Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DSX dövlət sərhədini qanunsuz keçməklə bağlı 13 cəhdin qarşısını alıb

Dövlət Sərhəd Xidməti tərəfin­dən sər­həd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sər­­həd müha­fizə tədbirləri davam etdirilir...

DSX-ın mətbuat xidmətindən APA-ya verilən məlumatına görə, DSX Sərhəd Nəzarətinin əməkdaşlarının sayıqlığı və peşəkarlığı nəticə­sində son gün­lərdə 13 halda dövlət sərhədini qanunsuz keçmək cəhdlərinin qarşısı alınıb, 2 şəxsin üzərində narkotik vasitələr aşkarlanıb, 11 şəxsin sənədlərinin saxtalaşdırılması halları müəyyən edilib.

Ötən il dekabrın 30-da Heydər Əliyev Beynəlxalq Aeroportunda İstanbul-Bakı reysi ilə uçub gələn İran vətəndaşı 1978-ci il təvəllüdlü Ghasemianlialkoli Maghsoud Normohammadin sənədlərinin qismən saxta, Bakı-İstanbul reysi ilə uçub gedən Pakistan vətəndaşı 1998-ci il təvəllüdlü Fazl Ullahın təqdim etdiyi pasportda Kuba vizasının tam saxta olması müəyyən edilib.

Bu il yanvarın 3-dəHeydər Əliyev Beynəlxalq Aeroportunda İstanbul-Bakı reysi ilə uçub gələn İran vətəndaşı 1991-ci il təvəllüdlü Masoumlou Masoudun sənədinin tam saxta olması, “Samur” dövlət sərhə­dindən buraxılış məntəqəsində Rusiyadan ölkəmizə gələn Özbəkistan vətən­daşları 1996-ci il təvəllüdlü Baxramcanov Donuyerbek və 1969-cu il təvəllüdlü Cəlalov Axlidin pasportlarının qısmən saxtalaşdırılması aşkar olunub.

Yanvarın 4-də Heydər Əliyev Beynəlxalq Aeroportunda İstanbul-Ba­kı reysi ilə uçub gələn İran vətəndaşı 1991-ci il təvəllüdlü Razi Zergani Moayadın Küveytə məxsus pasportunun qismən saxta olması, Moskva-Bakı reysi ilə uçub gə­lən Ukrayna vətəndaşı 1987-ci il təvəllüdlü Salimov Orkhanın sənədinin saxtalaşdırılması müəyyən olunub.

Yanvarın 8-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Tehran-Bakı reysi ilə uçub gələn İran vətəndaşı 1994-cü il təvəllüdlü Farghi Alamdari Shayanın pasportunda Almaniyaya məxsus Şengen vizasının, Bakı-Kiyev reysi ilə uçub gedən Pakistan vətəndaşı 1997-ci il təvəllüdlü Raza Hassanın pas­por­tun­da Almaniyaya məxsus daimi yaşayış vizasının və İran vətəndaşı 1998-ci il təvəllüdlü Jahangiri Farhadın Yunanıstan pasportunun qismən saxta olması, İstanbul-Bakı reysi ilə uçub gələn İran vətəndaşı 1988-ci il təvəllüdlü Varmazyar Soheilanın Böyük Britaniya pasportu və İD kartının özgəsinə məxsus olması müəyyən edilib.

Yanvarın 3-də Astara SNM-də İran İslam Respublikasından ölkə­mizə gələn İİR vətəndaşı 1975-ci il təvəllüdlü Feiziarbabi Leilanın daxili orqan­larında 53 qram metamfetamin və 91 qram heroin, AR vətəndaşı 1969-cu il təvəllüdlü Astara sakini İbadova Zülfiyyə Tərlan qızının üzərindən 177 qram heroin aşkar olunub.

Saxlanılmış şəxslər barəsində müvafiq təd­bir­lər həyata keçirilib.

pia.az


Etiket: DSX

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar