Çərşənbə axşamı, 22 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Dünyada miqrantların sayı 272 milyon nəfərə çatıb - BMT açıqladı

Dünyanın bütün regionlarında əhali artımı ilə müqayisədə miqrantların sayının daha sürətlə artması davam edir...

Hazırda beynəlxalq miqrantların sayı 272 milyon nəfərə çatıb. Bu, dünya əhalisinin 3,5 faizi deməkdir.

Azərtac BMT-nin məruzəsinə istinadla xəbər verir ki, 2019-cu ildə beynəlxalq miqrantların sayı 272 milyon nəfərə çatıb, bu isə 2010-cu ilin müvafiq göstəricisi ilə müqayisədə 51 milyon nəfər çoxdur.

BMT-nin son hesablamalarına görə, hazırda beynəlxalq miqrantların sayı dünya əhalisinin sayının 3,5 faizinə bərabərdir. Müqayisə üçün bildirək ki, 2000-ci ildə bu nisbət 2,8 faiz idi.

2019-cu ildə beynəlxalq miqrantların çoxu (82 milyon) Avropanın payına düşür. Sonrakı yerləri Şimali Amerika (59 milyon), Şimali Afrika və Qərbi Asiya (49 faiz) tutur. Ölkələr səviyyəsində bütün beynəlxalq miqrantların təqribən yarısı cəmi 10 ölkədə yaşayır. Bu halda beynəlxalq miqrantların 19 faizini (51 milyon) Amerika Birləşmiş Ştatları qəbul edir.

Miqrantların sayına görə ikinci və üçüncü yerləri Almaniya və Səudiyyə Ərəbistanı tutur (hərəsində 13 milyon). Rusiya Federasiyasında 12 milyon, Böyük Britaniyada 10 milyon, Birləşmiş Ərəb Əmirliklərində 9 milyon, Fransa, Kanada və Avstraliyanın hərəsində təqribən 8 milyon, İtaliyada 6 milyon beynəlxalq miqrant var.

Bütün beynəlxalq miqrantların üçdə bir hissəsi on ölkədən olanlardır. Bu baxımdan aparıcı mənşə ölkəsi Hindistandır. 18 milyona yaxın hindistanlı miqrant xarici ölkələrdə yaşayır.

Meksikadan olan miqrantlar digər ölkələrdəki diasporun sayına görə (12 milyon) ikinci yeri tutur. Sonrakı yerləri Çin (11 milyon), Rusiya Federasiyası (10 milyon) və Suriya Ərəb Respublikası (8 milyon) tutur.

Əhalinin ümumi sayında beynəlxalq miqrantların faizi coğrafi regionlar üzrə xeyli fərqlənir. Bu baxımdan ən yüksək göstəricilər Okeaniyada (Avstraliya və Yeni Zelandiya da daxil olmaqla) 21,2 faiz və Şimali Amerikada 16,0 faiz, ən aşağı göstəricilər isə Latın Amerikasında və Karib hövzəsində (1,8 faiz), Mərkəzi və Cənubi Asiyada (1,0 faiz), həmçinin Şərqi və Cənub-Şərqi Asiyada (0,8 faiz) qeydə alınıb.

Beynəlxalq miqrantların əksəriyyəti eyni regionda yerləşən ölkələr arasında yerlərini dəyişir. Böyük səhradan cənuba doğru Afrika ölkələrində beynəlxalq miqrantların əksəriyyəti (89 faiz), Şərqi və Cənub-Şərqi Asiya ölkələrində 83 faiz, Latın Amerikası və Karib hövzəsi ölkələrində 73 faiz, Mərkəzi və Cənubi Asiya ölkələrində 63 faiz əvvəlki yaşayış yerlərindən gələnlərdir.

Şimali Amerikada yaşayan beynəlxalq miqrantların əksəriyyəti (98 faiz), Okeaniyada 88 faiz, Şimali Afrika və Qərbi Asiyada 59 faiz hazırda yaşadıqları regionun hüdudlarından kənarda doğulanlardır.

Beynəlxalq sərhədləri keçən məcburi miqrantların sayı artmaqda davam edir. 2010-2017-ci illərdə sığınacaq axtaran şəxslərin və qaçqınların ümumi sayı təqribən 13 milyon nəfər artıb. Bu, bütün beynəlxalq miqrantların sayının artımının dörddə bir hissəsinə yaxındır. Şimali Afrika və Qərbi Asiya qaçqınların və sığınacaq axtaran şəxslərin təqribən 46 faizini qəbul edib. Sonrakı yerləri böyük səhradan cənubda yerləşən Afrika ölkələri tutur (21 faiz). 2019-cu ildə miqrant qadınların sayı bütün beynəlxalq miqrantların ümumi sayının yarısından bir qədər az olub. 2000-ci ildə 49 faizə bərabər olmuş bu göstərici 2019-cu ildə azalaraq 48 faizə tutub. Şimali Afrikada 52 faiz, Avropada 52 faiz təşkil etmiş miqrant qadınların sayı böyük səhradan cənubdakı Afrika ölkələrində 47 faizə, Şimali Afrika və Qərbi Asiya ölkələrində 36 faiz olub.

beynəlxalq miqrantların yeddidə bir hissəsinin yaşı 20-dən aşağıdır. 2019-cu ilin məlumatına görə, dünyada yaşı 20-dən aşağı olan beynəlxalq miqrantların sayı 38 milyon nəfər və ya miqrantların ümumi sayının 14 faizi qədər olub.

Bütün beynəlxalq miqrantlar arasında gənclərin sayının ən yüksək (27 faiz) olduğu region böyük səhradan cənubda yerləşən Afrika ölkələridir. Latın Amerikası və Karib hövzəsi, Şimali Afrika və Qərbi Asiya regionlarının hər birində b u göstəricisinin qiyməti təqribən 22 faiz olub.

Beynəlxalq miqrantların dörddə üç hissəsi əmək qabiliyyətli yaşdadır (20-64 yaş). 2019-cu ildə bu yaşda olan beynəlxalq miqrantların sayı 202 milyon və ya dünyadakı miqrantların ümumi sayının 74 faizi qədər olub. Şərqi və Cənub Şərqi Asiyada, Avropa və Şimali Amerikda beynəlxalq miqrantların dörddə üç hissəsindən çoxu əmək qabiliyyətli yaşdadır.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: BMT

loading...

Ən çox oxunanalar