Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dubayda yaşayan “onlayn dilənçi” 17 günə 50 min dollar toplayıb

Dubayda yaşayan xarici vətəndaşlığı olan qadın sosial şəbəkələrdə özünü bədbəxt nikahın qurbanı kimi qələmə verərək, yerli əhalidən 17 gündə 184 min dirhəm (50 min dollar) əldə edib

Bu barədə Dubay polisinin rəsmi hesabatında deyilir.

Dubay polisinin cinayət işlərinin araşdırılması üzrə departamentinin rəisi Camal Salem Əl Callaf bildirib ki, bu qadın dələduzluq məqsədilə Facebook, Instagram və Twitter sosial şəbəkələrində ünvan açaraq, orada ayrıldığı həyat yoldaşının yanında uzun illər yaşayan uşaqlarının şəkillərini yerləşdirib. Övladlarının şəkillərindən yardım istəmək məqsədilə istifadə edən qadının keçmiş həyat yoldaşı bu barədə qohumları vasitəsilə xəbər tutan kimi “onlayn eCrime” platforması vasitəsilə polisə müraciət edib.

Camal Salem Əl Callaf, həmçinin bildirib ki, Ramazan ayı ərzində Dubayda 128 dilənçi saxlanılıb - 85 kişi və 43 qadın. Onlardan 108-i xarici vətəndaş, 19-u yerli və biri Fars körfəzindəndir. Saxlanılmış şəxslərdən müsadirə edilən pulun ümumi həcmi 38 min dirhəmdən çoxdur.

Qeyd edək ki, BƏƏ-də internet vasitəsilə dilənçilik etmək cinayət sayılır və bu cinayətə görə cəza tədbirləri qanunla tənzimlənir. Belə ki, cinayəti törətmiş şəxsləri azadlıqdan məhrumetmə və 25 mindən 50 min dirhəmə qədər cərimə gözləyir. (AzərTAc)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Bu çayların xərçəng yaratdığı - sübut edildi

Azərbaycanda məktəblilər arasında dava: Ölən var  

Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Ən çox oxunanalar