Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlətsiz cəmiyyətlər və dövlətləşən icmalar

Müstəmləkəçilik və imperializm kontekstində dövlətlər, dövlətsiz cəmiyyətlər və dövlətləşən icmalar bu günkü dünyanı anlamaq üçün olduqca vacibdir...

Selcuk Türkyılmaz
“Yeni Şafak” qəzeti, Türkiyə, 17 Fevral 2020-ci il

Avropalılar Amerikanı, Avstraliya və Yeni Zelandiyanı işğal edib müstəmləkə halına gətirərkən, dövlətlər və dövlətsiz cəmiyyətlər var idi. Əli Mazrui “Afrikalılar” kitabında məsələyə Afrika baxımından yanaşır və avropalıların dövlətlərə və dövlətsiz cəmiyyətlərə qarşı olan münasibətini işğalçılıq, müstəmləkəçilik baxımından araşdırır. Mazrui hər nə qədər afrikalılarda geniş bir çərçivə qurmağa çalışsa da, Afrikanın istismar edilməsinin qarşısının alınması məsələsində bir dövlət olaraq Osmanlının adını çəkmir. Lakin Osmanlının Afrikadakı müsəlman dövlətləri və cəmiyyətləri üzərində olduqca güclü bir təsiri vardı. Müstəmləkəçilər Amerika, Avstraliya və Yeni Zelandiyada böyük uğurlar qazanaraq bu qitələri avropalaşdırıblar. Osmanlı o dövrün güclü bir dövləti olaraq Afrikanın müsəlman bölgələrinin müstəmləkəyə çevrilməsinin qarşısını ala bilmişdi. Yavuz Sultan Səlimin Misir səfəri ilə başlayan dövrü imperialist fəaliyyətlərinin dayandırılması baxımından nəzərə almaq lazımdır.

Güclü dövlətlərin dağılması ilə dövlətsizləşdirmə prosesinin başlanması və əvvəldən dövlətsiz şəkildə yaşayan cəmiyyətlərin mövcudluğu Qərbin istila və işğal cəhdlərini daha da asanlaşdırıb. Bunun üçün güclü dövlət quruluşları ilə bağlı uzunmüddətli fəaliyyətlər hədəfdə olan regiona nüfuz etmək baxımından böyük önəm daşıyır. Müstəmləkəçiliyin uğuru da burada bağlıdır. Əgər güclü dövlət quruluşları yaşasaydı, müstəmləkəçilik uğur qazana bilməz və hədəfdə olan region Avropa xalqları tərəfindən ələ keçirilə bilməzdi. Avropa koloniyalarının dövlətləşdirilməsi prosesi, əsasən, hədəfdəki regionda dövlət quruluşlarının dağılması və dövlətsizliklə izah edilə bilər.

Avropalılar Amerika, Avstraliya və Yeni Zelandiyada tətbiq etdikləri müstəmləkəçilik siyasətini Afrikada da tətbiq ediblər. Xüsusilə Cənubi Afrika buna bir örnəkdir. Bu ölkədə məskunlaşan avropalıların imperiya mərkəzləri ilə mübarizə aparması belə mümkündür. Ancaq yenə də deyə bilərik ki, avropalılar Afrika qitəsindəki əhali quruluşunu tamamilə dəyişməkdə hələ ki, uğurlu olmayıblar. Fransanın Əlcəzairdəki müstəmləkəçilik fəaliyyətləri də çox vacib bir məsələdir.

İsraili bir dövlət olaraq izah edərkən dini anlayışların tez-tez işlədilməsi Avropanın müasirləşmə fəaliyyətinin ən vacib nümunələrindən birini başa düşməyə mane olur. Ancaq İsrail dövləti dünyanın müxtəlif yerlərində dövlətsiz həyat yaşayan yəhudi icmasının dövlətləşdirilərək İslam regionunda daimi bir bazaya çevrilməsi cəhdindən başqa bir şey deyil. İsrail dövləti yeni müstəmləkəçilik fəaliyyətinin məhsuludur və xüsusən də avropalıların Amerikada daimi olaraq yaşamağa çalışdığı dövrləri xatırladır. İsrailin bu vəziyyəti ilə Avropa müstəmləkəçilərinin Şimali Amerikanın qərbinə doğru irəliləməsi arasında böyük bir oxşarlıq var. Bu da İsraili yəhudi ilahiyyatına uyğunlaşdırmağı mənasız hala gətirir. Yəhudi ilahiyyatının bir vasitə kimi istifadə edildiyi İsrail dövlətçiliyi yeni koloniyalar yaratmaqla Avropanın genişləndirilməsi səylərinin davamı kimi nəzərə çarpır. İsrailin Fələstində törətdiyi zorakılığı İslam coğrafiyasında Qərbi Avropalıların Amerikanın yerli sakinlərinə göstərdiyi şiddət və terrorla müqayisə edə bilərik. Prezident Ərdoğanın verdiyi “İsrail dövlətinin sərhədi haradır?” sualı bu bənzərlik baxımından çox önəmlidir.

Dünyanın müxtəlif yerlərində bir cəmiyyət olaraq yəhudilərin dövlətçilik prosesinə daxil edilməsi 1917-ci ildə başlamışdı. Üstəlik bu, tək bir hadisədən də ibarət deyil. Məlum olduğu kimi, ingilislər yəhudiləri Keniyaya və Uqandaya yerləşdirmək istəyirdilər. Sionizmi yəhudi ilahiyyatı ilə izah etməyin yanlış olduğu aydındır. İngilislər belçikalıları və fransızları Uqanda və Keniyaya buraxmaq istəməmişdilər. Yəhudilərdən Şərqi Afrikada məskunlaşma vasitəsi kimi istifadə etmək fikri də çox keçmədən sıradan çıxarılmışdı. Lakin dövlətsiz bir cəmiyyətin dövlətləşdirilməsi prosesindən imtina edilməyib.

İsrail yeni bir dövlətin yaradılması prosesinə uğurlu bir nümunədir. Yeni koloniyaların yaradılması prosesinin davamı olaraq eyni prosesi izləyən fərqli icma quruluşlarını da görə bilərik. Sionizm ingilislərin istifadə etdiyi bir ideoloji vasitə idi. Yeni dini cərəyanlar da bu çərçivədə nəzərdən keçirilməlidir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar