Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlətin göz yumduğu cinayətlər...

Türkiyədə qadınları hədəf alan cinayətlərin tək bəhanəsi artıq adət-ənənələr və namus məsələsi deyil. Qadınlar ən çox həyat yoldaşlarından boşandıqları və ya boşanmağa çalışdıqları üçün cinayətə qurban gedirlər

Mehmet Faraç
“Yeniçağ” qəzeti, Türkiyə, 26 iyul 2019-cu il

Buna dəhşət və ya cahillik deyək, yoxsa artıq adiləşmiş bir cinayət zənciri?..

Bu cinayətlərin mənzərəsi heç dəyişmir. Pusquda duran bir kişi, işə getmək üçün evindən çıxan bir qadın, bu iki nəfərin mübahisəsi və silahla açılan atəşlər...

Nifrət və cahilliklə dolu bu mənzərə, əfsus ki, sürətlə artan qadın cinayətlərindən xəbər verir. Artıq, demək olar, hər gün bir və ya iki qadın eyni səbəblərlə və üsullarla öldürülür.

CHP-li Sezgin Tanrıkulunun hesabatına görə, Türkiyədə 2018-ci ildə 440, son 17 ildə isə 15 min qadın qətlə yetirilib və təəssüf ki, bu cinayətlər bitmir. Hər gün mediada mütləq bir-iki qadın cinayəti ilə bağlı xəbər çıxır.

Dünənki cinayətlər də digərləri kimi qorxuncdur. Çanaqqalanın Lapse rayonunda dəli olduğu irəli sürülən Nevzat Aydoğdu həyat yoldaşı Fatma Aydoğdunu və ona mane olmaq istəyən 20 yaşındakı oğlu Enes Aydoğdunu silahla qətlə yetirib.

Kocaelinin Derince rayonunda dünən səhər işə getmək üçün evdən çıxan Nuray Anar boşandığı keçmiş həyat yoldaşı Şeyhmuz Ersaid tərəfindən öldürülüb. Ersaid daha sonra isə silahla öz başından vuraraq intihar edib.

Türkiyədə qadınları hədəf alan cinayətlərin tək bəhanəsi artıq adət-ənənələr və namus məsələsi deyil. Qadınlar ən çox həyat yoldaşlarından boşandıqları və ya boşanmağa çalışdıqları üçün cinayətə qurban gedirlər. Tam da bu nöqtədə dövlətin böyük bir qüsuru gündəmə gəlir. Çünki həyat yoldaşları tərəfindən təhdid edilən qadınların qorunma tələbləri yerinə yetirilmir və həyat yoldaşlarına verilən uzaqlaşdırma cəzalarının da bir faydası olmur.

Bu halda Ailə Məsələləri Nazirliyi ilə Daxili İşlər Nazirliyi Ədliyyə Nazirliyi daha effektiv tədbirlər görmək üçün nəyi gözləyirlər?

Hər 3 nazirlik həyat yoldaşlarını təhdid edənlərə qarşı təsirli bir müşahidə və reabilitasiya qadağası qoymaq üçün niyə hərəkətə keçmir?

Öz vətəndaşını qorunmayan dövlətin əlaqəli qurumları buna cavab verə biləcəkmi? Bu avaralıq, baş girləyən qanunlar və laqeydlik ucbatından daha neçə qadın cinayətə qurban gedəcək?

GAP-ın sirli tarlaları

Terror hər zaman aktiv olsa da, bölgə xalqının mübarizəsi nəticəsində uğurlu ola bilməyib. O şəhərin küçələrində ilin hər ayı minlərlə turist gəzir. Lakin GAP-ın (Cənubi-şərq Anadolu layihəsi) paytaxtı adlandırılan şəhər problemlər içində boğulur. Əhalisi sürətlə artan şəhərin üzərinə 600 mindən çox suriyalının yaratdığı problemləri də əlavə etsək, görərik ki, bir çox məsələdə gedişat dəhşətlidir.

İşsizlik, təhsil problemləri, tarixi əsərlərdə də nəzərə çarpan qüsurlu şəhərsalma məsələləri ilə, təəssüf ki, mübarizə aparılmır. Nəhayət, AKP-li bələdiyyələr də şəhəri məhv edib. İqtisadi məsələlər və əkinçiliyin orada da çökməsi bir tərəfə, bəs ölkənin gələcək nəslini təhdid edən sosial problemlərə nə deyək?

Ən önəmlisi isə sintetik narkotiklər başda olmaqla, gənclərin, hətta uşaqların beynini zəhərləyən maddələrin yayılması da böyük problemlərə yol açır.

Küçələrdə müxtəlif narkotik maddələrin təsiri ilə özünü itirmiş yüzlərlə gənc var. Çünki onların küçələrində və yaşadığı xarabalıqlarda narkotik satılır və ailələri də bu laqeydliyə üsyan edirlər. Polis narkotik qruplaşmaları ilə mübarizə aparmağa çalışır, amma başda Eyyübiye rayonu olmaqla kənar ərazilərdəki narkotik alveri şəhəri ələ keçirmiş durumdadır.

Urfanın köhnə dərdi

Yuxarıdakı mənzərə dövlətin GAP çərçivəsində Harranı və Fəratı üzləşdirmək üçün 30 milyard dollardan çox pul xərclədiyi və “kənd təsərrüfatının inkişafı” ilə rifah gətirməyə çalışdığı Urfa şəhərinin mənzərəsidir.

GAP Urfanı böyüdüb, amma bu inkişaf iqtisadi və sosial artımdan çox, kənd təsərrüfatı sahələrinin və mədəni varlıqların çevrəsini qüsurlu şəhərsalma ilə genişləndirən bir əhali artımıdır.

Urfada əhalinin sayı son 20 ildə 10 dəfə çoxalıb. Çevrədəki məhsuldar təsərrüfat ərazilərindən ibarət kəndlər isə qüsurlu şəhərsalma nəticəsində “binalar cəhənnəminə” çevrilib. Bütün bunlar sosial problemlərlə yanaşı, dağıntıları da bərabərində gətirib.

“Köhnə Urfa” deyə bilinən Yıldız meydanı-Ulu məscid və Haşimiye meydanının şərq qolundakı tarixi evlərdə radikal dini ünsürlər və mədrəsələr şəhərdə artarkən, təəssüf ki, təhsil də bir kənara atılıb.

Sonuncu dəfə keçirilən orta məktəbə qəbul imtahanında bu şəhər digər şəhərlər içərisində sondan 3-cü olarkən, sonuncu universitet imtahanında da zəif nəticə əldə edib.

Daha əvvəl də vurğuladığımız kimi, bu qüsurları dəf etmək üçün dövlət hərəkətə keçməzkən və Konstitusiyada gənclərin qorunmalı və idmana yönləndirilməli olduğunu yazılarkən bəs “Urfaspor”-un düşdüyü son duruma nə deyək?

Urfada 2 bələdiyyədən başqa hamısı AKP-dədir, amma heç biri şəhərin 2-ci liqasınadakı komandaya üz vermir. Klub İdman Nazirliyinə stadiondan istifadə üçün 1 milyon 200 min lirə ödəmədiyi üçün bank hesabları bloklanıb. Klubun SGK-ya (Sosial Təhlükəsizlik Qurumu) 1 milyon 300 min, Maliyyəyə 200 min, Şanlıurfa Böyük Şəhər Bələdiyyəsinə su üçün 560 min, elektrik şirkətinə isə 500 min TL borcu var imiş.

Onda deyə bilərik ki, şəhərdə gənclərə idmanı sevdirən bircə kluba belə sahib çıxılmayan bir ərazidə sosial problemlər və narkotik şəbəkələri çıxması çox təbiidir.

Urfa qubernatoru, bələdiyyə sədri, polis rəisi və millət vəkilləri, görəsən, bu işə nə deyəcəklər?

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: Cinayət Qadın

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar