Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünya Bankı 2019-2020-ci illərdə neftin qiyməti barədə proqnoz verib

Dekabrda elan etdiyi proqnozdan 4 dollar aşağıdır

Dünya Bankı yaxın iki il üçün neftin orta qiyməti barədə öz proqnozunu azaldaraq 1 barrel üçün 67 dollara endirib. Bu, Dünya Bankının dekabrda elan etdiyi proqnozdan 4 dollar aşağıdır.

AZƏRTAC xəbər verir ki, bu məlumat Bankın yanvar ayı üçün “Dünya iqtisadiyyatının perspektivləri” adlı məruzəsində açıqlanıb. Məruzədə qeyd edilir ki, Dünya Bankının 2018-ci il iyun ayında dərc olunmuş məruzəsində yaxın 3 ildə neftin 1 barrelinin orta qiymətinin 1 barrel üçün 69 dollar, dekabr ayında dərc olunmuş məruzədə isə 71 dollar səviyyəsində olacağı proqnozlaşdırılırdı.

Məruzədə deyilir: “2019-cu və 2020-vi illərdə neftin 1 barrelinin qiymətinin 67 dollar həddində olacağı gözlənilir. Bu, iyun ayında gözlənildiyindən 2 dollar aşağıdır”. Daha sonra qeyd edilir ki, bu proqnozlar, əvvəlki kimi çox qeyri-müəyyəndir. Bankın analitikləri deyirlər: “Neftə tələbatın artması gözlənilən bir vaxtda iqtisadi cəhətdən inkişaf etməkdə olan ölkələrin bazarlarında ÜDM artımının zəifləməsi üzündən bu tələbatın azalması gözlənildiyindən daha ciddi nəticə verə bilər”. Daha sonra bildirilir ki, bu vəziyyət həm də OPEK üzvü olan ölkələrin və onların tərəfdaşlarının neft hasilatı barədə necə razılığa gələcəyindən asılıdır.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar