Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünya şöhrətli həkimdən koronavirusa qarşı çay tövsiyəsi

"Allergiyanın həlli" kitabının müəllifi, amerikalı həkim Leo Qalland qara çayın tərkibində tapılan bəzi maddələrin virusun çoxalmasını əngəllədiyini bildirib.

PİA.az xəbər verir ki, çayın faydalı xüsusiyyətlərindən danışan həkim koronavirusdan qorunmaq üçün çay içməyi təklif edib.

"COVID-19 insanın sadəcə immuniteti ilə deyil, metabolizm ilə də bağlı bir xəstəlikdir. Elə bu səbəbdən şəkər xəstələri və həddən artıq kök insanlar böyük risk altındadır. Odur ki, metabolizmi yaxşılaşdıran qidalanma xəstəliklərdən müdafiənin əsas şərtidir. Xüsusilə sink çox önəmlidir. Bunun bağlı sübutlar var. Meyvə, tərəvəz, bitki və ədviyyatlarda olan bioflavonoidlər bədənin virusa verdiyi reaksiyaya önəmli ölçüdə təsir edir. Qabıqlı çərəzlər, toxum, tərəvəz, balıq və dəniz məhsullarından ibarət qidalanma rejiminə keçin", - həkim qeyd edib.

Ekspert qara çayda olan bəzi maddələrin virusun çoxalmasının qarşısını aldığını deyib:

"Çay südlə içilməməlidir, çünki süd ehtiyacımız olan maddələrin sorulmasına mane olur. Çayı olduğu kimi içmək lazımdır. Melatoninin faydalı olduğuna dair bəzi dəlillər var. Melatonin əlavələri qəbul edən insanların COVID-19-u ağır keçirmək və ya virusa yoluxmaq ehtimalı azdır. Bu, yəqin ki, melatoninin immuniteti artıran və iltihab əleyhinə təsirindən qaynaqlanır".

Həkim onu da əlavə edib ki, peyvəndlərin effekti bir müddət sonra özünü göstərməyə başlayacaq:

"Koronavirus peyvəndlərinin böyük bir fərq yaradacağını düşünürəm. Lakin bu proses bir qədər uzun çəkəcək. Məni narahat edən məsələ odur ki, peyvənd istehsalı bir yarışa çevrilib. Bu səbəbdən də virusun təsirini azaltmağa, yoluxuculuğu əngəlləməyə yardım edən təbii məhsullar axtarışına çıxdım. Məhsulların çoxunu kliniki sınaqlarda istifadə etdim, əldə olunan nəticələrdən razıyam. Qara çörək otunun, sarıkökün faydalı xüsusiyyətləri çoxdur, qara üzümdə olan resveratrolu sınamağa dəyər. Bunların hamısında antiinflamatuar və antiviral xüsusiyyətlər var və qoruyucu özəlliklərə malikdir.

Vaksinlər insanların xəstəliyi ağır keçirməsinin qarşısını alır. Ancaq bu vaksinlərin virusun yoluxuculuğuna təsirinin olub-olmadığını bilmirik. Növbəti aylarda yoluxuculuğa təsiri haqqında öyrənəcəyik. Təbii vasitələr isə bu mərhələnin önəmli hissəsidir". (publika.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar