Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DTX Mahmudova 10 milyondan çox mülki iddia qaldırdı– Ən yüksək məbləğ

Cinayət işində ən yüksək məbləğdə mülki iddia Vüqar Mahmudova qarşı qaldırılıb

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudova qarşı Dövlət Təhlükəsizliyi Xidməti mülki iddia qaldırıb.

Məlumata görə, təqsirləndirilən Vüqar Mahmudovdan 10 milyon 653 min 358 manat məbləğində pul tutularaq dövlət büdcəsinə ödənilməsi istənilib.

Qeyd edək ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxslərin cinayət işində ən yüksək məbləğdə mülki iddia Vüqar Mahmudova qarşı qaldırılıb.

Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə mühakimə olunan şəxslərə qarşı 3 milyon manat, MTN-in Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev və Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov və onlarla birlikdə mühakimə olunanlara qarşı 1 milyon manat, Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyevə qarşı isə 7 milyon manatlıq mülki iddia verilib.

Bu şəxslərin cinayət işləri üzrə Bakı Hərbi Məhkəməsində hökm elan edilib və onlara qarşı verilmiş mülki iddialar təmin olunub.

Qeyd edək ki, Vüqar Mahmudovun cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Elbəy Allahverdiyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası mayın 1-nə təyin edilib.(Teleqraf.com)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Ən çox oxunanalar