Cümə axşamı, 09 İyul 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Dünyada koronavirusa yoluxanların sayı 6,4 milyonu ötdü

Dünyada koronavirusdan sağalanların sayı 3 milyona yaxınlaşır...

Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, COVID-19-a yoluxanların sayı 6 milyon 440 minə çatır. Dünyada koronavirusdan ölənlərin sayı 380 mini ötüb.

Son sutka ərzində ABŞ (1 milyon 869 min yoluxma, 107 min ölüm) da daxil olmaqla, bir sıra ölkələrdə təhlükəli virusa yoluxanların və ölənlərin sayı artıb.

Braziliyada koronavirusa yoluxanların sayı 531 min 768 nəfərə çatıb. Bu ölkədə 30 152 nəfər pandemiyanın qurbanı olub, virusa yoluxmuş 211 080 nəfər sağalıb.

Rusiyada COVID-19-a yoluxma halları 423 741-ə, ölüm halları 5 037-ə yüksəlib, 186 985 nəfər sağalıb.

İspaniyada koronavirusa ümumilikdə 287 012 yoluxma qeydə alınıb. Son iki gündür ölkədə COVID-19-dan ölüm qeydə alınmır. Bununla yanaşı, İspaniya pandemiyaya 27 012 qurban verib.

Qeyd edilir ki, İtaliyada pandemiya qurbanlarının sayı 33 530-a, Fransada 28 940-a, Britaniyada 39 369-a yüksəlib.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: ÜST


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Ramiz Mehdiyev təcili həbs edilməlidir” - Partiya sədrindən ittiham dolu açıqlama

Keçmiş komsomol həmkarı Ramiz Mehdiyevi canlı debata dəvət etdi: "Cüzi də olsa, cəsarət..."

Oğlunu Həzrəti Əli ilə müqayisə edən Siyavuş Novruzova cavab

Daha iki rayonda sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunacaq

Deputat İcra başçısının tələbinə etiraz etdi: "Qeyri-qanunidir"- Video

Oqtay Şirəliyevin Bakıda 1 hektarlıq villasının görüntüləri yayılıb – Foto

Oqtay Gülalıyevin oğlundan sensasion açıqlamalar

DİN rayonlarda “Subsidiya” əməliyyatına başladı, 10-dan artıq şirkət rəhbəri saxlanıldı - Yenilənib

"Ramiz Mehdiyev indi öz işinlə məğul ol" - Sabiq deputat

“Əsəb, stress, gərginlik qırmızı həddə yaxınlaşıb” - Xəbərdarlıq

Hansı rayonda neçə koronavirus xəstəsi var? - Siyahı

"Nərmin cinayəti" ilə bağlı yayılan xəbərlərə rəsmi münasibət

loading...

Ən çox oxunanalar