Çərşənbə, 08 Dekabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

DTX rəisi ilə BQXK-nin vitse-prezidenti arasında görüş keçirilib

Oktyabrın 19-da Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vitse-prezidenti Jil Karbonyenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

PİA.az DTX-nin saytına istinadən xəbər verir ki, görüşdə BQXK ilə ölkəmiz arasında mövcud əlaqələr, təşkilatın humanitar missiyasının həyata keçirilməsi ilə bağlı qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə olunub.

General-polkovnik Əli Nağıyev Birinci və İkinci Qarabağ müharibələrində itkin düşən vətəndaşlarımızın tapılması məsələsinə toxunaraq BQKX-nin bu istiqamətdə bundan sonra da fəal rol oynayacağına və mühüm töhfələr verəcəyinə ümidvar olduğunu bildirib. Həmçinin regionda hökm sürən yeni reallıqlar nəzərə alınmaqla BQKX-nin nümayəndələrinin Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olan bölgələrə səfərlərinin Ermənistanın deyil, yalnız respublikamızın ərazisindən istifadə edilməklə mümkünlüyü nəzərə çatdırılıb.

Bundan əlavə, söhbət əsnasında Yaxın Şərq bölgəsindən, xüsusən də Suriyaİraqdan Azərbaycan əsilli vətəndaşların və onların ailə üzvlərinin ölkəyə qaytarılması mövzusu da geniş müzakirə olunub.

BQKX-nin vitse-prezidenti Jil Karbonye Azərbaycan hökuməti ilə faydalı əməkdaşlıq münasibətlərindən məmnunluğunu ifadə edib, qeyd olunan məsələlərin həlli istiqamətində birgə səmərəli fəaliyyətin davam edəcəyinə əminliyini bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Gizli çəkiliş: Erməni spikerin sözləri Ermənistanda şok yaratdı - Video

İlham Əliyevin susqunluğu pozaraq Ermənistana və Rusiyaya verdiyi mesajın pərdəarxası məqamları...

Putinlə Baydenin müzakirə etdiyi məsələlər açıqlanıb - Yenilənib

Fransanın bəyanatı və Məhəmməd ibn Salmanın səmimiyyəti...

İqtisadçı-ekspert: “Əhali ciddi yoxsulluq təzyiqi ilə üz-üzə qalacaq” 

Azərbaycanda sabiq icra başçısı koronavirusdan ölüb

Vahid Əhmədov Saleh Rüstəmovla bağlı Prezidentə müraciət etdi

Azərbaycan-İran sərhədində atışma olub - ölən var

100 il əvvəl Azərbaycandan çıxarılan milli xalçalarımız Ukraynada tapıldı - Video

XİN: Azərbaycan Ermənistanı Beynəlxalq Ədalət Məhkəməsinin qərarını dərhal yerinə yetirməyə çağırır

Ən çox oxunanalar