Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyada ən çox kitab oxunan 10 ölkə… 

Dünyada ən çox kitab oxunan 10 ölkə arasında Asiyanın 6, Avropanın isə 4 ölkəsi yer alıb

Anadolu informasiya agentliyi xəbər verir ki, vətəndaşları orta hesabla həftədə 10 saat 42 dəqiqə kitab oxuyan Hindistan siyahıya başçılıq edir.

Dünyada ən çox kitab oxunan ölkələr reytinqində Hindistanın ardınca Tailand (9 saat 24 dəqiqə) və Çin (8 saat) gəlir.

Siyahıda növbəti yerləri Filippin (7 saat 36 dəqiqə), Misir (7 saat 30 dəqiqə), Çexiya (7 saat 24 dəqiqə), İsveç (7 saat 6 dəqiqə), Fransa (6 saat 54 dəqiqə), Macaristan (6 saat 48 dəqiqə) və Səudiyyə Ərəbistanı (6 saat 48 dəqiqə) tutur.

Kitab oxuma reytinqində vətəndaşların həftə ərzində mütaliəyə ayırdığı orta vaxt əsas götürülür. İndeksin müəyyən olunması üçün, həmçinin qəzet, jurnal kimi nəşrlərin oxunmasına da bal verilir.

Dünyada ən çox oxunan kitabların reytinqində isə birinci yeri Qurani Kərim tutur. Sonrakı yerlərdə İncil və Mao Zedunun bəyanatlarının çap olunduğu “Maonun seçilmiş sözləri” adlı kitabı gəlir. Siyahıda ilk beşlikdə Migel de Servantesin “Don Kixot” romanı və Coan Roulinqin “Harri Potter” romanlar seriyası yer alır.

Çarlz Dikkensin “İki şəhərin hekayəsi”, Con Ronald Ruelin “Üzüklərin hökmdarı” trilogiyası, Antuan Sent-Ekzüperinin “Kiçik şahzadə”, Lüis Kerrolun “Alisa möcüzələr diyarında” və Aqata Kristinin “10 zənci balası” əsərləri də dünyada ən çox oxunan kitablar arasındadır/Azərtac.

pia.az


Etiket: kitab

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Ən çox oxunanalar