Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünya bitdi, indi növbə bütün kosmosdadır... - ABŞ kosmosun lideri ola bilərmi?

Böyük kosmos layihəsinə başlamaq üçün Trampın önündə uzun və çətin bir yol var

Chris Stevenson
“The Independent” qəzeti, ABŞ, 28 iyul 2019-cu il

Prezidentin kosmosun “lideri” olması qarşısındakı əngəllərdən bəziləri Konqresdəki şübhəçi, aqressiv konqressmenlər və orbitin peyklərlə dolu olmasıdır.

İllərdir davam edən araşdırmalardan və kosmik vəzifələrdən sonra kosmosda hal-hazırda təxminən 2000 aktiv peyk var. Lakin İlon Maskın “SpaceX” şirkəti bir müddət əvvəl 60 peyk buraxıb və bu peyklərin 12000-ə qədər artacağı ehtimal olunur. “Amazon” da özünə məxsus 3000 peyk göndərməyi planlaşdırır. Bu səbəbdən, orbitdə get-gedə sıxlıq yaranır və bu da özü ilə potensial təhlükələri gətirir.

Çin, Rusiya, Fransa, Hindistan və bir çox ölkələr milli müdafiə proqramlarını bu sahəyə yaymağın yollarını axtarırlar. Lakin bu ölkələrdən biri hal-hazırda cəbhəyə hakim uğrunda yarışda digər ölkələri qabaqlayır: ABŞDonald Tramp.

Tramp keçən il ən sevdiyi layihələrdən biri olan Kosmik Qüvvələrin yaradılacağını elan etmişdi:

“Amerikanın kosmosda olması yetərli deyil, Amerika kosmosun lideri olmalıdır”.

Prezident, həmçinin, bu ilin fevral ayında öz adminstrasiyasının kosmosu bir müharibə meydanı kimi gördüyünü əlavə edib: “Heç kim bizim səviyyəmizə çata bilməyəcək”.

İngilis qurumu olan Müdafiə və Təhlükəsizlik üzrə Araşdırmalar İnstitutunda (RUSİ) kosmik siyasətlər və təhlükəsizlik üzərində çalışan araşdırmaçı Aleksandra Stikinqsə düşünür ki, səsləndirilən fikirlər və kosmosun mövcud vəziyyəti birlikdə dəyərləndirildikdə narahatlıq doğurur:

“Yuxarıda izləyə bilmədiyimiz milyonlarla dağıntı qalığı və minlərlə peyk yan-yana düzülüb. Bunun üzərinə minlərlə yeni peyk və qurğular əlavə edilsə, işimiz çox çətin olacaq”.

Bu həftə sonu Aya ilk dəfə insan ayağı dəyməsinin 50-ci ili qeyd olunarkən, diqqətlər yenə fantastik görünən Kosmik Qüvvələrin yaradılması məsələsinin üzərində toplanıb. Həm Barak Obama, həm də Tramp adminstrasiyalarında müşavirlik etmiş və eyni zamanda, Trampın NASA komandasında da yer almış olan Çarlz Miller bu “qaçınılmaz" düşüncə ilə bağlı daha vacib müzakirələrin aparılmalı olduğunu vurğulayıb:

“Bu milli təhlükəsizliyin yeni mərhələsidir. Hal-hazırda III Dünya müharibəsi riski var və bu halda Çin ya da Rusiya kimi bir ölkənin peyklərimizi məhv edib milli təhlükəsizliyimizi təhdid etməsi ehtimalına qarşı çox müdafiəsiz durumdayıq”.

Tramp üçün mənzərə çox açıqdır. Onun “öncə Amerika” doktrinasına uyğun olaraq ABŞ mütləq Pekindən və Moskvadan gələcək təhdidlərə cavab verməlidir. Lakin Tramp adminstrasiyasına da məlum olduğu kimi, pafoslu buludlar həm Yerin, həm də kosmosun mənzərəsini örtür.

Kosmos dünya miqyasındakı dövlət rəsmilərinə görə kommunikasiyadan praktiki elmə və hərbi varlıqların izlənilməsinə kimi bir çox sahələrdə önəmli hesab edilir və kosmos siyasəti mütəxəssisləri ölkələr arasındakı nizamın necə qurulacağının müəyyənləşdirilməsi üçün lazımi beynəlxalq görüşlərin önəmini hər zaman vurğulayır.

Birləşmiş Millətlərin Kosmos İşləri üzrə Ofisi (UNOOSA) kosmosun sülh yönümlü istifadə edilməsi üçün bir çərçivə yaradır. Lakin bir də hərbi ünsürlər var. NATO-nun kosmosu bu ilin sonuna qədər müharibə sahəsi elan etməsi gözlənilir. Bu dəyişiklik, görünür, digər məsələlərdə ortaq müdafiə ilə bağlı olan 5-ci maddəyə də təsir edəcək.

1967-ci ildə imzalanan beynəlxalq Xarici Kosmos Sazişinin 4-cü maddəsi üzv olan dövlətlərin Dünyanın orbitinə və xarici kosmosdakı strukturlara və stansiyalara nüvə silahı və kütləvi qırğın silahları yerləşdirilməsini qadağan edir. Eyni zamanda, kosmik strukturlarda hərbi bazaların qurulması və saxlanılması, silah yoxlanışları və hərbi manevrlərin keçirilməsinə də icazə verilmir. Lakin kosmosdakı digər hərbi fəaliyyətlərlə bağlı konkret qanuni bir cavab verilməyib və Trampın Kosmos Qüvvələri layihəsi və ya digər millətlər bu boşluqdan istifadə edə bilərlər.

Stikinqs, xüsusilə 3 böyük dövlət olan ABŞ, Çin və Rusiya arasında “həssas bir nizam” qurulması barədə bunları deyir:

ABŞ-ın müttəfiqləri kosmos bacarıqları baxımından onlardan asılıdır. Məsələn, Birləşmiş Krallıq və bir çox Avropa ölkəsinin kosmosda böyük bir hakimiyyəti yoxdur. Bu baxımdan nəzərə aldıqda ABŞ-ın öz peyklərini necə qorumasından və təhdidlər qarşısında nə edəcəyindən asılı qalıblar”.

Xüsusilə də bu hissə Kosmos Qüvvələrini bu qədər önəmli hala gətirir.

“Lakin medalyonun digər üzü də var. Əgər başqa bir ölkədən asılısınızsa və o ölkəyə qarşı ağır sözlər deyirsinizsə, bu, sizi daha təhlükəli bir vəziyyətə salmazmı? Dolayısı ilə digər ölkələr də bu mənada öz oyunlarını qurmalıdırlar”.

Fransa hal-hazırda milli təhlükəsizlik proqramının bir parçası kimi öz kosmik qüvvələrini quracağını elan edib və İngiltərə də bu addımı atmaq üçün öz potensialını qiymətləndirir.

Trampın nüvə proqramları çərçivəsində İran və Şimali Koreyaya yönələn gərgin ritorikası və bunun yaradacağı fəsadlar kosmos üçün də təhlükəlidir.

Stikinqs belə izah edir:

“Kosmosla bağlı məsələlərdən biri odur ki, çox vaxt problemin qaynağını müəyyənləşdirmək çətin olur. Məsələn, əgər peykiniz birdən dayansa, görəsən, Günəş enerjisi ilə bağlı bir problem yaranıb? Bir dağıntı parçası tərəfindən mi zədələnib? Ya göy daşı dəyib? Yoxsa bir hücuma məruz qalıb? Bu durumu bir də müharibə şəraitində təsəvvür edin. Heç kim günahkar olmadığı halda, insanlar bir-birlərindən şübhələnməyə başlayarlar. “Düşməncə hücum deyəndə nəyi nəzərdə tutursunuz?” və yaxud da “hücum edildiyini necə sübut edə bilərsiniz?" kimi suallar ətrafında bir çox mübahisələr yaranar”.

Stikinqs əlavə edir: “Və əgər müharibə sözünü işlətsəniz, bu mübahisələr daha da dəhşətli hala gələcək.”

Tramp və adminstrasiyası Konqresdə də çətinliklərlə üzləşirlər. Məsələ hələlik fərziyyə kimi müzakirə edilir və tez-tez mübahisələr yaranır.

İlk olaraq nə ilə başlanacağı, yeni dövlət dairələrinə ehtiyac olub olmaması, kosmosdakı hərbi ünsürlərin təkcə silahlı qüvvələri dəstəkləmək üçün mü, yoxsa fərqli bir qurum kimi fəaliyyət göstərəcəyi barədə rəqabət dolu müzakirələr aparılır.

ABŞ-ın təkcə federal qaynaqları tərəfindən maliyyələşdirilən kosmos araşdırma və təkmilləşmə işlərinə ev sahibliyi edən və qazanc güdməyən, azad təşkilat “Aerospace Corporation”-dan Ras Ramba deyir: "Əslində, hər biri indi sahib olmadığımız texnologiyalara ehtiyac duyur”.

Təşkilatın Kosmos Siyasətləri və Strategiyaları Mərkəzində (CSPS) sistem direktoru olan Ramba, həmçinin, qeyd edir: “Bu qısa müddətli mənzərə göstərir ki, üzərində danışmadığımız müddətdə mübahisələr hər zaman bulanıq qalacaq”.

Ağ Evdə nümayəndələrinin və Senatın Kosmos Qüvvələrinin gələcəyi və nə xərc tutacağı barədə müxtəlif fikirlər səsləndirilir. Xərcin 3 milyardla 5 milyard dollar arasında olacağı gözlənilir. Bu ilin mart ayında “Space Development Agency”-nin (SDA) qurulması xaosu daha da artırıb.

Tramp-NASA komandasında olan Miller düşünür ki, bu yeni qurum sürətli yeniliklərə və inkişafa yardım edir: “Mövcud olan hava qüvvələri və kosmos proqramları yavaş və bürokratik sistem yaratmaq 10 il aparır və bu da uğursuzluğun göstəricisidir”.

SDA-nın subpodratçıların fikirlərini almaq üçün ilk çağırışını 1 iyunda yayımlayıb. Məqsədinin isə kosmos əsaslı sistemlərlə rəqabət edə biləcək və ya geridə buraxa biləcək səviyyədə təhlükəli, yeni nəsil kosmos memarlığını sürətli şəkildə təkmilləşdirmək və tətbiq etmək olduğunu bildirib. Lakin Konqres bununla razılaşmayıb.

Silahlı Xidmətlər Komitəsinin (HASC) rəhbəri və hörmətli üzvlərindən biri bir müddət əvvəl Pentaqonun SDA-ya 15 milyon dollar göndərmək təklifini rədd edib. Açıqlamada isə SDA-nın qurulmasından sonra 4 aydan da qısa zaman ərzində iyun ayında komitənin sədri Fred Kennedinin istefasını və vəzifəsinin qeyri-müəyyənliyini səbəb kimi göstəriblər.

Büdcə tələbini rədd edən məktubda belə bir açıqlamaya yer verilib: “Komitə 2019-un martında qurulduqdan bir müddət sonra SDA ətrafında baş verən xaosa və proqramın planlanması və liderliyi məsələsindəki qeyri-müəyyənliyə görə narahatdır”.

SDA-nın rəhbərliyi uğrunda daxili toqquşma baş verdiyini və bu toqquşmanın bir müddət əvvəl ABŞ Müdafiə naziri Petrik Şanahanın vəzifəsindən uzaqlaşdırılması ilə daha da qızışdığını düşünənlər var. Komitənin silahlı qüvvələrin işlərini təkrarladığını düşünən bəzi şəxslər qarşısında Şanahan SDA-nın ən böyük dəstəkçisi idi.

Miller: “Rəhbərlikdə gedən bu çəkişmələr ciddi bir problemdir”, deyir və düşünür ki, bu vəziyyət düzəlsə, komitə sağlam şəkildə yoluna davam edə bilər.

Stikinqs də bənzər şəkildə kosmos strukturu ilə bağlı durumun siyasi məsələyə çevrilməsini ciddi problem hesab edir: “Başlıca problemlərdən biri də odur ki, kosmos hələ lap az öyrənilib. Həmçinin, kosmosun önəmini anlaya bilən qanun yazanların da sayı azdır.”

“İnsanların bunu anlaması üçün artıq məsələni daha dərindən araşdırmalı olduqlarını düşünürəm. Bu orbitləri qorumağımız və bu orbitlərin davamlılığını təmin etməliyik. Çünki əgər bunu etməsək, yuxarıda sahib olduğumuz hər şeyi itirə bilərik”.

Ramba bildirir ki, ABŞ-dakı tərəflər və dünyadakı bütün dövlətlər arasındakı əlaqənin açıq olduğundan əmin olmalıyıq: “Çox önəmli bir dövrdə yaşayırıq və bu problemlər öz-özünə həll olmayacaq.”

Stikinqs isə deyir ki, ABŞ və bütün dünya gözləyərək vaxt itirə bilər, çətin suallar verilməli və qərarlar diqqətlə düşünülməlidir.

“Bu işi tezliklə görməyə ehtiyac var. Lakin əgər hərbi əməliyyatlarınızı necə doğru şəkildə təşkil edəcəyinizi bilmirsinizsə, kosmos da daha çox hərbi imkanlar yaratdığına görə probleminiz də böyük olacaq”.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar