Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DTX-nın rəisi Əli Nağıyevlə Orxan Sultanov yas mərasiminə gəldilər – İlyas İsmayılova başsağlığı verdilər

Həm Əli Nağıyev, həm də Orxan Sultanov və onları müşayiət edən şəxslər İlyas İsmayılova oğlunun itkisiylə bağlı başsağlığı verərək, onun kədərinə şərik olduqlarını çatdırıblar...

Dünən – sentyabrın 19-da Ədalət Partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılovun ötən il Türkiyədə qətlə yetirilmiş oğlu Etimad İsmayılovun “Təzə Pir” məscidində keçirilən il mərasiminə qəfildən Azərbaycan hakimiyyətinin iki önəmli postunun rəhbəri – Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general-leytenant Əli Nağıyevin və Xarici Kəşfiyyat Xidmətinin rəisi, general-leytenant Orxan Sultanovun təşrif buyurması təkcə İlyas İsmayılov yox, elə mərasimdə iştirak edən əksər insanlar üçün də gözlənilməz olub.

Strateq.az bildirir ki, həm Əli Nağıyev, həm də Orxan Sultanov və onları müşayiət edən şəxslər İlyas İsmayılova oğlunun itkisiylə bağlı başsağlığı verərək, onun kədərinə şərik olduqlarını çatdırıblar.

Xüsusi xidmət orqanları rəhbərlərinin bu davranışı onlar getdikdən sonra əsasən müxalif fikirli insanların toplaşdığı mərasim zalında geniş müzakirə olunub və hər iki məmurun addımı rəğbətlə qarşılanıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

Ən çox oxunanalar