Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Döyüşdə dostlarım çox olub” – Zaur Kamal

“Adətən həftəsonları vaxt edib cəbhə bölgələrinə gedəndə insanların orda birliyini görəndə deyirdim ki, yox, biz tezliklə qələbə qazanacağıq”

Bunu teleaparıcı Zaur Kamal deyib. Jurnalist xalqımızın birliyi sayəsində bu qələbəni əldə etdiyini bildirib:

“Biz həmişə koronavirusa görə deyirdik ki, 2020-ci il bizə düşərli olmadı, amma sonradan bu qələbə xəbərini eşidəndən sonra virus yaddan çıxdı. Amma pandemiyanı yaddan çıxarmaq lazım deyil, o da bizim düşmənimizdir. Adətən həftəsonları vaxt edib cəbhə bölgələrinə gedəndə insanların orda birliyini görəndə deyirdim ki, yox, biz tezliklə qələbə qazanacağıq. Əsasən Murov və Tərtər tərəfə gedirdik. Bu gün biz bu birliyin, ordumuzun və Ali Baş Komandanımızın səyi nəticəsində qələbəni əldə etdik. Düşünürəm ki, bu birlik olmasaydı, qələbə də qazana bilməzdik. Bununla yanaşı, bizim güclü ordumuz da var. Həmişə deyirlər ki, torpaq uğrunda döyüşdə şəhid də verməliyik, bu olmalıdır. Allah o ailələrə səbr versin. Şəhidlərimiz də, qazilərimiz də oldu, yəni döyüşən igidlərimizin sayəsində biz bu qələbəni əldə etdik. Bu bizim üçün böyük bir uğurdur. Hara getsək, igidlərimizin, ordumuzun sayəsində Azərbaycanın güclü bir dövlət olduğunu ağızdolusu deyə biləcəyik”.

Aparıcı ermənilərin torpaqlarımızda apardığı talançılığı da sərt tənqid edib:

“Mən bir dəfə Tiflisdə olanda bir nəfər mənə yaxınlaşdı və dedi ki, “biz sizin kanallara baxırıq, muğamınız möhtəşəmdi, qulaq asırıq”. İlk öncə elə bildim ki, gürcüdü, amma sonra məlum oldu ki, bu adam ermənidir. Mən də özümü təqdim etdim və dedim ki, biz azərbaycanlıyıq, Azərbaycandan gəlmişik. Söhbət zamanı o, bildirdi ki, “biz sizin musiqiləri sevirik, müharibə istəmirik” və sair. İzah etməyə çalışdı ki, yəni Gürcüstanda yaşayan ermənilərin azərbaycanlılara qarşı düşmənçiliyi yoxdur. Amma onların belə deməsinə baxmayaraq bizim bir düşmənimiz var, o da ermənidir. Onların bizə qarşı olan vəhşiliklərini bütün dünya bildi. Kəlbəcərdə, Ağdamda, Füzulidə məlum oldu ki, heç bir ev qalmayıb, ermənilər hər şeyi dağıdıblar. Bu gün balacadan-böyüyə hamı sevinirik. Qabaqlar insanlara baxanda görürdün ki, sanki üzlərində bir dərd var, amma indi o sima dəyişib. İnsanlar bir-birini başa düşürlər”.

Z.Kamal döyüşdə dostlarının da iştirak etdiyini bildirib və hətta onlardan qələbə xəbərləri aldığını deyib:

“Döyüşdə dostlarım çox olub. Ən çox da Şuşa uğrunda gedən döyüşlərdə iştirak edirdilər. Hər dəfə mənə zəng vurub işğaldan azad etdikləri yerlərin xəbərini verirdilər. Gecə saatlarında belə zəng gəlsə, telefonu açıb uşaqların qələbə xəbərini alırdım. Hərbçilərimizin biz efir adamlarına elə bir ehtiyacı yoxdur, amma onlar bizi görəndə güc, mənəvi dəstək alırdılar. Ordu bilirdi ki, onlara dəstək var, xalq onların arxasındadır”. (Moderator)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar