Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünya Bankı: "Azərbaycanda ciddi islahatlar aparılır"

"Dünya Bankı uzun müddətdir ki, Vergilər Nazirliyi ilə tərəfdaş kimi çalışır. Bu müddətdə vergi inzibatçılığı və digər islahatlarla bağlı texniki yardım göstərilib"

Bu sözləri Dünya Bankının Azərbaycandakı ölkə ofisinin rəhbəri Navid Həsən Naqvi deyib.

Dünya Bankının rəsmisi vergi xərcləri proqramının hazırlanması ilə bağlı tövsiyələrini də səsləndirib: "Zənnimcə, kritik əhəmiyyət kəsb edən məsələ odur ki, biz vergidən azadolmaları düzgün təhlil edərək xərclərin büdcəsini hazırlamalıyıq. Azərbaycan hökumətinin konkret olaraq vergi güzəştləri ilə bağlı əldən çıxan gəlirlər haqqında məlumatı olmalıdır. Bu, dəqiq hesablanmalıdır. Həmin hesabatlar daha çox Vergi Məcəlləsinin fonunda öz əksini tapmalı, vəsaitlər vergi xərcləri kimi qeydə alınmalıdır. Şəffaflığın artırılması nəzərə alınmaqla hər kəs bilməlidir ki, güzəşti nə üçün və hansı müddətə əldə edib. Vergi güzəştlərinin faydaları lazımınca təhlil olunmalıdır. Vergi xərcləri proqramı bu təhlillər əsasında hazırlanmalıdır".

O, bununla bağlı hökumətin müəyyən addımlar atdığını, ölkədə ciddi vergi islahatları apardığını və onun miqyasının davamlı olaraq genişlənəcəyini vurğulayıb.

N.Naqvi qeyd edib ki, digər tərəfdən, Maliyyə Nazirliyində ortamüddətli xərclər çərçivəsi hazırlanır, fiskal qaydalar gündəmə gəlir və getdikcə Azərbaycan hökumətində sistemli yanaşma formalaşır: "Biz müxtəlif təşəbbüslər və iqtisadi şaxələnmə layihələri üzrə Azərbaycan hökumətinin tərəfdaşı olmaqda davam edəcəyik və iş birliyi əzmindəyik. İqtisadiyyat təkcə neft üzərində deyil, həm də qeyri-neft sektorunda çalışan sahibkarların gücü üzərində qurulur”.(muxalifet.az)

pia.az


Etiket: Dünya Bankı

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib

Ən çox oxunanalar