Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Döyüşdə fərqlənməyə görə” medalının əsasnaməsi təsdiqlənib

Prezident İlham Əliyev “Döyüşdə fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnaməni təsdiqləyib.

PİA.az-ın məlumatına görə, “Döyüşdə fərqlənməyə görə” medalı ilə döyüş şəraitində tapşırıqların icrası zamanı və həyat riski ilə əlaqəli xüsusi əməliyyatlar zamanı göstərilən fərqlilik, cəsarət və fədakarlıq, habelə döyüş tapşırıqlarının uğurla yerinə yetirilməsinə kömək edən bacarıqlı, təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etmiş, eləcə də döyüş tapşırıqlarının uğurla yerinə yetirilməsi zamanı tabeçilikdə olan bölməyə peşəkarlıqla rəhbərlik etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.

“Döyüşdə fərqlənməyə görə” medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, “Cəsur döyüşçü” medalından sonra taxılır.

“Döyüşdə fərqlənməyə görə” medalı bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, biri digərindən kiçik olmaqla, biri digərinin üzərində yerləşdirilmiş, guşələrinin araları birləşən qövsvarı xətlərlə konturlanmış iki səkkizguşəli ulduz formalı 42 mm ölçülü lövhədən ibarətdir.

Medalın ön tərəfində səkkizguşəli ulduz formalı lövhənin üzərində xarici və daxili çevrələrlə konturlanmış dairəvi lövhə yerləşdirilmişdir. Xarici və daxili çevrələrin arasında yuxarı qövs boyunca “DÖYÜŞDƏ FƏRQLƏNMƏYƏ GÖRƏ” sözləri yazılmışdır. Daxili çevrənin içərisində yerləşən, üzəri relyefli xətlərlə işlənmiş dairəvi lövhənin mərkəzində ikitərəfli hamar şüalı səkkizguşəli ulduz həkk olunmuşdur. Lövhənin aşağı hissəsinin mərkəzində səkkizguşəli ulduz vardır. Səkkizguşəli ulduz ilə “DÖYÜŞDƏ FƏRQLƏNMƏYƏ GÖRƏ” sözləri arasında kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur. Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır.

Medalın arxa tərəfi hamar səthlidir, mərkəzində medalın seriyası və nömrəsi həkk olunmuşdur.

Medal paltara bərkidilmək üçün elementi olan 37 mm x 50 mm ölçülü beşbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir. Qızılı rəngli xara lentin mərkəzində 5 mm enində tünd qırmızı rəngli şaquli zolaq təsvir olunmuşdur. Xara lentin sol və sağ kənarlarından mərkəzə doğru, biri digərindən 3 mm aralı, 3 mm enində tünd qırmızı və 2,5 mm enində yaşıl rəngli şaquli zolaqlar vardır. Xara lentin yuxarı hissəsinə üzərində milli ornamentlər təsvir olunmuş 40 mm x 5,5 mm ölçülü lövhə bərkidilmişdir. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar