Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DTX-nın Neftçala əməliyyatında 10-a yaxın vəzivəli şəxs saxlanılıb

Dünən Dövlət Təhlükəsizıik Xidmətinin Neftçalada həyata keçirdiyi xüsusi əməlyyat çərçivəsində 10-a yaxın vəzifəli şəxs saxlanılaraq axşam saatlarında Bakıya aparılıb...

Bu barədə PİA.az-ın Neftçaladan əldə etdiyi məlumata görə saxlanılanlar arasında Neftçala rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Vurğun Əkbərov, Neftçala YAP rayon təşkilatının sədri Anar Cəfərov, Neftçala Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Telman Zahidov, Neftçala Rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov və digər idarə və müəssisələrin rəhbərləri olub.

Neftçalanın icra başçısı İsmayıl Vəliyev isə gündüz saatlarında həbc edilərək Bakıya aparılıb.

Bundan başqa bir sıra vəzifəli şəxslərin izahatları alınıb. Onların arasında Başçının müavini - İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri, YAP-ın Neftçaladan deputatlığa namizədi Gültəkin Sadıqova da olub.

Qeyd edək ki, dünən Dövlət Təhlükəsizıik Xidməti Neftçala rayon İcra Hakimiyyətində xüsusi əməliyyat həyata keçirib. Qurumun yaydığı məlumatda bildirilib ki, Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələri ilə bağlı başlanılmış cinayət işi üzrə kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Dövlət Təhlükəsizliyi Xidmətindən APA-ya bildirilib ki, araşdırmalar əsasında şübhəli şəxs qismində tutularaq cinayət məsuliyyətinə cəlb edilən şəxslər və onlar tərəfindən törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə geniş məlumat veriləcək.

Dünən axşam saatlarında prezident İlham Əliyevin Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin vəzifədən azad olunması ilə bağlı sərəncamı yayımlanıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar