Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlətin pulu ilə bəslənən publik hüquqi şəxslərə ehtiyac var?

Dövlətin büdcəsindən maliyyələşməyə davam edən bu tipıi qurumlar yaradılış məqsədlərinə xidmət edir?..

İqtisadçı: “Bu qurumların yaradılmasında məqsəd dövlət büdcəsinə düşən yükü azaltmaq idi. Amma həqiqətən də burada israfçılığa yol verilir”.

Araşdırmalardan məlum olur ki, publik hüquqi şəxs adı ilə həm dövlət büdcəsindən maliyələşmə uzun müddət davam edəcək, həm də keçid dövrü çox uzun çəkəcək”.

Bu sözləri tanınmış iqtisadçı Nazim Bəydəmirli publik hüquqi şəxslərin fəaliyyətinin ölkədə heç hiss olunmamasını PİA.az-a şərh edərkən qeyd edib.

Son bir ildə qurumsal islahatlar çərçivəsində prezident fərmanı ilə bir çox dövlətin pulu ilə bəslənən yaradılıb. Maraqlıdır ki, bu publik hüquqi şəxslərin fəaliyyəti ölkədə heç hiss olunmur. Eyni zamanda bu publik hüquqi şəxslər dövlət tərəfindən maliyyəşdirilməyə davam edirlər.

Bütün hallarda dövlətin pulu ilə bəslənən bu tipli qurumlara ehtiyac varmı və bu qurumlar yaradılış məqsədlərinə nə qədər xidmət edir?

Mövzunu PİA.az-ın əməkdaşı tanınmış iqtisadçı Nazim Bəydəmirli ilə müzakirə edib.

Nazim Bəydəmirli: “Təssüflər ki, müxtəlif nazirliklərin birbaşa tabeliyində səhimdar cəmiyyətlər yaradılır”.

Dövlət xəstəxanalarının publik hüquqi şəxslərə çevrilməsinin baş verməsini, eyni zamanda dövlər universitetlərinin də publik hüquqi şəxslərə keçməsi haqqında fərmanların olmasını xatırladan iqtisadçı bu keçid dövrünün yubandığını qeyd edib:

“Publik hüquqi şəxslər haqqında qanun qəbul olunduqdan sonra əslində bu qurumların yaradılmasında məqsəd dövlət büdcəsinə düşən yükü azaltmaq idi. Amma həqiqətən də burada israfçılığa yol verilir. Həm dövlət büdcəsindən maliyələşmək, həm də təsərrüfat fəaliyyəti ilə məşğul olmaq rəqabət mühitinə mənfi təsir göstərir.

Eyni zamanda bu antiinhisar fəaliyyəti haqqında Azərbaycan qanunvericiliyinə də ziddidir. Çünki orada birbaşa yazılıb ki, özəl fəaliyyətə icazə verilən sahələrdə dövlət büdcə hesabına hüquqi şəxslər yarada bilməz və sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməz. Amma təssüflər ki, müxtəlif nazirliklərin birbaşa tabeliyində səhimdar cəmiyyətlər yaradılır. Hətta onlar kommersiya fəaliyyəti ilə məşğul olurlar.

Nazim Bəydəmirli: “Həm dövlət büdcəsindən maliyələşmək, həm də təsərrüfat fəaliyyəti ilə məşğul olmaq rəqabət mühitinə mənfi təsir göstərir”.

Məlumdur ki, dövlət xəstəxanalarının publik hüquqi şəxslərə çevrilməsi baş verdi, eyni zamanda dövlər universitetlərinin publik hüquqi şəxslərə keçməsi haqqında fərmanlar oldu. Amma görünür ki, bu keçid dövrü yubanır. Necə ki, bazar iqtisadiyyatına keçidi on illər boyu tam təmin edə bilməmişik, publik hüquqi şəxslərə keçid də yubanır.

Araşdırmalardan məlum olur ki, publik hüquqi şəxs adı ilə həm dövlət büdcəsindən maliyələşmə uzun müddət davam edəcək, həm də keçid dövrü çox uzun çəkəcək. Bu da iqtisadiyyata çox mənfi təsir göstərir. Hesab edirəm ki, buna son qoyulmalıdır”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ən çox oxunanalar