Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünya güclərinin yeni hədəfi: Afrika qitəsi - Mübarizə daha da güclənəcək?

Afrikanın geosiyasi önəmi hansı səbəbdən böyüməkdədir və bu qitə üzərindən dünyada qarşıdurmanın daha da böyüməsi mümkündürmü?..

Politoloq: “Afrika öz təbii ehtiyyatlarına görə zəngindir. Təbii ehtiyatlarına görə də Afrika ölkələri ABŞ-ın, Çinin, Rusiyanın, eyni zamanda Hindistanın diqqət mərkəzindədirlər”

RusiyaABŞ siyasi və hərbi aspektdə həmin dövlətlərin siyasi rejimləri ilə əməkdaşlıq edirsə, Çin həmin ölkələrin siyasi elitalarını öz iqtisadi gücü və korrupsiya ilə ələ almaq iqtidarındadır”.

Bu sözləri politoloq Zaur Məmmədov son zamanlar Afrika uğrunda başlanılan ciddi geopolitik mübarizənin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Son zamanlar Afrika uğrunda ciddi geopolitik mübarizə başlanıb. ABŞAvropanın qara qitədəki hegemon mövqeyini Çin və Hindistan böyük həcmdə sarsıtmağa çalışır və bu iki dşvlət qara Afrika uğrunda əsil savaş aparırlar. Bəzi analitiklərin fikrincə Afrika uğrunda mübarizə Çin və Hindistan arasında müharibəyə qədər inkişaf edə bilər. Öz növbəsində bir neçə ildir ki, Rusiya da Afrikada hərbi və iqtisadi mövqelərini gücləndirməyə çalışır.

Afrika qitəsinin formalaşmaqda olan yeni dünya düzənində siyasi və iqtisadi yeri barədə nə demək mümkündür? Afrikanın geosiyasi önəmi hansı səbəbdən böyüməkdədir və bu qitə üzərindən dünyada qarşıdurmanın daha da böyüməsi mümkündürmü?

Mövzunu PİA.az-ın əməkdaşı Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədovla müzakirə edib.

Zaur Məmmədov: “Liviyada vətəndaş müharibəsinin hələ də davam etməsinin səbəbi hegemon dövlətlər arasında olan mübarizədir”.

Hələlik Afrikanın hər hansı ölkəsində hegemon dövlətlərin ciddi qarşıdurmasının olacağını istisna edən politoloq PİA.az-a açıqlamasında bildirib ki, artıq onların hesablanmış ölkələri var ki, ayrı-ayrı Afrika ölkələri başqa hegemon dövlətlərə daha çox nüfuz edirlər:

“Son zamanlar dünyanın diqqət mərkəzi əsasən Aralıq Dənizi hövzəsi, Şimali Afrika, eyni zamanda Yaxın Şərq bölgəsi olmasına baxmayaraq ənənəvi olaraq bu qaynar nöqtələrdən başqa qlobal hegemonluq uğrunda mübarizədə Afrika ölkələri, Afrika qitəsi də çox böyük aktuallıq təşkil edir. Afrikada Rusiya, Çin, ABŞ arasında olan kəskin rəqabətdən də danışa bilərik. Belə olan halda təbii ki, bu dövlətlərin planetin hər bir nöqtəsində bir-birinə qarşı mübarizə apardıqlarının şahidi oluruq.

Məlumdur ki, Afrika öz təbii ehtiyyatlarına görə zəngindir. Təbii ehtiyatlarına görə də Afrika ölkələri ABŞ-ın, Çinin, Rusiyanın, eyni zamanda Hindistanın diqqət mərkəzindədirlər. Həmçinin bu gün dünyanın diqqətindən kənarda qalan Afrika hərbi məqsədlər üçün də istifadə edilə bilər. Keçən il Mərkəzi Afrika Respublikasında Rusiya ilə bağlı baş verən qalmaqal da buna bir işarədir.

Digər tərəfdən Çinin artan iqtisadi gücünün faktiki olaraq dünyanın hər bir ölkəsinə nüfuzu ilə nəticələnməsinin şahidiyik ki, bu ənənəvi ABŞ hegemon siyasətinə qarşıdər. Çünki indiki halda üçüncü dövlətlər üçün Çin RusiyaABŞ-dan daha cəlbedici görünür. Söhbət Çin iqtisadiyyatından və Çin investisiyalarından gedir. RusiyaABŞ siyasi və hərbi aspektdə həmin dövlətlərin siyasi rejimləri ilə əməkdaşlıq edirsə, Çin həmin ölkələrin siyasi elitalarını öz iqtisadi gücü və korrupsiya ilə ələ almaq iqtidarındadır.

Zaur Məmmədov: “Liviya uğrunda Çin, ABŞ, Rusiya, İtaliya, eyni zamanda da Qərbi Avropa ölkələri mübarizə aparmaqdadırlar”.

Hələlik Afrikanın hər hansı ölkəsində hegemon dövlətlərin ciddi qarşıdurmasının olacağı istisnadır. Artıq onların əvvəlcədən sıx əlaqələrə sahib olduqları ölkələr var. Buna baxmayaraq ayrı-ayrı Afrika ölkələri hegemon dövlətlərin maraq dairələri içinə girib. Xüsusən Çinin və Hindistanın Afrikaya böyük sərmayələr qoyması ABŞ-ı, Avropanı və Rusiyanı qıcıqlandırır. Bu üzdən Afrika üzərində yeni geosiyasi oyunlar meydana çıxmaqdadır.

Rusiyanın son atdığı addımlar da bunu sübut edir. Moskvada Afrika dövlət başçılarının toplanması və Putinin Afrika dşvlətlərinin borclarını silməsi onu deməyə əsas verir ki, Moskva Afrikanı özünün əsas maraq siyasi və hərbi maraq dairəsi içinə alıb.

Bu oyunlar hələ ki, beynəlxalq miqyasda təhlükəyə çevrilməsə də Afrikada geosiayasi mübarizə hər gün daha da böyüyür. Hələlik əsas gərginlik nöqtəsi Şimali Afrikadır. Afrikanın Şimalı hazırda hegemon dşvlətlərin əsas hərbi səhnəsinə çevrilib. Misirdə və Liviyada qlobal güclərin daha çox toqquşmasını göstərə bilərik. Ən çox da Liviya uğrunda Çin, ABŞ, Rusiya, İtaliya, eyni zamanda da Qərbi Avropa ölkələri mübarizə aparmaqdadırlar. Liviyada vətəndaş müharibəsinin hələ də davam etməsinin səbəbi hegemon dövlətlər arasında olan mübarizədir.

Onu da qeyd edim ki, Aralıq Dənizində neftin tapılması Aralıq Dənizinin Şərq və Cənub hissələri uğrunda gələcəkdə kəskin mübarizənin olacağına dəlalət edir”.

Nərminə UMUDLU

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar