Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlətsiz cəmiyyətlər və dövlətləşən icmalar – 2-ci yazı

200 ildən çoxdur ki, İngiltərənin Hindistan, İran, Ərəbistan yarımadası və Afrika üzərindəki təsiri bu həmrəyliyin təsadüfi olmadığını göstərir...

Selçuk Türkyılmaz

“Yeni Şafak” qəzeti, Türkiyə, 20 fevral 2020-ci il

İngiltərə fransızları və belçikalıları 1894-cü ildə ələ keçirdiyi Keniya və Uqandaya yaxınlaşdırmaq istəmirdi. Müstəmləkəçi administrasiyanın rəhbəri Cozef Çambeleyn sionistlərin hakim olduğu 2 ölkənin bəzi yerlərində İsrail dövlətinin qurulmasını təklif edir. Müstəmləkə naziri Cozef Çembeleynin İsrailə Keniya və Uqandada bir koloniya yaratmağı təklif etməsi çox önəmlidir. Afrikada Bəni İsrail üçün bir koloniya yaratmaq ideyası ortaya çıxmış, lakin bu fikir Fələstində həyata keçirilmişdi. İngiltərə üçün İslam dünyasının ürəyi olan və Afrika və Asiyanın ortaq nöqtəsi olan Fələstin bir koloniya yaratmaq baxımından çox önəmli bir yerdir.

Güclü bir dövlət olan Osmanlı imperatorluğu dağıldıqdan sonra Fələstindəki dövlətsiz cəmiyyətlərlə təmasda olduqları üçün qısa zamanda Asiya və Afrikanın kəsişməsində yerləşən yeni koloniyalar yaratmaq çətin olmadı. Çünki bölgənin nəzarəti indi ingilislərin əlindədir. İngiltərə Bəni İsrail üçün Afrikada bir dövlət qurmaq fikrindən imtina edib, lakin yeni koloniyalar quraraq bir Osmanlı və İslam ölkəsi olan Fələstində İsrail dövləti yaratmağa qərar verib. Bunun daha uzun müddətli bir plan olduğu aydındır. Bu, dini problemdən çox, imperialist bir yanaşmadır.

İngilis imperializmi müstəmləkə yolu ilə İsrailə bir dövlət bəxş edib. İsrailin bir dövlət kimi deyil, mütəşəkkil bir cəmiyyət kimi davranması dövlətləşmə prosesi ilə əlaqəlidir. Bu prosesə özləri başlamayıblar və həmişə İngiltərə və Amerikanın dəstəyi ilə sağ qalıblar. Lakin vurğulamaq istədiyimiz əsas məqam İsrailin dövlətsiz icma olaraq yaşadığı mühitdən qısa müddət ərzində dövlətli cəmiyyətə çevrilməsidir. Güclü bir dövlət olan Osmanlı İmperatorluğunun ləğvi nəticəsində bölgə dövlətsiz cəmiyyətlərin yaşadığı bir yerə çevrilmiş və dövlətsiz icmalar üçün bir dövlət olmağın yolunu açılmışdı. Bunun uğurlu bir model olduğunu və İslam coğrafiyasında müstəmləkə proseslərinin Amerika, Avstraliya və Yeni Zelandiya ilə müqayisədə fərqli şəkildə irəlilədiyini deyə bilərik.

Əvvəlki yazılarda İsrail, BƏƏ-Səudiyyə və FETO arasındakı həmrəylikdən bəhs etmişdik. 200 ildən çoxdur ki, İngiltərənin Hindistan, İran, Ərəbistan yarımadası və Afrika üzərindəki təsiri bu həmrəyliyin təsadüfi olmadığını göstərir. İngiltərənin dini qruplara nüfuz etmək üçün təsirli bir metodu olduğunu danmaq olmaz. Milli kimliyini və kütlələrə təsirini itirmiş dini qrupların mövcudluğu qlobalizm və milliyyət kontekstində çox vacib bir məsələyə çevrilib.

15 iyul hadisəsini müxtəlif kontekstlərdən analiz etmək də bu baxımdan önəm daşıyır. 15 iyulda uğurlu olsaydılar, camaatlıq halında yaşayan dini qruplar üçün Trakya bölgəsində dövlətləşmə yolunun açılacağı deyilirdi. Trakya bölgəsi ilə bağlı bu planı yeni bir müstəmləkə davası hesab etsək, dövlətləşən icma quruluşlarının düşünülmüş bir fikir olmadığı ortaya çıxır. Başda dini bir cəmiyyət olan vəhabiliyin dövlətləşməsi də buna bir nümunədir. Hindistandan Mərakeşə qədər geniş bir ərazidə müstəmləkəçi kimi fəaliyyət gözləyən quruluşların olduğunu gözardı edə bilmərik. Bu coğrafiyada dövlətlər və qruplar arasındakı münaqişələrə diqqət yetirmək lazımdır.

1991-ci ildə Birinci Körfəz Müharibəsi Türkiyədə yeni bir istila, işğal və müstəmləkə dövrü başlatdı. İslam Qurtuluş Cəbhəsi Əlcəzairdə bələdiyyə seçkilərində uğur qazandıqda Fransa müdaxiləyə başladı və dövlət strukturları dağılmağa başladı. Dövlət strukturları zəiflədikcə mütəşəkkil icma quruluşları güclənməyə başladı. Dövrün hökm sürdüyü liberalizmi də bu baxımdan nəzərdən keçirmək lazımdır. Amerika, İngiltərə, Fransa və Almaniya kimi müstəmləkəçi və imperialist keçmişi olan ölkələrin FETO-nu qorumaq və digər mütəşəkkil strukturlarla birlikdə güclü dövlət quruluşlarını ləğv etmək səyləri onu göstərir ki, bu proses bütövlükdə qiymətləndirilməlidi­r.

Türkiyənin davamlı şəkildə həll yolları tapdığı məlumdur. Hətta Prezident İdarəetmə Sistemi də bu həll yolları çərçivəsində nəzərdən keçirilməlidir. Türkiyənin yeni dövr həll axtarışlarını ideoloji bir çərçivəyə sıxışdırmaq aldadıcıdır. Türkiyənin ideologiyalardan sonrakı dövrü yaşadığını demək şişirdilmiş bir yanaşma deyil, əksinə bu vəziyyətin təsbit edilməsidir. Ərdoğanın Türkiyə və bölgə üzərindəki fəaliyyətlərini də İslamçı bir cəhd kimi qiymətləndirə bilmərik.

Post-islamçılıqdan və ümumən ideologiyalardan sonrakı dövrü müzakirə etmək çox vacibdir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar