Cümə axşamı, 22 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

DTX İrandan gətirilən külli miqdarda narkotik vasitəni dövriyyədən çıxarıb - Video 

Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirilmiş külli miqdarda narkotik vasitələrin, psixotrop və güclü təsir edən maddələrin ölkə ərazisində qanunsuz dövriyyəsinin qarşısı alınıb.

PİA.az Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının vətəndaşları Hümbətov Vüqar Hüseyn oğlu və Əliyev Elnur Telman oğlunun satış məqsədilə qanunsuz əldə etdikləri külli miqdarda narkotik vasitələr - 19 kiloqram 736,04 qram heroin, 10 kiloqram 149,75 qram tiryək, 3 kiloqram 788,18 qram qurudulmuş marixuana, 104,44 qram metadon, psixotrop maddə - 19 kiloqram 786,10 qram metamfetamin və 75 qram güclü təsir edən maddə olan preqabalin onlardan aşkar edilərək götürülüb. (https://dtx.gov.az/az/news/kulli-miqdarda-narkotiklerin-olke-erazisinde-qanunsuz-dovriyyesinin-qarsisi-alinib.html)

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitə və psixotrop maddələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma) 240.3.2-ci (külli miqdarda güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi) maddələri ilə cinayət işi başlanılıb, Hümbətov Vüqar Hüseyn oğlu və Əliyev Elnur Telman oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda qeyd olunan cinayət əməllərinin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

piaaz


Etiket: Narkotik


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Koronaviruslu xəstələri müalicə edən həkim rəqsi ilə gündəm oldu - Video

Sabah xoş xəbəri Xocavənd və Ağdərədən ala bilərik – Erməni etirafı

Deputat Azərbaycana ciddi təzyiq olacağından danışdı

Ermənilər Paşinyanın arvadını biabır etdilər - Foto

Ermənilər Nikol Paşinyanın gülünc vəziyyətə düşməyini məsxərəyə qoydular

Paşinyan: “Ya qələbə, ya da məğlubiyyət – orta yol yoxdur”

Müharibədə uduzan Ermənistan niyə sülh istəmir? - Nəyə ümid edirlər?..

Erməni qadınların ordu təlimləri gülüş doğurdu - Video

loading...

Ən çox oxunanalar