Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“DQR parlamenti”ndən növbəti təhrikedici bəyanat: “O ərazilər işğal olunub”

Qondarma “DQR parlamenti" Azərbaycanın işğaldan azad etdiyi ərazilərin hüquqi statusu ilə bağlı bəyanat verib.

Bəyanatda həmin ərazilər “işğal edilmiş bölgə” kimi tanınıb.

Bəyanat rəsmi Bakının bütün xoşməramlı niyyətinə baxmayaraq, ermənilərin Azərbaycana qarşı təcavüzkar siyasətdən əl çəkmədiklərini, bizim ərazilərimizdə bizimlə birgə yaşayışa hazır olmadıqlarını təsdiqləyir və Rusiyanın müdaxiləsi ilə yarımçıq saxlanılan “iti qov” əməliyyatının qaldığı yerdən davam etməsi üçün hüquqi əsas yaradır.

Bəyanatın dünən Ermənistan hökumətinin referendum və erkən seçki qərarından sonra verilməsi də təsadüfə bənzəmir. İrəvanın bu qərarını şərh edən bəzi ekspertlər Paşinyanın Rusiya ilə anlaşdığını irəli sürürdülər. İddiaya görə, İrəvan referendumla yenidən Rusiyanın orbitinə girəcək və Moskva tərəfindən daha ciddi müdafiə olunacaq. Görünür, “DQR parlamenti” də bundan ümidlənib yenidən “müstəqillik eşqi”nə düşüb. Azərbaycan Ordusu təhlükəni beşikdə boğmaq üçün dərhal hərəkətə keçməli və ərazi bütövlüyümüzə qarşı təhdid xarakteri daşıyan bəyanatı “separatizmin rəsmi dəlili” kimi əldə rəhbər tutmalıdır.

“DQR”-nin bu bəyanatı erməni separatizminə qucaq açan rus “sülhməramlılarının” missiyasını da şübhə altına alır. Rəsmi Bakı bu barədə Moskvaya etirazını çatdırmalı və “sülhməramlı”ların öz təyinatından kənar fəaliyyətini əsas gətirib onların Azərbaycan torpaqlarından çıxmalarını tələb etməlidir.(ovqat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar