Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünən gecə çox sayda livanlı erməni Ermənistana gəlib

Beyrutdakı partlayışdan sonra Livan erməniləri işğalçı dövlətə köçmək istəyirlər

“Sputnik-Ermənistan” xəbər verir ki,  100 Livan ermənisi artıq dünən gecə Beyrutdan təyyarə ilə Ermənistana gətirilib. Ermənistan Xarici İşlər Nazirliyindən verilən məlumatlara görə, Ermənistan baş nazirinin müavini, fövqəladə vəziyyət rejimin komendantı Tiqran Avinyan bu faktı təsdiq edib..

Livanlı ermənilər Ermənistanın Beyruta göndərdiyi üçüncü humanitar yardım təyyarəsində gəliblər.

Bundan əvvəl Ermənistan baş naziri yanında Diaspor işləri üzrə komissar Zara Sinanyan 40 livanlı erməninin Ermənistana köçmək istədiklərini bildirmişdi.

Ehtimallara görə, Livandan gətirilən ermənilər işğal olunmuş Azərbaycan torpaqlarında yerləşdirilir.

Xatırladaq ki, avqustun 4-də Beyrut dəniz limanının ərazisində partlayış baş verib. Partlayış nəticəsində 158 nəfər ölüb, ermənilər də daxil olmaqla 6 mindən çox insan yaralanıb. Onlarla ev dağılıb və təxminən 300 min insan evsiz qalıb.

Livan hakimiyyətinin bildirdiyinə görə, Beyrut limanında partlayış bir anbarda saxlanılan 2,750 ton ammonium nitratın partlaması nəticəsində baş vermişdir. (AzToday.az)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar