Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Dövlətin sahibkarlara dəstək mexanizmi ictimaiyyətə təqdim olunacaq”

Koronavirusla Mübarizəyə Dəstək Fonduna qısa zamanda 93 milyon manatdan çox vəsaitin ianə olaraq toplanması sahibkarların, vətəndaşların və fiziki şəxslərin koronavirus infeksiyasına qarşı aparılan mübarizəyə dəstəyindən xəbər verir...

Bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, bu ianələr sahibkarlarla yanaşı, vətəndaşların da bu mübarizədə yaxından iştirak etdiyini ortaya qoyur:

"Azərbaycan hökuməti koronavirusla mübarizəyə çevik reaksiyalar verir. Azərbaycan regionda bu infeksiya ilə mübarizə üçün xüsusi fond yaradan ilk ölkələrdən biridir. Bu fondun yaradılması həm dövlət vəsaiti, həm də büdcədənkənar mənbələrin cəlbi baxımından geniş imkan yaradır. Azərbaycan dövləti bu virusun ölkə iqtisadiyyatına zərərlərini minimallaşdırmaq istiqamətində səmərəli tədbirlər həyata keçirir. Dövlət üçün sahibkarların qorunması prioritet məsələlərdən biridir. Bu istiqamətdə dörd işçi qrupunun yaradılması və onların koronavirusdan ən çox zərər görən 12 fəaliyyət sahəsini müəyyənləşdirməsi sahibkarlara birbaşa dövlət dəstəyi mexanizminin təşkilindən xəbər verir".

Deputat vurğulayıb ki, fondun yaradılması və fəaliyyət istiqaməti koronavirusun qlobal təsirlərinin ölkə ərazisindəki coğrafiyasını məhdudlaşdırmaq məqsədi daşıyır:

"Fonda vəsaitlərin yığılması bu virusa qarşı mübarizənin daha effektiv şəkildə aparılmasına şərait yaradacaq. Fondun fəaliyyəti Azərbaycan hökumətinin koronavirus infeksiyasına qarşı kompleks tədbirlərini ön plana çıxarır. Yaxın günlərdə dövlətin sahibkarlara birbaşa dəstək mexanizmi ictimaiyyətə təqdim olunacaq. Sahibkarların və vətəndaşların fonda olan dəstəyi bu infeksiya ilə mübarizədə milli həmrəyliyə nail olunduğunu ortaya qoyur. Ölkə başçısının da qeyd etdiyi kimi, koronavirusa qarşı mübarizədə biz birlikdə güclüyük". (Trend)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar