Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövləti və Prezidenti söydürən dörd eks kimdir?!..

Hakim YAP yetkilisi, MM-in üzvü, komitə sədri Səyavuş Novruzov söyüş müxalifətinə maliyyə dəstəyindən danışıb

Bu o Səyavuş Novruzovdur ki, mən musavat.com üzərindən yayımlanan, səs-küy yaradan “Mənim evimdən Səyavuş Novruzova nə?!” başlıqlı yazımda ona xeyli iradlarım da vardı. O iradlardan biri, nankorlarla bağlı idi. Ortada yeyib, qıraqda gəzən, dövlətdən, millətdən, tutduğu siyasi kürsüdən, yanında dayandığı siyasi liderin xeyirxahlığından necə var istifadə edən nankorlarla. Düzü bir az da hədəf mən oldum müəllif olaraq. İndi görürəm ki, elə doğru mövqedəyəmmiş. Hərdən düz söz deyəndə aqressiv bir sürünün hədəfinə çevrilirsən, səni söyürlər.

Gələk ona ki, Səyavuş müəllim nə deyib?

Deputat deyib ki, bir sıra keçmiş nazirlər vəzifələrindən uzaqlaşdıqdan sonra “qeyb”ə çəkilib. “Keçmişdə dövlət rəhbərliyində işləmiş nazirlər var. Biri 20 il işləyib, biri 18 il, biri 15 il, digəri 10 il. Bunlar hamısı çəkilib qırağa, mövqeyini bildirmir. Soruşan gərək, atan, baban sənə vəzifə vermişdi?!”. Çox sərt ritorika və sualdır, hətta mənim Seyavuş Novruzova ünvanladığım suallardan, ümumilikdə dediyim fikirlərdən də sərtdir. Çünki mən sıravi yazaram. S.Novruzov iqtidar yetkilisi. O üzdən mütləqdir ki, dediklərinin arxasında ciddi, əsaslandırılmış faktlar olsun. Bu məsuliyyəti təbii ki, anladığı üçün o, gözlənilən fikirləri də söyləyib: “O eks-nazirlərlə b ağlı dosye masa üzərindədir”. Deputat dosyenin adını da açıqlayıb: Xaricdə oturanları maliyyələşdirmə!” Deputat hətta o adlardan ibarət siyahının şəxsi masasının üstündə olmasını da inkar eləməyib. “Masamın üzərində hamınızın siyahısı var, kimə nə verirsiniz”. Cənab Novruzov adını hələ açıqlamağı lazım bilmədiyi adamların hər birinə mətbuat vasitəsilə xəbərdarlıq mövqe bildirin, ya da başqa məsələlərə al atılacaq!..

İki eksdən dərhal reaksiya gəlib. Keçmiş təhsil naziri Misir Mərdanov Demokrat.az-a açıqlamasında deyib ki, Siyavuş Novruzovun səsləndirdiyi ittihamlar ona aid deyil. Onun mövqeyi hər zaman bəlli olub. Bu gün də mövqeyindədir və lazım gələndə sözümü deyir.

Sabiq nəqliyyat naziri Ziya Məmmədov isə səsləndirilən ittihamlarla bağlı Sfera.az-ın sualına cavab verib. Qısaca deyib ki, təxribatla məşğul olmayın, Səyavuş Novruzov mənim dostumdur.

Sizi bilmirəm mənim üçün açıqlamasında deputat müəyyən konturlar da cizib, istiqamət verib. Xaricdən söyüş ordusunu maliyyə yollayan dörd nəfərin, keçmiş naziririn iş stajını açıqlayıb. “20, 18, 15, 10 il işləyiblər”. Qalır o ki, dizini yerə basıb dövlət qurumlarının rəhbərliklərinə dair baza məlumatlarda bu stajlara uyğun adamları araşdırıb ortaya qoyasan. Görəsən kimlər gəlmiş, niyə getmiş, necə getmiş ki, belə narazı qalmış…

Və ümumiyyətlə, hansı səviyyədə insandırlar ki, onlar bu gün bir ölkə başçısının, onun ailə üzvlərinin belə ağır söyülməsindən, təhqir olunmasından mazaxistcə həzz alsınlar. Ayrıca bu həzzin onlara nə verdiyi də maraqlı məsələdir…

Lap tutalın kürsün üçün darıxırsan, bunu açıq mübarizədə de. Deyə bilmirsən get ən bahalı mağazadan, ən bahalı kreslo al gətir villalarından birində yaraşıqlı bir kabinet düzəlt özünə, beş-on da adam tut qarşında baş əysin. Nə də olsa bu dövlətdən oğurladıqlarınız, mənimsədikləriniz, bunu heç olmasa özünüz üçün eləməyə imkan verir. Yoxsa söyənlərə pul xərcləmək nədir?! Onsuz da sonun başlanğıcıdır onlar üçün də.

Birini Rusiyada, o birini Almaniyada hətta söymək üçün yaşadıqları ölkələrdə də min hoqqa çıxardıqları üçün artıq saxlayıblar. Növbə bu müəmmalı ekslərə də catar yəqin, yaşayarıq, görərik. Qaldır söyüşə və söydürməyə olan meyllərə. Həmişə belə düşünmüşəm, bir də deyim yaddaşınız təzələnsin.

…Söyüş, nifrətdir-istədiyini əldə eləyə bilməyəndə…

…Söyüş, kindir-sevmədiklərini ucalan görəndə…

…Söyüş, antipatiyadır-nifrət elədiyin biri, niyə var deyə…

…Söyüş, təmənnadır-niyə əldə eləyə bilmədim formasında…

…Söyüş, yalandır-özünü sübut eləmək üçün söyə-söyə israr edərlər biriləri…

…Söyüş problemi, narazılığı olan adamlara yalançı cəsarət verir. Və düzü bu günəcən bircə söyənin probleminin müsbətə həll olunduğunu görən olmayıb. Bəlkə elə o üzdəndir ki, söyüşə bizdə el arasında, şeytan əməli də deyirlər…

…Söyüş, həm də aqresiyyadır – yerli-yersiz fərdi tələblərinin effekti olmadıqca, adamı haldan-hala salar…

…Söyüş, söyənin şəxsiyyətinin, tərbiyəsinin, əxlaqının, ailəsindəki psixoloji durumun göstəricisidir bir də…

…Söyüş, eyni zamanda insanın necə böyüdüyündən xəbər verər. Bəlli edər ki, daha çox sevilib, ya söyülüb?! Ən pis söyüşlər, ən böyük sevgisizlikdən doğar. Həyatını ailə, insan sevgisizliyi ilə keçirən psixolojisi pozuq adamların ən sevimli “silahıdır “ söyüş.

Biri də var, ona öz aramızda “mədəni söymək” də deyirik, zarafata salıb. Nədir o “mədəni söymək” dediyimiz?! Çoxunu sevmədiyidir əslində, TƏNQİD!..(müsavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Dövləti və Prezidenti söydürən dörd eks kimdir?!..

Başsız medianın yeni sahibləri: Keçid dövrü jurnalistləri

Ən çox oxunanalar