Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DSMF-nin strukturunda növbəti dəyişiklik edildi

Pensiya təminatı üzrə xidmətlərin keyfiyyətinin artırılması və bu sahədə idarəçiliyin optimal əsaslarla təkmilləşdirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) strukturunda növbəti dəyişiklik edilib.

Nazirlikdən verilən məlumata görə, Qaradağ, Xətai, Binəqədi, Nərimanov, Saatlı, Sabirabad, ŞuşaZəngilan rayonları üzrə əmək şəraitinə görə güzəştli qaydada pensiya təyin edilən və əmək pensiyasına qulluq stajına görə əlavələr müəyyən olunmaqla pensiya təyin edilən şəxslərin (dövlət qulluqçuları, xüsusi rütbəli şəxslər və b.) pensiya işləri DSMF-in həmin rayonlar üzrə şöbələrindən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına verilib.

Bununla əlaqədar həmin şəxslərə pensiyalar da 2020-ci ilin sentyabr ayından etibarən hər ayın 14-16-sı aralığında ödəniləcək ki, bu da onların pensiyalarının hər ay daha tez ödənilməsi istiqamətində daha bir addımdır.

Eyni zamanda, Qaradağ, Xətai, Binəqədi, Nərimanov, Saatlı, Sabirabad, ŞuşaZəngilan rayonları üzrə güzəştli və xüsusi şərtlərlə pensiya təyin olunmuş və təyin olunacaq şəxslər hər hansı sualları olduqda DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (012) 563-55-46; (012) 563-55-47; (012) 563-55-34 nömrəli telefonlar vasitəsilə müraciət edə bilərlər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar