Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DSX əməliyyat kecirib - 115 kq narkotik vasitə zərərsizləşdirilib

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində təd­birlər davam etdirilir...

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, 04 may tarixində 115 kq narkotik vasitənin və odlu silahların ölkə ərazisinə qanunsuz yolla gətirilməsinin qarşısı alınmışdır.

Saat 23:30 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşun­larının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonu­nun Əhmədli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahə­sində boz rəngli VAZ-2107 markalı avtomobilin əraziyə yaxınlaşması, avtomobildən bir nəfərin düşərək özünü şübhəli aparması və ətrafı müşahidə etməsi sər­həd naryadının diqqətini cəlb etmişdir.

Sərhəd naryadı təlimata uyğun maskalanaraq həmin şəxsin hərə­kətini nəzarətdə saxlamış, ağacın altından bir neçə bağ­lama götürərək avtomobilə doğru hərəkət edən zaman sərhəd nar­yadı ona “dayan” əmri vermişdir. Lakin həmin şəxs əmrə tabe olmamış, sərhəd naryadına qarşı müqavimət göstərməsinə və hadisə yerindən qaçmağa çalışmasına baxmayaraq sərhəd naryadı tərəfindən saxlanıl­mışdır.

Onun saxlanılmasını görən VAZ-2107 markalı avtomobilinin sürü­cüsü avtomobili sərhəd naryadının digər üzvlərinin üzərinə sürərək on­ların həyatına sui-qəsd etmiş və hadisə yerindən uzaqlaşmışdır. Sürü­cünün şəxsiyyəti müəyyənləşdirilmişdir, hazırda saxlanılması üzrə əmə­liyyat-axtarış tədbirləri həyata keçirilir.

Saxlanılmış şəxsin 1970-ci il təvəllüdlü, Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olmuş və hazırda həmin kənddə yaşayan, Rusiya Federasiyasının vətəndaşı Mehtiyev Şükür Əsgər oğlu olması müəyyənləşdirilmiş, onun avtomobilə daşıdığı və ağacın altında qalan bağlamalarda ümumi çəkisi 115 kq olan heroin, tiryək, marixuana və me­ta­fetamin növündə narkotik vasitələr, 1 ədəd 9 mm kalibrli “PAK RETAY-11” markalı tapança, 8 ədəd 9 mm kalibrli güllə, 1 ədəd daraq, 1 ədəd 12 kalibrli "Kral maqnium" mar­kalı ov tüfəngi, 19 ədəd 12 kalibrli İran istehsalı olan "Mahama" markalı güllə aşkar olunmuşdur.

Hadisə ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət Məcəllə­sinin 206-cı (Qaçaqmalçılıq), 228-ci (Qanunsuz olaraq silah, onun kom­plekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə et­mə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma), 318-ci (Azərbaycan Respublikasının dövlət sər­hədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıl­mışdır, cinayətkar qrupun digər üzvlərinin cinayət məsuliyyətinə cəlb olun­ması üzrə zəruri əməliy­yat-istintaq hərəkətləri davam etdirilir.(Report)

pia.az


Etiket: DSX narkotik

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar