Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünya mətbuatı İdlib hücumu ilə bağlı nələr yazır?..

Əl-Cəzirə televiziyası hücumun bölgədəki gərginliyi daha da artıracağını və yeni bir humanitar böhran dalğasına səbəb olacağını bildirib...

“The Independent” qəzeti, 28 fevral 2020-ci il 

İdlibdə vətəndaş müharibəsi davam edərkən beynəlxalq qəzetlər və xəbər agentlikləri hava hücumu nəticəsində 33 türk əsgərinin öldüyünü elan edib.

Türk əsgərlərinə qarşı keçirilən hava hücumundan sonra “Reuters” xəbər agentliyi ən azı 34 türk əsgərinin həyatını itirdiyini abunələrinə bildirib. “Reuters” hücumun ardından Türkiyənin Avropaya olan miqrant axınını qarşısını ala bilməyəcəyini də qeyd edib.

Almaniyanın “Deutsche Welle” kanalı da İdlibdəki hücumla bağlı məlumatları oxucularına çatdırıb.

Almaniyanın Xarici İşlər naziri Hayko Masın bölgədə baş verənlərə görə Suriyanı və Rusiyanı günahlandırdığını yazan “DW” 33 türk əsgərinin şəhid olmasından sonra bu açıqlamanı verib:

“Türkiyə NATO-nun 5. maddəsindən istifadə etmək haqqına sahibdir. Ancaq bu vəziyyətdə həmin maddənin istifadəsinə icazə verilib verilməyəcəyi hələlik məlum deyil. Bu maddədən yalnız bir dəfə, onda da ABŞ-ın tələbi ilə Əfqanıstanda istifadə edilib”.

Ankaranın Suriyadakı ən ağır günlərini yaşadığını yazan İngiltərənin “The Guardian” qəzeti verdiyi xəbərdə: “Ölən türk əsgərlərinin sayının 22-70 arasında dəyişdiyinə dair xəbərlər gəlir”, deyib.

Qəzetin yazdığına görə, Ankara ilə Moskvanın enerji və müdafiə sahəsində əlaqələri olsa da, onların münasibəti Suriya sınağından keçir.

Əl-Cəzirə televiziyası isə hücumun bölgədəki gərginliyi daha da artıracağını və yeni bir humanitar böhran dalğasına səbəb olacağını bildirib.

ABŞ-da çıxan “The New York Times” qəzeti də son hücumun Suriyadakı müharibənin gedişatını dəyişdirə biləcəyinə işarə edib:

“Türkiyə rəsmiləri hücumun Suriya hökumətinə bağlı qoşunlar tərəfindən keçirildiyini, lakin Rusiya hərbi təyyarələrinin son həftələrdə bölgəyə hava hücumları edən tərəf olduğunu qeyd edib”.

Qəzet ABŞ və ya NATO-nun dəstəyi olmadan Türkiyənin Suriyaya müdaxilə etməsinin müxalifət tərəfində mübahisələrə yol açdığını da bildirib.

Fransanın “Le Monde” qəzeti bombardmanların Ankara ilə Moskva arasında problem yarada biləcəyini deyib: “Son həftələrdə rejim və müttəfiqi Rusiya Türkiyə sərhədindəki bir çox bölgənin idarəsini ələ keçirib”.

“Financial Times” qəzeti: “Son 1 ay ərzində Türkiyədə həyatını itirən əsgərlərin sayı 43-ə çatıb”, deyib və “DW” kimi NATO-nu və 5. maddəni vurğulayıb:

“Bu hücumla İdlibdəki böhranın və qaçqın axınının qarşısını almağa çalışan Türkiyə NATO üzvü olan müttəfiqlərinə yenə dəstək çağırışı edəcək. Heç bir NATO üzvü 5-ci maddənin rəsmi şəkildə tətbiq edilməsi ilə bağlı danışıqlar aparmayıb”.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar