Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünya Azərbaycanlıları Konqresi soydaşlarımıza müraciət edib

Dünya Azərbaycanlıları Konqresindən dünyada yaşayan bütün soydaşlarımıza müraciət edib PİA.az həmin müraciəti təqdim edir:

Azərbaycan Respublikasının öz ərazi bütövlüyünü təmin etmək və işğalçı Ermənistan qoşunlarını Qarabağdan çıxarmaq üçün əks hücum əməliyyatı apardığı bu günlərdə dünyada yaşayan bütün azərbaycanlılar doğma vətənlərinin səsinə səs verdilər; Azərbaycan dövlətinə mənəvi dəstək oldular. Bütün milli məsələlərdə olduğu kimi bu prosesdə də Dünya Azərbaycanlıları Konqresinin üzvləri fəallıqları ilə seçilirlər.
DAK İdarə Heyəti Konqresin bütün üzvlərini Azərbaycanın, Türkiyənin və dost ölkələrin bütün diaspor təşkilatı ilə əlaqələri möhkəmləndirərək yaşadıqları ölkələrdə Azərbaycanın haqlı mövqeyini daha ardıcıllıq və əzmkarlıqla müdafiə və təbliğ etməyə çağırır. Nəzərə alınmalıdır ki:

- Hərbi əməliyyatlara Ermənistan başlayıb və danışıqlar prosesini pozub.
- Azərbaycan müstəqil dövlət olaraq öz suveren hüquqlarını qoruyur, onun mövqeyi BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanır.

- Azərbaycan öz ərazisində, torpaqlarını işğalçıdan, terrorçulardan təmizləmək uğrunda savaşır və heç bir ölkəyə qarşı ərazi iddiası yoxdur.

- Ermənistan münaqişənin sərhədini genişləndirmək və üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsinə imza atmış ölkələri də müharibəyə cəlb etmək məqsədilə Ermənistan ərazisindən qadağan olunmuş silahlardan müharibə bölgəsindən xeyli aralıda yerləşən Azərbaycanın şəhərlərini atəşə tutur. Ermənistandan atılan raketlər Gəncədə, Bərdədə xeyli sayda dinc əhalinin, uşaqların, qadınların, yaşlıların ölümünə səbəb olmuşdur, yaşayış məhəllələri, dövlət müəssisələri və iaşə obyektləri dağıdılmışdır. Bu, beynəlxalq konvensiyalara ziddir və hərbi cinayətdir.

- Türkiyə Azərbaycanın ən yaxın müttəfiqi və dostudur, lakin Azərbaycana yalnız siyasi dəstək verir.

- Ermənistan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan enerji xətlərini və infrastrukturları hədəf seçir.

- ATƏT-in Minsk qrupunun üzvü olan ölkələr hələ də öz ermənipərəst mövqelərindən əl çəkməmişlər və dolayı yolla Ermənistanı müdafiə edir, onun silahlandırılmasına göz yumurlar. Bir sıra ölkələr mülkü təyyarələrlə Ermənistana silah daşımağa ara vermirlər.

- Azərbaycan atəşkəsə, məsələnin danışıqlar yolu ilə tamamlanmasına etiraz etmir və bununla bağlı prezident İlham Əliyev öz şərtlərini irəli sürmüşdür.

- Bu savaşda Azərbaycan dövləti yalnız hərbi obyektləri hədəf seçir və Dağlıq Qarabağın erməni əhalisi müharibədən sonra öz evlərinə qayıdan azərbaycanlılarla bərabər dinc həyatlarını davam etdirə bilərlər.

- Qonşu İranla sərhəd rayonlarında gedən hərbi əməliyyatlar artıq tamamlanmışdır. Azərbaycanİran arasında beynəlxalq səviyyədə tanınmış sərhəd bərpa edilmişdir və İranın rahatsızlığına heç bir əsas yoxdur. Təəssüf ki, İran rəsmiləri Azərbaycanın torpaq bütövlüyünü müdafiə etsələr də, bu ölkənin ərazisindən Ermənistana yardımlar dayandırmamışdır.

Azərbaycan ordusu qələbəyə yaxındır. Azərbaycan öz torpaq bütünlüyünü bərpa edəcək və Qarabağdan çıxarılmış bir milyon azərbaycanlı öz doğma yurdlarına qayıdacaqdır.
Qarabağ Azərbaycandir!

DAK həmsədrləri, Sabir Rüstəmxanlı,​​​​Firudin Pərvizliya

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar