Cümə axşamı, 28 May 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Dünya ölkələrinin üçdə ikisi Türkiyədən kömək istəyib

Türkiyə Respublikasının Vitse-prezidenti Fuad Oktay "Cumhurbaşqanlığı Külliyəsi"ndən telekonfrans üsulu ilə qatıldığı bir televiziya proqramında gündəmlə bağlı şərhlər verib.

Trend xəbər verir ki, Türkiyənin COVİD-19-la mübarizəsinin bütün dünyaya nümunə olduğunu söyləyən Fuat Oktay Türkiyənin epidemiyanın gec yayıldığı ölkələrdən biri olduğunu xatırladıb: "Bunun ən böyük səbəblərindən biri gördüyümüz tədbirlərdir. Demək olar ki, heç bir ölkə bu virusdan qaça bilmədi, ancaq biz mümkün qədər az zərər görmək istədik".

Türkiyə olaraq problem nə qədər böyük olursa-olsun, böhranı necə idarə etməyi çox yaxşı öyrəndiklərini və təcrübədən dərs çıxarıldığını dilə gətirən F.Oktay COVİD-19 epidemiyası zamanı "super güc" olaraq tanınan bir çox ölkədə təşviş yaşandığına diqqət çəkərək, Türkiyədə belə bir vəziyyət olmadığını bildirib.

"110 ölkədən 63 min 200 vətəndaşımızı ölkəyə gətirdik" deyən Oktay COVİD-19 epidemiyası yayılmağa başladığından bəri xaricdəki Türkiyə vətəndaşlarının ölkəyə gətirilməsi üçün bir çox tədbir görüldüyünü söyləyib.

O, qeyd edib ki, bir çox ölkə Türkiyədən kömək istəyib:

"Dünya ölkələrinin üçdə ikisi, yəni təxminən 70%-i Türkiyədən kömək istəyib. Maska, kombinezon, əlcək və süni tənəffüs aparatları kimi yardım istəkləri gəlib. Bu günə qədər bizdən yardım istəyən 80 ölkəyə kömək etmək imkanımız oldu".

COVİD-19 ilə mübarizədə dünyanın ehtiyacı olan süni tənəffüs aparatını Türkiyənin qısa müddətdə istehsal etdiyini vurğulayan Oktay müdafiə sənayesində əldə edilən yüksəlişin səhiyyə və avtomobil sənayesi ilə qatar istehsalında da həyata keçiriləcəyini dilə gətirib.

COVİD-19 epidemiyası dövründə dövlətin xidmətlərində də hər hansı bir əksiklik olmadığını söyləyən Oktay epidemiya ilə mübarizə prosesinin hələ başa çatmadığını qeyd edərək sözlərini belə davam etdirib:

"Artıq heç nə əvvəlki kimi olmayacaq. Dünya "harada qalmışdıq" deməyəcək. "Təchizat zənciri" adlandıra biləcəyimiz hər şeydə fərqli bir formalaşma baş verəcək. Bir az daha sağlamlığa ve təhlükəsizliyə yönəlmiş fərqli strukturlar meydana gələcək. Beləliklə, koronavirusla mübarizəni davam etdirməklə yanaşı, işləri yoluna qoymağa da başlamalıyıq. İqtisadiyyatda və sənayedə də işləri yoluna qoymağa çalışmalıyıq. Buna görə bu normallaşma tədbirlərinə ehtiyac duyduq".

pia.az 

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Koronavirus


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Nazirlik rəsmisindən Elmar Məmmədyarovla bağlı açəqlama

Əməkdar artistin vəziyyəti ağırlaşdı, reanimasiyaya yerləşdirildi

DTX-nın əməliyyatı zamanı Qarayev kabinetində nə edirdi?..

Toy etmək istəyənlərin diqqətinə: Bu tarixdən etibarən... - Açıqlama

Təhsildəki korrupsiya: Ceyhun Bayramov necə “yeyir”...

Şirməmməd Hüseynovun qızı Mədəniyyət naziri olacaq?

Əli Həsənovun qanunsuz verdiyi mənzillər satışa çıxarıldı - Sənəd

Gələn həftədən Bakıya giriş-çıxış bərpa edilir? – Rəsmi açıqlama

Adına əmək haqqı kartı var, özünün xəbəri yoxdur

AzTV-dən Respublika günü ilə bağlı maraqlı videoçarx

loading...

Ən çox oxunanalar