Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyada ən kiçik pilotsuz təyyarə təqdim edilib

ABŞ-ın "DJI" şirkətinin "Mavic Mini" adlı yeni pilotsuz təyyarəsi ovucun içinə yerləşir...

Cihazın çəkisi yüngül olduğu üçün ABŞ Federal Aviasiya Administrasiyasında (FAA) qeydiyyatdan keçməyə ehtiyac yoxdur.

PİA.az "ICTnews"a istinadən xəbər verir ki, bu pilotsuz təyyarənin çəkisi 249 qramdır.

250 qram və daha çox ağırlığı olan cihazların FAA qeydiyyatı tələb olunduğu üçün şirkət hazırladığı dronun çəkisini mümkün qədər azaldıb. Buna görə "DJI" şirkətindən bildirilib ki, "Mavic Mini" cihazının sahibləri bürokratik maneələr olmadan pilotsuz təyyarədən istifadə edə bilərlər. Pilotsuz təyyarənin maksimal uçuş müddəti 30 dəqiqədir, qiyməti təxminən 495 dollar təşkil edəcək.
"Mavic Mini" pilotsuz təyyarəsi 2.7K təsvir ölçülü kamera ilə təchiz edilib. Bu, "Mavic Air" və "Mavic Pro" modellərinə quraşdırılmış 4K kamerası ilə müqayisədə bir qədər aşağı göstəricidir.

Pilotsuz təyyarə hələ ki satışa çıxarılmayıb, bu il oktyabrın 30-dan etibarən ABŞ-da satın almaq mümkün olacaq.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar