Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünya iqtisadiyyatını ağır sarsıntı gözləyir

Amerika-Səudiyyə neft savaşı çox ölkələri çökdürəcək

Olqa Samofalova

vz.ru, 07.04.2019

ABŞ OPEK-ə qarşı antikartel qanunu qəbul etsə, onda Səudiyyə Ərəbistanı neft satarkən Amerika dollarını işlətməkldən imtina edər. ABŞ niyə hələ iyirmi il qabaq düşünülmüş bu qanunu bəyənməyə heç vaxt olmadığı qədər yaxındır?

Səudiyyə Ərəbistanı Vaşinqtonun neft bazarında kartel əlbirliyində iştirak edən başqa dövlətlərin OPEK ölkələrinə (yəni o cümlədən Rusiyaya) qarşı antiinhisar iddialarına baxmaqda Amerika məhkəmələrinə səlahiyyət verən NOPEC (No Oil Producing and Exporting Cartels Act) qanun layihəsini qəbul etdikdə, cavabında neft satarkən dollardan imtina hədəsi gəlir. “Reuters” qaynaqlara isitnadən bu haqda məlumat verib.

Səudiyyə Ərəbistanı NOPEC-ə cavab kimi krallığın ABŞ-dakı aktivlərini satmağı da nəzərdən keçirir. Səudiyyə Ərəbistanı ABŞ-a, demək olar, bir trilyon dollar yatırıb və ABŞ-ın 160 milyard dollara yaxın məbləğdə xəzinə istiqrazlarının sahibidir. ər-Riyad habelə 1986-dan bəri fiksə edilən kursla ticarət aparılan Səudiyyə rialının dollara bağlanmasından imtina edə bilər.

Antikartel qanunu niyə bu qədər qorxuludur ki, hətta ABŞ-ın çoxillik müttəfiqi dollarsızlaşma prosesinə başlamağa hazırdır?

Deməyinə dəyər ki, ABŞ-da artıq bu qanun layihəsini bu və ya başqa formada, demək olar, 20 il müddətində qəbul etməyə cəhd ediblər. Lakin bu, indiyədək belə də edilməyib. Agentliyin qaynaqlarından biri bildirib ki, NOPEC qanun layihəsinin indi də qəbul ediləcəyini düşünmür. Lakin Milli Energetika Təhlükəsizliyi Fondunun aparıcı eksperti, Maliyyə Universitetinin müəllimi İqor Yuşkov hesab edir ki, belə bir qanun layihəsinin qəbul edilməsi şansı son iyirmi ildə məhz bu gün daha yüksəkdir. Hətta təkcə Donald Tramp hakimiyyətə gəldiyi üçün deyil. İqor Yuşkov deyir: “Hətta Tramp olmasaydı da, fərqi yoxdur, ABŞ-da bu nəticəyə gələcəkdilər. Orada belə qanunları qəbul etmək planında fikir ayrılığı yoxdur. Yaxın Şərq monarxiyalarıyla münasibətlərin soyuqlaşması hələ Barak Obama dönəmində başlanıb. Onun prezidentliyinin son ilində ABŞ prezidentinin Yaxın Şərqin monarxiya başçılarıyla ənənəvi görüşü olub, amma monarxların özləri Obama ilə bu görüşə gəlməyib, təmsilçilərini göndəriblər. Bundan sonra lap pis olacaq. Çünki ABŞ-ın özü getdikcə daha çox neft çıxardır və ixrac edir”.

Qabaqlar ABŞ-ın Səudiyyə Ərəbistanı və Yaxın Şərqin başqa neft istehsalçılarıyla aydın qarşılıqlı asılılığı var idi. Buna görə də onlar amerikalılar üçün neft anbarı, əsas neft tədarükçüsü idilər. ABŞ bunun əvəzində Yaxın Şərqdə bir çox şeylərə göz yumaraq onlara müdafiə və siyasi loyallıq zəmanəti vermişdi. İndi ABŞ Səudiyyə neftindən daha az asılıdır, çünki onu özü hasil edir. METF eksperti mülahizə edir: “Amerikalılar, ümumuiyyətlə, Yaxın Şərq neftindən imtina edə bilsələr, bu, amerikalılara gərək olmayacaq Yaxın Şərq monarxiyalarına çox böyük zərbə olacaq. Əksinə, ABŞ-ın baxışınca, neft hasil edən ölkələr təhlükəyə çevrilir, çünki ABŞ-ın kürəsəl rəqiblərinə, məsələn, Çinə resurslar tədarük edirlər”.

İqor Yuşkov hesab edir: “İndi qanun layihəsini dolabdan çıxardır, tozunu silkir, cilalayandan sonra isə qəbul edəcəklər. Onlar daxili kommersiya qanununu beynəlxalq sanksiylar üçün bəhanə kimi istifadə etməyə hazırlaşırlar”.

O deyir: “ABŞ-ı kommersiya rəqabəti məntiqi hərəkətləndirir – rəqibləri bazardan rədd etmək, bazarları təmizləmək gərəkdir”.

Və məqsədə yetmək üçün istənilən üsul yaxşıdır. ABŞ dünyadakı siyasi və iqtisadi nüfuzundan yararlanır ki, nə ÜTT-nin beynəlxalq normalarına, nə də başqa heç nəyə fikir verərək rəqibləri istənilən mümkün üsulla qorxutsun.

ABŞ İranı artıq sərt sanksiyalar altına salıb, Venesuelada hərc-mərcliyin çoxalmasına fəal yardım edir və RF-də neft hasilatını artırmalı olan Rusiya layihələrinə münasibətdə nöqtəvi sanksiyalar tətbiq edib. Deməli, şelfdə hasilata, çətin hasil edilən ehtiyatlara qarşı sanksiyalar qüvvədədir, habelə Rusiyanın şistli neft layihələrinin ünvanına (hələlik xarici) hədələr meydana çıxıb, amma daxili şistli neft layihələrinin ünvanına sanksiyalar da uzaqda deyil.

Yuşkov deyir: “Rusiya, İran və Venesuelaya qarşı sanksiyalar üçün bəhanə tapmaq asan olsa da, bunu səudlar və başqa müttəfiqlərə qarşı etmək çətindir. Onlar OPEK-ə qarşı tətbiqi mümkün basqı vasitəsi axtarırdılar. Və gördüyümüz kimi, sanksiyalar üçün burada da bəhanə tapılıb”.

Onun sözlərinə görə, lakin qanunun qəbul edilməsi bildirmir ki, ABŞ onu əlüstü tətbiq etməyə başlayacaq, sadəcə, OPEK və başqa ölkələrin başı üstündə damokl qılıncı kimi tutacaq ki, onları öz aralarında rəqabət aparmağa vadar edərək ABŞ-a qarşı böyük siyasi loyallıq göstərərək mane olmasınlar.

ABŞ-ın antikartel qanunu işləsə, ciddi nəticələrə gətirəcək. Maraqlıdır ki, ABŞ energetika naziri Perri bu yaxında xəbərdarlıq edib ki, guya NOPEC-in qəbulu neft qiymətlərinin görünməmiş miqyasına təkan verə bilər. Amma bu olduqca qəribə görünür, çünki tamamilə əks nəticələr gözlənilir.

Yuşkov deyir: “Amerikalılar bu qanunu tezliklə tətbiq etməyə başlasalar, bu, kürəsəl sarsıntılara gətirə bilər”. Neft hasilatının tənzimlənməsi davam edəcəyi halda ABŞ OPEK+ üzvlərini cərimə və sanksiyalarla hədələyərsə, üzvlər cəza qorxusu altında təşkilatdan çıxmağa başlayarlar.

Yuşkov təsvir edir: “Onda hər bir neft hasilatçısı bir anda ən yuxarı hasilata başlayacaq. Bu, əlüstü bazarda təklif çoxluğuna gətirəcək, çaxnaşma və qiymətlərin artımı deyil, yetərincə mühüm azalması başlanacaq. Və dünyanın bu aşağı qiymətlərdə nə qədər oturub qalacağı aydın deyil. Sual – bazardan birinci kim gedəcək?”

Qiymət bir barrelə 30 dollar olarsa, onda bütün ixracatçılara pis olacaq. Ən böyük istehsalçılar – birinci növbədə RusiyaSəudiyyə Ərəbistanı, hər şeydən qabaq, budcə itkisi yaşayacaq. ABŞ isə bu zaman hasilat həcmini, sadəcə, azaltmağa başlayacaq.

Onun sözlərinə görə, aşağı qiymətlər dövrü aylarla, ən yuxarısı bir il çəkəcək. Bu müddətdə heç kim yeni hasilat layihələrinə pul qoymayacaq, çünki bunların hamısı bahadır və aşağı qiymətlər dövründə gəlirsiz olacaq. Bir-iki il heç kim yatırım qoymasa, onda hasilatın azalması, bazarda təklif qıtlığı başlanacaq və bu zaman qiymətlər göylərə uçacaq.

ОPЕК+ bu gün orta qiyməti bir barrelə 60-70 dollarda saxlamaq imkanı verir. OPEK-in tənzimləməsi olmasa, qiymətlər gah hər barrelə şərti 30 dollara qədər düşəcək, gah da 100 dollara qədər yüksələcək. Yuşkov deyir: “Və belə qiymət yelləncəyi dünya neft bazarında daim olacaq”. Bununla yanaşı, istehsalçıların hamısı sırada qalmayacaq.

Yuşkov kədərli mənzərə təsvir edir: “Bir barrelə 20-30 dollar zamanı Yaxın Şərqdə hər bir ölkə Liviyanın durumuna yuvarlana bilər. Bizdə hər şeyi bürüyən dəyişikliklər ola bilər. Rusiya büdcə xərclərini, hər şeydən qabaq sosial xərcləri azaltmalı olacaq, bu isə narazılıq törədəcək. Səudlar da öz ehtiyatlarını çox tezliklə sərf edəcəklər. Axı təşkilat üzvləri OPEK+ sövdəsinə xoş günə kef üzündən razılaşmayıblar: ehtiyatlar göz qabağında əriyirdi”.

Həmsöhbətimiz əlavə edir: “Bu, onlarla yeni İŞİD-in meydana çıxmaq təhlükəsini doğurur. Axı narazı adamlar ora gedirlər. İş olmayanda səbəbi qaynaqdan uzaqlaşmaqda “izah edən” dini fanatik hər şeydən qabaq gəncliyin arasında ortaya çıxır”.

Beləliklə, OPEK-in məhvi nəticədə dünya kapitalının yenidən bölünməsi qəsdilə silahlı savaşa alternativ ola bilər.

“Fridom Finans” Yatırım Şirkətinin analitik idarəsinin rəisi Vadim Merkulov qeyd edir: “NOPEC qanunu OPEK-in bütün ölkələrinə, o cümlədən Rusiyaya yönəlməsə, onda avro ilə hesablaşmağa kəskin keçid və istehsal həcminin azalmasını gözləmək olar: alıcıların Amerika sanksiyaları qarşısında xofu üzündən istehsal aşağı düşür – OPEK+-la alver etsən, onda cavab sanksiyalar əldə edəcəksən. Amerika sanksiyalarından sonra öz hasilatını ikiqat azaltmış İran yaxşı örnək ola bilər”.

Bununla yanaşı, Səudiyyə Ərəbistanının öz iqtisadiyyatını dollarsızlaşdırmağa açıq hədəsi, çətin ki, ABŞ-ı qorxutsun.

Yuşkov deyir: “Səudiyyə Ərəbistanı öz hədələrini işə salmaq, məsələn, ABŞ-ın xəzinə istiqrazlarını satıb sovmaq istəyirsə, onda ona, sadəcə, bunu etməyə imkan verməyəcəklər. Vaşinqton, sadəcə, onun pullarını həbs edəcək – məsələn, ABŞ-ın “girov götürdüyü” Venesuela qızılı ilə olduğu kimi. Amerikalılar çox gözəl anlayırlar ki, bu hədələrin yerini alması ər-Riyaddan asılı deyil”.

Merkulov hesab edir: “Dollar effektini dəyərləndirmək çətindir, çünki indiki anda dünyada tranzaksiyaların 70%-dən çoxu dollarla baş verir. Hətta bütün tranzaksiyalar avro ilə baş versə, fərq etməz, bu, dünyadakı durumu dəyişməz, çünki söhbət onlarla trilyon dollardan gedir”.

Yuşkov nəticəyə gəlir: “Amerikalılar Yaxın Şərq neftini almaqdan tam imtina edəndə səudlar neft satışı zamanı dollarla ticarətdən uzaqlaşa bilərlər. Səudlar Avropa və Çinlə avro və yuanla ticarət edəcəklər, amma artıq bu zaman İrandakı durum tipində tam böhranlı vəziyyət olacaq”.

Çin də, Rusiya da dollardan aralanmaq istərdi, hətta AB də narazıdır ki, enerji daşıyıcları müqavilələrinin ancaq 20%-i avroda, tam 80%-i dollarda nominasiya olunub. Amma heç kim kəskin hərəkət etmir. Onları təkcə valyuta kurslarının dəyişilməsindən risklər narahat etmir, ABŞ tərəfdən sanksiyaların tətbiqindən qorxurlar – özü də hökmən AB və ya Çinin ünvanına deyil. Sadəcə, enerji resurları ixracatçılarının belə bir şeyə gücü çatmaz.(Tərcümə Strateq.az)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar