Çərşənbə, 21 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Dronlar Yaxın Şərqin geosiyasi mənzərəsini dəyişib - Türkiyə regional gücə çevrilib

“Dronlar 2020-ci ildən etibarən Türkiyəni regional gücə çevirib”.

Yenisabah.az “American Purpose”-a istinadla xəbər verir ki, ABŞ nəşri ”Bayraktar TB2” və “Anka-S” kimi türk PUA-larınını tərifləyən təhlilində bu silah növlərinin Yaxın Şərqin geosiyasi mənzərəsində böyük dəyişiklik yaratdığını iddia edib.

“Yerli istehsal olan PUA-ların yaradılması üçün təkan ABŞ-ın 1975-ci ildəki hərbi embarqosu, Vaşinqtonun “Predator” və “Reaper” dronlarını satmaq istəməməsi ilə əlaqədardır. Türkiyə İsraildən “Heron” pilotsuz təyyarələrini almaq məcburiyyətində qalıb. Amma hazırda onun öz dronları olduqca təsiredicidir. “TB2” 24 saat havada qala, həm kəşfiyyat, həm də hücum tapşırıqlarını yerinə yetirə bilər”, – deyə məqalədə qeyd olunur.

Daha sonra bildirilir ki, bu silahların effektivliyi ilk dəfə Türkiyənin sərhədləri xaricində, Suriyada nümayiş olunub. Rusiyanın dəstəklədiyi və 36 türk əsgərinin ölümünə səbəb olan Suriyanın hücumuna cavab olaraq, Ankara İdlib vilayətinə doğru irəliləyən Dəməşqin zirehli qüvvələrinə dağıdıcı bir hücum başlayıb. 100-dən çox tank, zirehli personal daşıyıcısı və hava hücumundan müdafiə sistemləri məhv edilib. “Nəhayət, keçən il Dağlıq Qarabağda türk PUA-ları təqribən 200 tankı, 90 digər zirehli texnikanı və 182 topu sıradan çıxararaq Ermənistanı ərazidən çəkilməyə məcbur edib”.

Təhlilin sonunda vurğulanıb ki, dronlar 2020-ci ildə Türkiyənin regional bir güc olaraq yüksəlməsi üçün çox iş görüb.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Sülhməramlıların hərbi parad keçirməsi beynəlxalq qaydalara nə qədər uyğundur?..

Aeroport yolunda qəzada ölən və xəsarət alanların adları məlum olub - Yenilənib

Vilayət Eyvazov deputatın oğluna yeni vəzifə verdi

Vilyam Hacıyevin ailəsi 124 manata kirayə yaşadığı yataqxanadan çıxarıldı - Foto

Ramiz Mehdiyevin işdən çıxardığı əməkdaş başqa vəzifəyə təyin olundu

Azərbaycanın KTMT-yə üzvlüyü qaçılmaz bir məcburiyyətə çevrilə bilərmi? - Müsahibə

Rüşvətə görə həbs edilən icra başçısının əmlakına həbs qoyulub

"Kurtlar vadisi"nin "Güllü"sü Hərbi Qənimətlər Parkında - Foto

İlham Əliyev pambıq tarlasında səpin prosesini izlədi - Yenilənib, Fotolar

Müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün müraciət qaydası dəyişir

Ən çox oxunanalar