Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyada ilk dəfə: Türkiyə polisi “ATAK” hücum vertolyotları ilə silahlanır

Bu gün Türkiyənin Polis Təşkilatı milli hərbi sənayenin istehsalı olan “ATAK” hücum vertolyotlarını öz silahlanmasına daxil edib.

Vertolyotları istehsal edən TÜSAŞ şirkətinin zavodunda polis təşkilatına onların təhvil verilməsi mərasimi keçirilib. Vertolyotlar 23 millimetrlik avtomatik top, pulemyot və “hava-yer” raketləri ilə təchiz olunub. Dünyada ilk dəfədir ki, polis qüvvələri bu cür hücum-döyüş vertolyotları ilə silahlanır. Bundan əvvəl vertolyotlar Türkiyə ordusunun silahlanmasına daxil edilmişdi.

Qeyd edək ki, Azərbaycan da Türkiyədən “ATAK” vertolyotları almağa maraq göstərir. Bəzi məlumatlara görə, artıq müvafiq müqavilələr də bağlanıb.

İndiyədək Türkiyənin Quru Qoşunlarına 50 ədəd, Jandarma Qüvvələrinə isə 6 ədəd “ATAK” T-129 vertolyotları təhvil verilib. Polis Təşkilatı isə 9 belə vertolyot (xüsusi modifikasiya edilmiş) sifariş verib. Ekspertlərə görə, Türkiyə polisinin hücum vertolyotları ilə silahlanması onun terrorla mübarizə imkanlarını xeyli genişləndirəcək.(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar