Şənbə, 31 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“Dünya ermənilərin üzünə tüpürəcək” – Qabil Hüseynli

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynlinin Yenisabah.az-a müsahibəsi:

- Qabil müəllim, Nikol Paşinyan deyib ki, Ermənistan qondarma “DQR”-in müstəqilliyini tanıya bilər. Sizcə, belə bir qərarın qəbul edirlməsi nəyi dəyişəcək?

- Dağlıq Qarabağın müstəqilliyinin Ermənistan tərəfindən tanınması o demək olacaq ki, işğal edilən torpaqların başında Ermənistan dayanıb, qondarma "DQR"-in yaranmasında o iştirak edib. Bütövlükdə bu bölgədə baş verən müharibə əməliyyatlarında hər şeyin təşəbbüskarı Ermənistan olub və ona görə də yaranmış vəziyyət üçün tam məsuliyyət daşıyır.

- Sözsüz ki, Paşinyan da bunun fərqindədir. O zaman niyə belə bəyanat verir?

- Məncə, Paşinyan bu çıxışlarla sadəcə Azərbaycanı hədələyir, dediyim kimi, guya tanısa nə olacaq, hansı üstünlüyü qazanacaqlar? Əksinə, Ermənistanın bu proseslərin içərisində olduğunu, təcavüzkar olması faktını gün üzünə çıxaracaqlar. Ermənilər yaxalarını hər yerdən çəkirdilər və beynəlxalq təşkilatlar da bir növ özlərini inanmış kimi göstərirdilər. Azərbaycan dəfələrlə faktlar təqdim edərək müxtəlif materiallarla sübut etmək istəyirdi ki, müharibənin baş verməsinin əsas səbəbi erməni işğalçılarının suveren Azərbaycanın ərazilərinə hücumudur, bu əraziləri üçüncü bir dövlətin köməyilə işğal etməsidir. Bu ərazidə olan qoşunların canlı qüvvəsinin 90 faizindən çoxu Ermənistandan gələn əsgərlərdir. Üçüncü dövlətin hərbi qüvvələri və əsgərləri də burada mühüm rol oynayıb. BMT əgər Ermənistanı təcavüzkar kimi tanısaydı, ona sanksiyalar tətbiq etməli, üzərinə böyük siyasi məsuliyyət yıxmalı idi.

- Sizcə, Ermənistan tərəfi bəyanatların siyasi nəticələrini nəzərə alırmı?

-Ermənilər bunun siyasi nəticələrini çoxdan hesablayırlar və bilirlər ki, bu zaman dünya onların üzünə tüpürəcək. Ermənilər indiyədək deyirlər ki, biz müharibədə iştirak etməmişik, işğal edilmiş əraziləri də şanlı Arsaxın özünümüdafiə qüvvələri işğal edib. Yəni bu günədək dünyaya belə bir yanaşmanı sırımağa çalışıblar və ona qismən nail olublar. İndi birdən-birə həmin əraziləri tanısalar, dünya fikirləşəcək ki, nəyə görə BMT-də formalaşmış ənənəni bu dövlət pozur? Çünki oraya işğal edilmiş ərazilər, qondarma DQR-in əraziləri də daxildir.

- Bəs Paşinyanın indiyədək belə bir addım atmamasına səbəb nə olub?

- Ermənilər məsuliyyətdən qorxaraq belə addım atmırdılar. Atandan sonra müzakirələr yeni səviyyəyə qalxacaq və bir çox arqumentlər dəyişməli olacaq. Ermənilər indiyədək çox manevrlər ediblər. Status-kvonun dəyişdirilməsinin qarşını almaq üçün dəridən-qabıqdan çıxıblar. Bu, Paşinyan dövründə özünü daha əcayib formada göstərməyə başlayıb. Son zamanlar onlar açıq-aşkar müharibəyə hazırlaşırdılar. Dağlıq Qarabağın ərazisinə Ermənistandan mütəmadi şəkildə silah, mövhumat, canlı qüvvə daxil olurdu. Həqiqətən də orada böyük bir yığınaq etmişdilər. Ona görə də Dağlıq Qarabağın mərkəzinə doğru irəliləmək bir qədər çətinliklə baş verir. Amma bütün bunlara baxmayaraq, dünya hələ də bu bölgədə baş verən hadisələri olduğu kimi dərk etmir. Amerikanın Minsk qrupundakı köhnə səfiri bildirib ki, bölgədə yaranan vəziyyətin əsas təqsirkarı Ermənistandır. Ermənistan Azərbaycan dövlətinin torpaqlarını işğal edibdir və bu işğal nəticəsində yüz minlərlə insan yurdundan didərgin düşüb. İndi də onlar işğal etdikləri torpaqlarda məskunlaşma işləri aparırlar və torpaqları özününküləşdirirlər.

- Vəziyyətin bu həddə gəlib çatmasını necə qiymətləndirirsiz?

- Məsələnin mahiyyətini hər kəs öz bildiyi kimi şərh edir. Azərbaycan boğaza yığıldı, gördü ki, nə Minsk qrupu, nə böyük dövlətlər, nə də beynəlxalq təşkilatlar vəziyyəti dəyişmək istəyir. BMT-nin dörd qətnaməsinə heç kim əhəmiyyət vermir. İndiyədək işğal edilmiş ərazilərdən danışırlar, amma işğalçının kim olduğunu demək istəmirlər. Yəni ermənilərin ortaya atdıqları dolaşıq bir məlumat üzündən Qərb ölkələri də başlarını çox sındırmayaraq onların atdıqları tələyə düşürlər. Ölkə prezidentinin də dediyi kimi, siz Paşinyanla bacarmırsınız, biz bacararıq. Siz status-kvonu dəyişdirmək istəmirsiz, amma biz dəyişdirərik.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Əsir götürülmüş azərbaycanlı hərbçilər yaxın məsafədən atəş açılaraq qətlə yetirilib

“Ordumuz Laçın və Şuşada düşməni mühasirəyə alıb” - Açıqlama

Paşinyanın şok məktubu yayıldı: “Qarabağı verək, əvəzində...” - Foto

Ordumuzun məhv etdiyi 12 milyonluq erməni “Smerç”i – Azərbaycanda bu raketdən nə qədər var? 

Putin Təhlükəsizlik Şurasının iclasını topladı

Daha 9 kənd işğaldan azad edildi - Prezidentdən "tvit"

“Putin bir ay susdu, amma indi...” - Qarabağla bağlı plan nədir?

Azərbaycan Ordusunun məhv etdiyi P-18 nədir? - Detallar

Bu da Anna Akopyanın qadın “batalyon”u – Fotolar

Putinin yeni Qarabağ açıqlamaları - Rusiya prezidenti ədalətli mövqe sərgiləyir?...

Azərbaycan ordusu dünyanın ən güclü RLS-lərindən birini Qarabağda məhv etdi

loading...

Ən çox oxunanalar