Bazar, 07 İyun 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Dünya çempionumuz: “Evdə boş oturmuram, qızıma Quran əzbərlədirəm”

"Quranın hansısa surəsini qoyuram, ona qulaq asıb əzbərləyir"...

“Virusla mübarizə aparmaq üçün hamı kimi biz də evdə qalmağa çalışırıq. Marketə də çox getmirəm. Çünki evə bazarlığı əsasən, atam edir. Yalnız bir dəfə market üçün bayıra çıxmışam. O da 8103-ə SMS yazıb, cavab aldıqdan sonra getmişəm”.

Bunu Oxu.Az-a yunan-Roma güləşi üzrə dünya və Avropa çempionu Eldəniz Əzizli deyib.

Bu ay 28 yaşını qeyd edəcək idmançımız koronavirusla əlaqədar evdə olduğu dönəmdə etdiyi işlərdən danışıb:

“Evdə bədəni tonusda saxlamaq üçün müəyyən hərəkətlər edirəm. Yemək-içməyimə fikir verməyə çalışıram ki, çəkim çox qalxmasın. Binanın birinci mərtəbəsindən 19-cuyadək qalxıb düşürəm. Amma nə qədər formada qala biləcəyimi deyə bilmərəm.

Vaxtımı daha çox uşaqlarla keçirirəm. Yarışlar çox olduğundan, Almaniya və İran çempionatlarında da çıxış etdiyimdən, demək olar ki, uşaqlarla məşğul olmağa az vaxtım qalırdı. Bəlkə də bir tərəfdən evdə olmağımız yaxşı oldu ki, indi vaxtımı qızlarıma ayıra bilirəm.

Ailəcə oturub axşamlar oyun oynayırıq. Demək olar ki, filmlərə baxmırıq. Yalnız bir dəfə “Yalan illüziyası 2” (“Now you see me 2”) filmini izləmişik. Amma uşaqlara görə daha çox cizgi filmləri seyr edirik.

Ailəlikcə kitab oxuyuruq. Böyük qızım hərfləri yeni-yeni əzbərləyir. Televizorun monitorunda 10-15 dəqiqəlik Quranın hansısa surəsini qoyuram, ona qulaq asıb əzbərləyir. Sonra da ondan Quranı necə öyrənməsini təhvil alıram”.

O, yaşadığı Qara Qarayev metrosunun yaxınlığındakı binanın dezinfeksiya olunduğunu və spirtdən çox istifadə etmədiyini də bildirib:

“Bizim binanı hər gün dezinfeksiya edirlər. Binanın girişinə və liftin qarşısına spirt qabı quraşdırılıb. Hamı spirtlənib çıxır. Bu baxımdan yaxşı qorunuruq. Əslində bina sakinlərinin 99 faizi evdə olur. İnşallah, ümid edirəm ki, bizim binada virusa yoluxan olmaz. Həm də anamgil evin girişində də spirt, kolonya qoyub. Amma çox istifadə etmirəm.

Çünki oxumuşam ki, spirtdən çox istifadə etməklə əldəki virus əleyhinə bakteriyalar da ölür və bununla da koronavirusa yoluxanda mübarizə apara bilmirsən. Ona görə də spirtdən qaydasında istifadə etmək lazımdır. Əli 50-60 saniyə sabunla yumaq daha məsləhətdir”.

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Azərbaycanın daha bir səfirinin Londonda şirkəti aşkarlandı – Sənəd

“Ölkədə yüzminlərlə yoluxan var, bunun qarşısını karantinlə almaq mümkün deyil” - Açıqlama

Gültəkin Hacıbəyli Siyavuş Novruzovu dəstəklədi, tənqid atəşinə tutuldu - Foto

Lotu Qulinin rəqibi azadlığa çıxır: Kriminal dünyada yeni fırtına...

Polis küçəyə çıxan sakinlərlə belə mübarizə aparır

İranda üstünlük kimdədir? - Orduda, yoxsa İnqilab Keşikçilərində?..

Ailələrə pul veriləcək - Qızların tələf edilməməsi üçün...

“Belə getsə, adi günlərdə də evdən çıxmaq qadağan olunacaq“ - Deputat

loading...

Ən çox oxunanalar