin bədəli çox az hallarda ödənilir.

Bölgədə 100 cinayətdən cəmi 20-sində həbs qərarı verilir. Dünya miqyasında bu, təxminən 43%-ə çatır.

Maqah: “Təkcə Braziliyada 100 cinayətdən cəmi 8-i üçün həbs qərarı verilib. Bəzi şəhərlərdə bu göstərici, hətta, 4-5-ə qədər düşür. Lakin, Yaponiyada, əksinə cinayətkarların həbs edilməsi göstəricisi 98%-dir.

Cinayətlərin cəzasız qalması polis təşkilatına və ədliyyə sisteminə olan inamı da azaldır və bu, bölgə üzrə sürətlə yayılmağa davam edir.

5. Anlaşmazlıqları şiddətlə həll etmək adi qarşılanır

Latın Amerikalıların bunu “şiddət mədəniyyəti” adlandırdığını deyən Maqah bildirir ki, cinayətlər cəzasız qaldığı üçün hüquqi xidmət də zəif şəkildə fəaliyyət göstərir və beləliklə, insanlar problemlərini fərdi üsullarla həll etməyə çalışırlar. Xüsusilə də, Braziliyada və Meksikada milis quruluşlarının çoxaldığını vurğulayan Maqah xatırladır ki, bunu 1990-cı və 2000-ci illərdə Kolumbiyada da görmüşdük.

Bu cür qruplar cinayət şəbəkələrinin sıx olduğu və polis xidmətinin zəif olduğu və ya heç olmadığı ərazilərə yayılırlar. Bu ərazilər Meksikanın cənub-qərbində yerləşir. Meksikada qadınların və qız uşaqlarının öldürülməsində daha çox “öz ədalətini təmin etmək” istəyənlər böyük rol oynayır və “şəbəkə qaydaları” anlayışı da sürətlə yüksəlməyə davam edir.

6. Qeyri-rəsmilik və dövlətin zəifliyi

“Latın Amerikasında artan cinayətlərin səbəbi qeyri-rəsmiliklə yanaşı, dövlətlərin nəzarəti ələ ala bilməməsi ilə bağlıdır”, deyən Maqah əlavə edir: “Pulu olan özəl təhlükəsizlik xidməti satın alır və yüksək divarlar, tikanlı məftillər inşa edir, pulu olmayan isə özünə belə baxa bilmir”.

Deputatlar isə kənar məhəllələrdə yaşayanları heç ciddiyə almırlar. (Reuters)

7. Yanlış şəhərsalma üsulu

Latın Amerikası ölkələrində bir çox insan şəhərlərdə və ya kənar məhəllələrdə yaşayırlar. Həmin yaşayış sahələrinin önəmli bir hissəsini dərmə-deşik binalar təşkil edir və kənarda qalmış bu bölgələrdə yaşayanları dövlət nümayəndələri görməzdən gəlir.

Maqah, həmçinin, Latın Amerikasının sürətlə şəhərləşdiyini qeyd edir: “Dünyanın heç bir yerində bu qədər sürətli şəhərləşmə prosesi baş verməyib. Sao Paulo (Braziliya) əhalisi son 25 ildə 8 milyon nəfər artıb. Nyu-Yorkun əhalisi belə 150 ildə 1 milyona çata bilmişdi”.

8. Cinayət şəbəkələrinin artması

Meksika və Mərkəzi Amerikada cinayət dəstələri, həbsxana və küçə şəbəkələri, beynəlxalq şəbəkələr, narkotik mafiaları və qumarxanalar aktiv vəziyyətdədir.

Ən böyük cinayət şəbəkələrindən biri Braziliyadakı Qırmızı Komandanlıq və Paytaxtın Birinci Komandanlığı (PCC) adlanan qruplaşmalardır. Narkotik ticarəti ilə məşğul olan bu iki şəbəkə öz hesablaşmalarını ölkənin ən izdihamlı həbsxanalarında edirlər və bununla da, həmin həbsxanalar dünyanın ən çox zorakılığın yayıldığı yerilərinə çevrilir.

Meksikada isə cinayət təşkilatlarından ən böyüyü dünyaca məşhur olan “Sinaloa” qruplaşmasıdır. Lakin son illərdə avtoritar basqı gücləndikcə və daha böyük qruplar parçalandıqca bu cür qrupların da sayı get-gedə artır. Beynəlxalq narkotik qaçaqmalçılığı kimi qarışıq işlərə girişməyən bu kiçik qruplar, daha çox yerli cinayətlərə yönələrək Meksikadakı şiddətə təkan verirlər.

Sol-partizan hərəkatları, sağ hərbi şəbəkələri və cinayət qrupları ilə tanınan Kolumbiyada əlavə olaraq narkotik ticarəti də geniş şəkildə yayılıb. ABŞ əsilli MS-13 kimi şəbəkələr isə hazırda ümumən Mərkəzi Amerika ölkələrində, ayrılıqda isə Hondurasda və El-Salvadorda hökm sürürlər.

Braziliyada bəzən sonu ölümlə bitən həbsxana üsyanları da baş qaldırır.

9. Narkotik ticarəti

Narkotik ticarəti hansı səviyyədə olsa da, Latın Amerikasında cinayət və şiddətlə birbaşa əlaqəlidir.

“Bölgənin ən böyük kokain istehsalçıları Peru, Boliviya və Kolumbiyada yerləşir”, deyən Maqah bildirir ki, dünyanın ən böyük kokain bazarının olduğu Rioda kokainin kilosu 5-6 min dollar, Nyu-Yorkda isə 25-30 min dollardır.

Maqah, həm də əlavə edir ki, bir polisin ayda 500-1000 dollar qazandığı bir bölgədə bunlar xeyli qazanclı işlərdir.

10. Silah və alkoqol

Maqahın dediyinə görə, silah və şiddət arasındakı qarşılıqlı əlaqə istənilən şəraitdə dəyişilməz faktor olaraq qalır.

Yeri gəlmişkən, Meksikada qanuni olaraq bir silah mağazası olduğu halda, ABŞ-da federal lisenziyalı satıcı sayı 120 minə çatır. Nəticədə, ABŞ-dan Meksikaya hər il təxminən 120 min silah daxil edilir.

Braziliya Federal Polis Təşkilatının 2017-nin dekabrında çıxan göstəricilərinə görə, qeyri-qanuni şəkildə silah satan ən böyük tədarükçü ABŞ olub. Lakin Maqaha görə, braziliyalıların çoxu Braziliyada istehsal olunmuş silahlarla öldürülür və bu silahlar qara bazardan əldə olunur.

Dünyadakı cinayətlərin 40%-i, Avropada 20%-i silahla törədilərkən, Latın Amerikasında bu göstərici 75%-ə çatır.

2018-ci ilə aid bir hesabat göstərir ki, Latın Amerikasında alkoqol satışının 15%-i qeyri-qanuni şəkildə aparılır, təkcə Meksikada isə bu nisbət 42,5%-dir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar