Bazar ertəsi, 17 Yanvar 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

DSX rəsmisi jurnalistlərə hücum etdi - Video

Dövlət Sərhəd Xidmətinin (DSX) rəsmisi Rövşən Cahangirov “Baku TV”nin əməkdaşlarına hücum edib.

PİA.az xəbər verir ki, DSX-nin rəisi Elçin Quliyevdən müsahibə almağa çalışan jurnalistlər qurum rəsmisinin müdaxiləsi ilə qarşılaşıblar.

Kadrlardan aydın olduğu kimi, jurnalist Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla söhbət edən Xidmət rəisi Elçin Quliyevə yaxınlaşmağa cəhd edib. Lakin bu zaman operator DSX sözçüsü Rövşən Cahangirovun hücumuna məruz qalıb.

Məsələ ilə bağlı danışan jurnalist Tural Museyibov bunları deyib: “Helikopter qəzası ilə bağlı bu gün DSX-nin rəisi Elçin Quliyevdən açıqlama alacaqdıq. Bu anda özünü yetirən mayor Rövşən özünü rəhbər heyətin yanında xüsusi bacarıqlı şəxs kimi göstərərək operatorumuza yumruq atdı və ərazidən çıxarmağa nail oldu. Məsələyə DSX rəisinin müdaxiləsindən sonra operatorumuz geri qayıtdı. Amma artıq gec idi, müsahibə alınmadı”. (Yenicag.az)

pia.az

 

 

 

 


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Əsgərlik şərəfini yaşamayan Tolikin təhqir etdikləri: MAXE, şəhid, qazi, Əbülfəz Elçibəy...

Qazaxıstan parlamenti Nazarbayevin ölümü ilə bağlı şayiələrə münasibət bildirib

“Əslində heç Azərbaycan da “Zəngəzur dəhlizi”nin açılmasında maraqlı deyil” - Əsətun Oruclu

Rüstəm Aloyan: "Azərbaycanlı qaçqınları Ermənistana qaytarmaq lazımdır"

Büdcədən maliyyələşdirilən sahələrdə çalışanların maaşı artırılıb

Rusiyada qəhrəmana çevrilmiş azərbaycanlı etdiyi hərəkətdən danışdı - Video

“Haqqında danışdığım rüşvətxor nazirlərin hamısı barədə tədbirlər görülüb” - Hafiz Hacıyev

Müdafiə Nazirliyi Azərbaycan Ordusunun hərbi qulluqçusunun həlak olması ilə bağlı məlumat yayıb

KOBİA sədrindən süni qiymət artımına qarşı reaksiya - Foto

Ziya Məmmədovun oğlu xanımına təmtəraqlı ad günü keçirtdi - Video+Fotolar

Ən çox oxunanalar