Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünya iqtisadiyyatının boğazına ilişən konteyner gəmisi hər gün külli miqdarda zərər vurur

Yaponiya mənşəli “Ever Given” adlı konteyner daşıyıcı gəminin Süveyş kanalında quma oturması, dünya iqtisadiyyatının boğazında ilişib qalan sümüyü xatırladır.

“Bloomberg” agentliyinin məlumatına əsasən, neft də daxil olmaqla kanaldan keçə bilməyən yüklərin ümumi dəyəri 10 milyard dollardan çoxdur. Hazırkı ana qədər 185 gəmi marşrut üzrə keçməyi gözləyir, onlardan ən azı üçü sadəcə yerindən tərpənə bilmir. Süveyş kanalından hər gün 50 gəminin keçdiyi nəzərə alınsa situasiyanın gələcəkdə daha ağırlaşacağını proqnozlaşdırmaq çətin olmaz.

Məsələn, Çindən Avropaya gedən hər 12 metrlik konteynerin qiyməti 4 dəfə artaraq 8 minə çatıb. Yaxın Şərqdən Çinə gedən çox böyük tankerlərin (VLCC) gəliri isə gündə 1371 dollar olub. İldə 1 milyon barrel neft daşıyan “Suezmax” gəmilərinin fraxtı indi bir gündə 17 min dollardır.

Kanalın bir neçə həftəliyə bağlanması gəmilərin alternativ yol kimi bütün Afrikanı dolanaraq keçməsi anlamına gəlir ki, bu da əlavə 9,6 min kilometr yol və supertanker üçün 300 min ton yanacaq məsrəfi deməkdir.

Lloyd's List şirkətinin hesablamalarına görə Süveyş kanalının bağlı qaldığı hər bir saat dünya ticarətinə 400 milyon dollara başa gəlir. Şirkət artıq Qərb istiqamətinə malların günlük dəyərinin 5,1 milyard dollar, Şərq istiqamətində isə 4,5 milyard dollar həcmində olduğunu bildirir.

Eksertlərin rəyinə görə, onlarla gəminin Süveyş sularında ililşi qalması neft qiymətlərinin də 10% artmasına səbəb ola bilər.(musavat.com)

pia.az 


Etiket: Gəmi


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək

Ən çox oxunanalar