Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünya koronavirus dərdinə düşərkən Tramp Yaxın Şərqdə nələr edir?..

Covid-19-la aparılan müharibə gündəmdə əsas yeri tutarkən, ABŞ prezidenti də vəziyyətdən istifadə edərək bölgədəki müttəfiqlərini şantaj etməyə başlayıb...

Robert Fisk

“The Independent” qəzeti, 28 mart 2020-ci il

Bu virus hələ də Donald Trampın Yaxın Şərqdəki mənfur əməllərinin üstünü örtür.

Əvvəlcə İraqdan hiyləgərcəsinə geri çəkilməsi, indi də Birləşmiş Ərəb Əmirlikləri ilə rahat şəkildə apardığı hərbi təlimlər, Əfqanıstandakı prezidentlik uğruna mübarizə və Talibandan yeni dostlar tapdığı üçün bu ölkəyə yardımları 1 milyard dollar azaltması...

Təbii ki, bir tərəfdə də İran var.

Birləşmiş Əmirliklərdə inşa edilən və ortaq hərbi manevr zamanı ABŞ Dəniz Qoşunlarının böyük təlaşla hücum etdiyi o çoxmərtəbəli binalar, otellər, mənzil klasterləri, hava nəzarət qülləsi, neft emalı zavodları və mərkəzində məscid olan bir saxta şəhərə bir nəzər salaq. Hollivud tərzindəki bu dastanı izləyən “Associated Press” müxbirinin verdiyi məlumata görə, Birləşmiş Əmirlik qoşunları helikopterlərdən düşərkən ABŞ-ın Dəniz Piyada Birliyi Bəsrə körfəzində dar dalanacaqlarda saxta düşmən qüvvələrini axtarıblar.

Bəs kimdir bu düşmın qüvvələr? Bəlkə, İran? Təlim üçün qurulan saxta şəhərdəki saxta məscid şiə məscidi, neft emalı zavodları İranın cənubunda yerləşən neft emalı zavodlatı və küçələr də İranın qədim şəhərlərindən birindəki dar küçələr idi. Əlbəttə ki, Şiraz və ya İsfahan deyil.

Birinci Dəniz Səfəri Qüvvələrinin general-leytenantı Tomas Savac, görünür, iranlıların bütün bu təlimə bir az şübhə ilə yanaşacağını düşünməmişdi Adı ilə istila mesajı verən “Yerli Qəzəb” əməliyyatı hər 2 ildən bir keçirilir. Savac: “Biz bölgədəki sabitliyə görə narahatıq. Əgər onlar bunu təxribat kimi görürlərsə, öz problemləridir. Bu bizim üçün normal bir təlimdir”, deyib.

Qeyd etməliyəm ki, Amerika silahlı qüvvələrinin bölgədə sabitlik yaratmaq üçün məscidlər və dar küçələrlə birlikdə müsəlman şəhərlərinə uydurma hücumlar etməsi heç normal deyil. Bununla belə, əlbəttə ki, Birləşmiş Əmirlik əsgərlərinin həmin müharibədə səudiyyəlirə xəyanət edib aradan çıxmazdan əvvəl 4 il boyunca Husilərə qarşı savaşan Yəmən şəhərlərini təmsil etməsi nəzərdə tutulmamışdı. Bu yaxınlarda 4 min ABŞ əsgəri Küveytdən Birləşmiş Ərəb Əmirliklərinə göndərilib. General Savac əsgərlərdən heç birinin koronavirusa tutmadığını və əsgərlərin əməliyyat üçün yola çıxdıqdan sonra ətraf aləmlə az təmasda olduğunu bildirib.

Fərqli bir kontekstdə ətraf aləmlə (yəni əsl dünya ilə) az təmasda olan Tramp da bölgədəki müttəfiqlərini yenidən şantaj etməyə başlayıb. Dünyanın böyük bir hissəsi getdikcə böyüyən, vəbayə bənzər ölüm təhlükəsi ilə mübarizə apararkən ABŞ-ın Dövlət Katibi Mayk Pompeo qəfildən və ictimaiyyətə elan etmədən Əfqanıstana edilən yardımı 1 milyard dolları azaldlb və Əfqanıstan höküməti ilə əməkdaşlığın daha da azalacağını deyərək yeni höküməyi təhdid edib. Bu da Covid-19 ilə qarşılaşan və heç bir dəstəyi olmayan bir xalqa olduqca ağır bir zərbədir. Amma, necə deyərlər, öncə Amerika!

Gördüyünüz kimi Tramp və Pompeo son seçkilərdə həm Əşrəf Qaninin, həm də Abdullah Abdullahın prezident seçildiyini iddia etmələrinə çox qəzəbləniblər. Çünki bunu etməklə Vaşinqton və Taliban arasındakı razılaşmanı təhlükə altına atırlar. Hansı ki, bu razılaşmaya görə, Taliban Əfqanıstanda dolaşan İŞİD, Əl-Qaidə və digər cihadçılara qarşı mübarizə aparacağını vəd edib və ABŞ da buna qarşılıq olaraq geri çəkiləcəyinə söz verib. ABŞ və məncə, “Talibanistan” deməli olduğumuz quruluş arasındakı sülh müqaviləsində iki rəqib prezidentin etiraz etdiyi qarşılıqlı məhbus (1000 hökumət əsgərinə qarşılıq olaraq 5000 Taliban üzvü) mübadiləsi məsələsi də öz əksini tapıb.

Abdullah və Beyrutdakı keçmiş universitetin “qlobal mütəfəkkir” adlandırdığı Qani, görünür, orta əsrlərdə yaşayan fars şairi Sədinin sözlərini unudub: 10 kasıb bir xalça üzərində yaşaya bildiyi halda, 2 kral bir krallığa sığa bilməz.

Pompeonun niyə məyus olduğunu görmək mümkündür. İki rəqib papanın (və Roma imperatorunun) eyni dönəmdə belə azmaq şəkildə üz-üzə qaldığını heç görməmişdik. Əgər Əfqanıstan imperiyaların qəbiristanlığıdırsa, eyni zamanda sarayları, villaları və mühafizəçiləri olan yerli agaların təkəbbür bulağıdır. Bu iki prezident mübahisələri həll edə bilsə, Pompeo ABŞ-ın sanksiyalara yenidən baxacağını açıqlayıb və beləliklə, bunun Tramp üçün əsl şantaj materialı olduğunu sübut edib.

Bununla yanaşı, İrana qoyulan idxal qadağalarının Covid-19-lə mübarizəyə mane olması ilə bağlı iddialara baxmayaraq, ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalara qətiyyən yenidən baxılmayacaq.

Sanksiyaların İranın tibb işçiləri üçün tənəffüs cihazlar və qoruyucu geyimlər əldə etməsinə mənfi təsir göstərdiyini ortaya qoyan insan hüquqları təşkilatlarının hesabatlarına işarə edən BMT bu cür sanksiyaların təcili olaraq yenidən qiymətləndirilməsi üçün çağırış edib. 47 000-dən çox yoxulma faktı olan və 2000-dən çox itki vermiş iranlılar daha çox qurbanı ört-basdır etmiş ola bilərlər. Unutmayaq ki, bu, Ukrayna sərnişin təyyarəsi ilə Amerika raketi arasındakı fərqi bilməyən (və bu barədə 2 gün yalan danışan) bir rejimdir. Onların açıq şəkildə köməyə ehtiyacı var. Lakin Amerikanın sanksiyaları Yaxın Şərqdə koronavirusdan daha vacibdir.

Təəssüf ki, iranlıların nəfsi də belədir. Həqiqətən də trampçı fantaziyanın məhsulu olan (ABŞ prezidenti virusu hələ də “Çin virusu” adlandırır) Ayətullah Əli Xamenei, görünür, bir Çin rəsmisinin şərhlərindən ilhamlanaraq Covid-19-ın ABŞ-da insan əliylə yaradıldığını və ABŞ tibbində virusu daha çox yaymağın bir yolu olduğunu iddia edib. 80 yaşlı möhtərəm: “Siz (amerikalılar) həkim və terapevtləri kimisə göndərə bilərsiniz. Bəlkə də, bura gəlib şəxsən istehsal etdikləri zəhərin təsirlərini görmək istəyəcəklər”, deyib.

Bu cəfəngiyyatdan sonra Pakistanın Baş naziri İmran Xan epidemiya bitənə qədər sanksiyaların qaldırılması üçün humanitar əsaslarla ABŞ-a etiraz edə biləcək yeganə regional lider olaraq qalıb. Deməyə ehtiyac belə yoxdur, amma vaxtını boşa xərcləyib.

Nəticədə, İsrailin əlaltı təşkilatı olan Cənubi Livan Ordusunun keçmiş üzvü Əmir Faxurini daşıyan ABŞ Dəniz Korpusuna aid bir “Osprey V-22” helikopteri keçən həftə ABŞ-ın Beyrutdakı səfirliyindın uçub. İndi ABŞ vətəndaşı olan Faxuri ailəsini ziyarət etmək üçün bir müddət əvvəl Livana qayıtmışdı və Beyrut hava limanında yüksək vəzifəli bir məmur tərəfindən qarşılanmışdı. Lakin Xiyam həbsxanasında işgəncələrə məruz qalan keçmiş məhbusları onun İsrailin məşhur həbsxanasının sabiq direktoru olduğunu təsbit ediblər. Ona görə də, Faxuri dərhal Livan rəsmiləri tərəfindən məhbuslara işgəncə verməkdə ittiham edilərək həbs edilib və hərbi məhkəməyə çıxarılıb

Faxuri ona qarşı irəli sürülən bütün ittihamları rədd edib. Daha sonra bir hakim bu cinayətlərin 10 il əvvəl baş verdiyini dediyi üçün azadlığa buraxılıb. 4-cü səviyyədə limfoma xəstəsi olduğu üçün Beyrutda bir xəstəxanaya yerləşdirilən Faxuri İsrailin 2000-ci ildə Livandan geri çəkilməsindən sonra ölkədən qaçmışdı. Hərbi hakim onun sərbəst buraxılmasına etiraz etsə də, Faxuri Livandan hava yoluyla təxliyə edilib. Tramp onunla bağlı olaraq: “Azadlığa buraxılması üçün çox çalışırıq”, demişdi və həqiqətən də, ABŞ səfirliyinin bir rəsmisi keçən il Faxurinin ilk məhkəmə iclasının keçirildiyi hərbi məhkəməyə qatılmaq üçün çox israr etmişdi.

Xiyam həbsxanası həm kişi, həm də qadın şiə-müsəlman məhbuslara işgəncə və zalımcasına rəftar göstərməsi ilə məşhurdur. Beynəlxalq Əfv Təşkilatı və İnsan Hüquqlarını Müdafiə Təşkilatı həbsxanadakı işgəncələrlə bağlı bir neçə detallı hesabat dərc edib. Faxurinin sərbəst buraxılması Livanda siaysi partiyaların qəzəbinə səbəb olub. Hətta İran tərəfindən maliyyələşdirilən və silahlandırılan Hizbullah yaraqlılarının Tramp administrasiyasının nümayəndəsi ilə birlikdə Faxurinin sərbəst buraxılması barədəki danışıqlarda iştirak etdiyi iddia edilmişdi. Hizbullah lideri Seyid Həsən Nəsrullah isə bu iddianı rədd edib.

Əlbəttə ki, heç kim Livanın ən məşhur məhbusunun ölkədən necə çıxarıldığını görməmişdi. Çünki bir Amerika vertolyotu onu Aralıq dənizi üzərindən apararkən Beyrut sakinləri Covid-19-a yoluxmamaq üçün evdə gizlənirdilər.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar