Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünya bazarında neftin qiyməti 70 dolları ötüb

Qasım Süleymaninin öldürülməsi dünya bazarında neftin qiymətinin kəskin artmasına səbəb olub...

İran İslam İnqilabı Keşikçiləri Qvardiyasının (“Sepah”) “Quds” qanadının komandanı general Qasım Süleymaninin öldürülməsi və bununla bağlı baş verən hadisələr dünya bazarında neftin qiymətinin kəskin artmasına səbəb olub.

“Report” CNN-ə istinadən xəbər verir ki, bu gün qlobal bazarlarda “Brent” markalı xam neft daha 2,4% bahalaşaraq 70,24 dollar/barelə çatıb.

Bu isə son 6 aydan çox müddətdə ən yüksək göstərici hesab edilir. ABŞ-ın WTI markalı xam nefti də bahalaşıb. Belə ki, son rəqəmlər WTI-ın qiymətinin 2,1% yüksələrək 64,36 dollar/barelə çatdığını göstərir.

Qeyd edək ki, Qasım Süleymani yanvarın 3-də İraqın paytaxtı Bağdadda ABŞ-ın endirdiyi hava zərbələri nəticəsində öldürülüb. Bu hadisədən sonra dünya bazarında xam neftin qiyməti orta hesabla 3% yüksəlmişdi.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar