Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünya Qarabağdakı “seçkiləri” rədd etdi – “Qırmızı kart”

Ermənistanın seçki xülyası "suya düşdü"...

Dünya koronavirus pandemiyasından əziyyət çəkdiyi və bütün konfliktlərin kənara qoyularaq planeti təhdid edən bu bəlaya qarşı birgə mübarizəyə çağırışlar edildiyi vaxtda işğalçı Ermənistan yenə də öz xislətini göstərib. Martın 31-də Azərbaycanın işğal olunmuş ərazilərində keçirilən qondarma seçkilər buna misal ola bilər.

Yeri gəlmişkən, 31 mart ölkəmizdə Azərbaycanlıların Soyqırımı Günü kimi anılır. Soyqırımı həyata keçirənlər isə ermənilər olub. Erməni silahlı dəstələri 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə azərbaycanlılara qarşı görünməmiş qırğın törədiblər. Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.

Bu baxımdan, seçkilərin martın 31-də keçirilməsi təsadüfi sayıla bilməz. Ermənilərin bununla həm də azərbaycanlıların heysiyyatına toxunmağı hədəflədikləri şübhəsizdir. Lakin bütün bunlara baxmayaraq dünya qondarma seçkiləri rədd edib. Beynəlxalq ictimaiyyət qondarma seçkilərə münasibətdə birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünə dəstək verib. Bu sırada Türkiyə, Ukrayna, Gürcüstan, Bosniya və Herseqovina, Moldova, Kanada, Avstraliya, Qoşulmama Hərəkatı, Türk Şurası, Türk Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Demokratiya və İqtisadi İnkişaf Təşkilatı-GUAM, ATƏT-in Minsk Qrupunun həmsədrləri, ATƏT Parlament Assambleyası, Avropa İttifaqı, NATO, Çex Respublikası, Estoniya, Latviya, Litva, Rumıniya, Bolqarıstan, Finlandiya, Almaniya, İtaliya, Monteneqro, Böyük Britaniya, Belçika, İsveç, Xorvatiya və İranın adını çəkmək olar. Göründüyü kimi bu dəfə əvvəlki illərdən fərqli olaraq qondarma seçkiləri rədd edən ölkə və beynəlxalq təşkilatların sayı artıb. Siyahıdan məlum olur ki, qondarma seçkilərlə bağlı Türkiyədən tutmuş uzaq Kanada və Avstraliyaya qədər, Türk Şurasından tutmuş NATO-ya qədər dünya ictimaiyyətinin rəyi yekdildir.

Verilən bəyanatlarda Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda keçirilmiş qondarma “seçkilər” tanınmır və qeyri-qanuni hesab olunur. Qondarma seçkilərin keçirildiyi konstitusional və hüquqi çərçivə tanınmır. Bu isə o deməkdir ki, qondarma seçkilər heç bir hüquqi qüvvəyə malik deyil. “Seçkilər”in konstitusional və hüquqi çərçivəsi tanınmır” ifadəsi ilə beynəlxalq ictimaiyyət həm də mesaj verir ki, Azərbaycanın işğal olunmuş ərazilərində seçkilər yalnız Azərbaycan Konstitusiyası çərçivəsində keçirilə bilər.

Bəyanatlarda həmçinin haqlı olaraq qeyd edilir ki, qondarma seçkilərin nəticələri davam edən danışıqlar prosesini və bölgənin statusunu əvvəlcədən müəyyənləşdirmir.

Xüsusilə, tərkibində Avropa, Asiya, Afrika, Latın Amerikası, Okeaniyadan 120 dövləti birləşdirən və BMT-dən sonra ikinci ən böyük siyasi təsisat sayılan Qoşulmama Hərəkatının yaydığı kommünikeni qeyd etmək olar. Qoşulmama Hərəkatı yuxarıda göstərilən mesajlardan əlavə, ərazilərin güc yolu ilə qəsb edilməsinin yolverilməz olduğunu və Azərbaycan ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyətin heç bir ölkə tərəfindən tanınmayacağını vurğulayıb.

Bəyanatlarda münaqişənin BMT-nin Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinə dəstək ifadə olunması da xüsusi qeyd olunmalıdır.

Bundan başqa, aralarında müxtəlif ölkələrdən olan deputatlar da daxil olmaqla, ayrı-ayrı şəxslər tərəfindən verilmiş açıqlamalarda bütün dünyanın hazırda koronavirus pandemiyası ilə üzbəüz qaldığı bir vaxtda “seçkilər”in keçirilməsi həm də məsuliyyətsiz addım kimi dəyərləndirilib.

Beləliklə, “seçkilər”ə münasibətlə dünya ictimaiyyəti bir daha rəsmi İrəvana “qırmızı kart” göstərərək işğalın və onun nəticələrinin heç bir zaman qəbul edilməyəcəyi mesajını göndərmiş oldu. Bununla dünya həm də bir daha göstərdi ki, Qarabağ Azərbaycandır.

Ermənistan “seçki”, “demokratiya” kimi perspektivsiz şoularını bir tərəfə qoyub səmimi və ciddi şəkildə sülh danışıqlarında iştirak etməli və öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalı və nəhayət, anlamalıdır ki, münaqişə yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütovlüyünün tam olaraq bərpa olunması ilə həll oluna bilər.(Yeni Sabah)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar