Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DSX-nin zabitini öldürməyə cəhd edən iranlı cəzalandırıldı

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Dövlət Sərhəd Xidmətinin zabitini öldürməyə cəhddə, narkotik maddələrin qanunsuz dövriyyəsində, qaçaqmalçılıqda ittiham olunan İran İslam Respublikasının vətəndaşı Nəsiri Əbabeyglu Şəhzad Şükür oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb...

Hakim Nizami Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən N. Ə. Şəhzad 17 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Nəsiri Əbabeyglu Şəhzad Şükür Azərbaycan tərəfindən mühafizə olunan dövlət sərhədini, dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda Cəlilabad rayonunun Edişə kəndi ərazisinə keçib. Geri qayıtmaq üçün dövlət sərhədini təkrar qanunsuz olaraq keçmək istəyən zaman Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları “N saylı” hərbi hissənin sərhəd zastavasının hərbi qulluqçuları tərəfindən müəyyən edilib.

Bu zaman o, qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış “Kalaşnikov” silahı quraşdırmaqla atəşə hazır vəziyyətə gətirib əlindəki silahı onlardan 30 metr aralıda olan Vaqif Hacıyev, Elməddin Rəhimov və Rauf Xəlilov istiqamətində tuşlayaraq nizamsız atəşlər açıb. Bu zaman hərbi hissənin qərargah rəisinin müavini-dövlət sərhədinin mühafizəsi bölməsinin rəisi Hacıyev Vaqif Nüsrət oğlunu, sərhəd zastavası rəisinin texniki mühafizə üzrə müavini, çevik hərəkət bölüyünə ezam edilmiş Rəhimov Elməddin Faiq oğlu və təminat bölüyününsürücü-atıcı vəzifəsində xidmət edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Xəlilov Rauf Vaqif oğlunu xidməti vəzifələrini yerinə yetirmələri ilə əlaqədar qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd edib. Şübhəli şəxs tərksilah edilərək saxlanılıb. Onun üzərindən külli miqdarda narkotik maddə aşkarlanıb.

pia.az


Etiket: narkotik DSX

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar