Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünənki qəzada DSX şəhid olan hərbiçilərin siyahısını elan etməkdə niyə gecikdi?..

Sosial şəbəkələrdə şəhid olan hərbişilərin düzgün siyahısının yayılmasına baxmayaraq, DSX-nın rəsmi məlumatının kifayət qədər gecikməsi doğru taktika idi?..

Hərbi ekspert: “Düşünürəm ki, Dövlət Sərhəd Xidməti üzərinə düşəni edib. Çünki açıqlanan siyahıda söhbət zabitlərdən gedirdi”.

“Yaxının həlak olması ilə bağlı xəbəri sosial şəbəkədən oxuyan ata-ananın, qardaş və bacının, həyat yoldaşının bu xəbərdən sonra nələr yaşadığını da düşünün. Həmin şəxslərin hamısı psixoloji şok yaşayırlar. O siyahını yayanlar və bu hərəkətləri ilə özlərini qəhrəman kimi hiss edənlər qoy bunları da düşünsünlər”.

Bu sözləri hərbi ekspert Üzeyir Cəfərov dünən qəzada həlak olan hərbiçilərimizi siyahısının rəsmi məlumatdan öncə sosial şəbəkədə dərc yayılmasının təhlükəsini və etik tərəfini PİA.az-a şərh edərkən qeyd edib.

Dünən 14 hərbçinin şəhid olması, daha iki hərbçimizin yaralanması ilə nəticələnən Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması hadisəsi Azərbaycan ictimaiyyətində rezonans yaratdı. Duqqət çəkən məsələlərdən biri də o idi ki, rəsmi məlumatdan əvvəl sosial şəbəkədə şəhid olan 14 nəfərin siyahısı dərc edildi. Bir nəfərin adı, qalanlarının ata adı məlum olmasa da, bu siyahı yanlış deyildi.

Qeyd edək ki, içində söhbət yüksək rütbəli zabitlərin də olduğu siyahıdan gedirdi və həlak olan hərbiçilərin siyahısın qeyri-rəsmi şəkildə yayımlanmasının ən azından etik məsuliyyəti də var. Həmin siyahı yanlış da ola bilərdi və o zaman siyahıda adı keçən zabitlərinin yaşadığı psixoloji travmanı da göz önündə tutmaq vacibdir.

Eyni zamanda DSX-nın rəsmi məlumatının kifayət qədər gecikməsi də heç də xoş hal kimi qəbul edilə bilməzdi. Əlbəttə ki, DSX həlak olanların tanınması ilə bağlı problemlərin olduğunu da irəli sürə bilər və söhbət helikopter qəzasından getdiyinə görə bu çox təbiidir. Lakin DSX-nın mətbuat xidməti operativlik və peşəkarlıq nümayiş etdirib vəziyyəti açıqlamalı və ətraflı məlumatın veriləcəyi ilə bağlı açıqlama yaymalıydı. Lakin qəzadan saatlar keçməsinə baxmayaraq, cəmiyyətdəki çaşqınlığı ortadan qaldırmaq üçün qurumun məsuliyyətli mənsubları heç bir addım atmadılar. Sosial şəbəkədə siyahının tam olaraq yayılması isə onu deməyə əsas verir ki, şəhid olan hərbiçilərimizin siyahısı qəzadan sonra DSX-da olub və bu zaman siyahının artıq yayılmasına rəğmən, qurumun uzun müddət susqunluq nümayiş etdirməsi təəccüb doğurur.

Belə bir siyahının DSX-nın mətbuat xidmətindən rəsmi məlumatından əvvəl sosial şəbəkədə dərc olunması nədən xəbər verir və müharibə şəraitində yaşadığımızı da nəzərə alarsaq bu kimi halların təhlükəsi və etik xarakteri barədə nə demək olar? Digər tərəfdən DSX-nın rəsmi məlumatının kifayət qədər gecikməsi doğru taktika idi?

Mövzunu PİA.az-ın əməkdaşı hərbi ekspert Üzeyir Cəfərov ilə müzakirə edib.

Üzeyir Cəfərov: “Burada böyük bir faciədən söhbət gedir. Hər kəsin yaxını, ailəsi, qohumu var. Belə xəbərlərin o insanlara necə təsir edəcəyi də göz önündə tutulmalıdır”.

Sosial şəbəkələrdə hərbi sahə ilə məlumatların yayılması çox problemli məsələ olduğunu qeyd edən hərbi ekspert PİA.az-a açıqlamasında vurğulayıb ki, bu sahədə bəzi işlər görülməli və lazım olan addımlar da atılmalıdır:

“Dünən şəhid olanlardan biri də mənim yaxınım idi. Ona görə də başım qarışmışdı və buna görə də sosial şəbəkələrdə yayılan siyahıdan xəbərim yoxdur. Amma düşünürəm ki, Dövlət Sərhəd Xidməti üzərinə düşəni edib. Çünki açıqlanan siyahıda söhbət zabitlərdən gedirdi. Söhbət həlak olan və yaralılardan gedir. Buna görə də tələsikliyə ehtiyac yox idi.

Həlak olan hərbiçilərin siyahısının sosial şəbəkələrdə qeyri-rəsmi şəxslər tərəfindən dərc olunması əsla yolverilməzdir. Bununla bağlı ciddi addımlar atılmalıdır. Çünki siyahıda yaralılar da həlak olan kimi göstərilə bilərdi.

Mən yaralı olan kapitanın valideynlərinin açıqlamalarına baxdım. Onlar deyirlər ki, biz o xəbəri eşidəndə sanki öldük-dirildik. Başa düşürəm onlar rəhmətə gedənləri öz övladları hesab edirlər. Amma istənilən halda belə şeylər yolverilməzdir. Diqqətli və ehtiyatlı olmaq lazımdır.

Üzeyir Cəfərov: “Sosial şəbəkələrlə, xüsusən də hərbi xarakterli xəbərlərin yayılması ilə bağlı çox böyük problemlər var. Buna görə də düşünürəm ki, bu sahədə bəzi işlər görülməlidir. Lazım olan addımlar da atılmalıdır, gərəkirsə kimlərsə cəzalandırılmalıdır”­.

Təəsüflər olsun ki, nə qədər deyilsə də, yenə də insanlar reytinq naminə əllərinə keçən məlumatları yayırlar. Belə hallarda, xüsusən də insanların, həm də hərbiçilərin həlak olması ilə bağlı insanlar diqqətli olmalıdır. Çünki burada böyük bir faciədən söhbət gedir. Hər kəsin yaxını, ailəsi, qohumu var. Belə xəbərlərin o insanlara necə təsir edəcəyi də göz önündə tutulmalıdır. Yaxının həlak olması ilə bağlı xəbəri sosial şəbəkədən oxuyan ata-ananın, qardaş və bacının, həyat yoldaşının bu xəbərdən sonra nələr yaşadığını da düşünün. Həmin şəxslərin hamısı psixoloji şok yaşayırlar. O siyahını yayanlar və bu hərəkətləri ilə özlərini qəhrəman kimi hiss edənlər qoy bunları da düşünsünlər.

Ümumiyyələ isə sosial şəbəkələrlə, xüsusən də hərbi xarakterli xəbərlərin yayılması ilə bağlı çox böyük problemlər var. Buna görə də düşünürəm ki, bu sahədə bəzi işlər görülməlidir. Lazım olan addımlar da atılmalıdır, gərəkirsə kimlərsə cəzalandırılmalıdır.­ Xüsusən o məlumatı sızdıranlar”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar