Bazar, 17 Noyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Dünya "Subaylar günü"nü qeyd etməyə hazırlaşır

Noyabrın 11-də dünyada növbəti dəfə "Subaylar günü" qeyd olunacaq...

Günün əsas təşkilatçısı yenə də Çinin elektron ticarət nəhəngi "Alibaba"dır. 

Şirkət həmin gün xüsusi endirimlər tətbiq edərək adi günlərlə müqayisədə təxminən 20% çox - 37 milyard ABŞ dolları gəlir əldə etməyi planlaşdırır. Bunun üçün köhnə mallarla yanaşı, 1 milyon yeni məhsul 80%-90%-ə qədər endirimlə internetdə satışa çıxarılacaq. 

Bu il ilk dəfə "Alibaba"nın törəməsi "Aliexpress"in Rusiya, Türkiyə, İtaliya və İspaniyadakı bölmələri də rəsmi qaydada "11.11" endirimlərinə qatılacaqlar. 

Xatırladaq ki, "Subaylar günü"nü ilk dəfə 1993-cü ildə çinli tələbələr qeyd edib. 2000-ci illərdə bu gün 14 fevral "Sevgililər Günü"nə etiraz olaraq bütün dünyaya yayılıb. (Report)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Subaylar günü

loading...

Ən çox oxunanalar